/ / UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında milli mülkiyyətlərə aid məsələlər müzakirə edilib
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında milli mülkiyyətlərə aid məsələlər müzakirə edilib
04.07.2019 [09:49]
UNESKO-nun Ümumdünya İrs Siyahısına salınan mədəni mirasın qorunma vəziyyəti haqqında hesabat dinlənilib
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 3-də milli mülkiyyətlərə aid məsələlərin müzakirəsi ilə işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, sessiyanın növbəti günündə UNESKO-nun Ümumdünya İrs Siyahısına salınan mədəni mirasın qorunma vəziyyəti haqqında hesabat dinlənilib.
Tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq hesabatdan danışıb və hər kəsi müzakirələrdə fəal olmağa çağırıb.
Sessiyada iştirakçı ölkələrin nümayəndələri Asiya-Sakit okean regionunda yerləşən mədəni mirasın real vəziyyətindən söz açıblar.
Tədbirdə Norveç, Braziliya, Macarıstan, Tanzaniya, Küveyt, Qvatemala, Tunis, Avstraliya, Azərbaycan, Çin və digər ölkələrin təmsilçiləri təqdim olunan hesabatla bağlı fikirlərini bildiriblər.
Strateji ətraf mühitin qiymətləndirilməsinin vacibliyindən və bu istiqamətdə görülən işlərdən söz açılıb. Bildirilib ki, dialoqun qurulması üçün belə hesabatlar mühüm əhəmiyyət daşıyır. Bütün layihələr monitorinq qrupunun tövsiyəsi əsasında həyata keçirilməlidir. Elektrik stansiyaları bufer zonadan kənarda inşa edilməlidir. İqtisadi inkişaf və ətraf mühit arasındakı əlaqə ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bunlar qarşılıqlı şəkildə müzakirə olunmalıdır.
Azərbaycan Kuba və Çinin Asiya-Sakit okean regionunda yerləşən mədəni mirasın qorunması istiqamətindəki təkliflərini dəstəkləyib. Su və hava mənbələrinin çirklənməsinin qarşısının alınması üçün qoruyucu tədbirlər həyata keçirilməlidir.
Günün birinci yarısında Hindistan ilə Banqladeşin sərhədində yerləşən, dünyanın ən böyük manqrov meşəsi olan Sundarbanda elektrik stansiyasının tikintisinə dair müzakirələr aparılıb. Bildirilib ki, Banqladeş hökumətinin apardığı bu tikinti ətraf mühitə və milli irsə böyük təhlükədir. Bununla bağlı bir çox ölkələr öz fikir və təkliflərini səsləndiriblər.
Qeyd edək ki, meşənin Hindistandakı hissəsi milli park elan edilib və 1997-ci ildə UNESKO-nun Ümumdünya İrsi Siyahısına salınıb.
Bu məsələ ilə bağlı işçi qrup yaradılıb və onlar gün ərzində Sundarbanda elektrik stansiyasının tikintisi ilə bağlı hesabatın müvafiq bəndinə dəyişiklik edəcəklər və bu məsələyə yenidən baxılacaq.
Sessiyada üzv ölkələr müzakirələr zamanı diqqətə çatdırıblar ki, milli parkların qorunması ilə əlaqədar mənbələrin çirklənməsi məsələləri diqqətdə saxlanılmalı, qoruyucu tədbirlər görülməlidir. Küveyt, Zimbabve, Avstraliya, Kuba və Çinin dəniz dibinin dərinləşməsi, monitorinq, tərəflərin idarəçilik planı və milli parklarda qorunan heyvanlarla bağlı əlavə tədbirlər həyata keçirilməlidir.
Sonra gündəliyə uyğun olaraq Vyetnamda Phong Nha Ke Bang milli parkı ilə bağlı məsələ müzakirə edilib. Vurğulanıb ki, parkda tikinti işlərinin aparılması planlaşdırılır və bu, ərazidə flora və faunaya mənfi təsir göstərə bilər. Milli parkın Ümumdünya İrs Komitəsi tərəfindən nəzarətə götürülməsi və buna qarşı addımlar atması təklif edilib. Vyetnamın təmsilçisi çıxışı zamanı bildirib ki, bu mövzuda təhdidlərin yaranmaması üçün komitə ilə razılıq əldə olunub. Üzv ölkələr Vyetnamın qabaqlayıcı tədbir görməsini müsbət qiymətləndirib və təklifləri dinlənildikdən sonra müvafiq qərar qəbul olunub.
Asiya-Sakit okean regionunda yerləşən mədəni mirasın real vəziyyətinin müzakirəsi zamanı da Avstraliya, Hindistan, İndoneziya və Yaponiyanın meşə massivlərinin Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi ilə bağlı məsələ müzakirə olunaraq müvafiq qərar qəbul edilib.
Daha sonra Kanadada Meşə Öküzü Milli Parkının dağılmaq üzrə olması haqqında məsələyə baxılıb. Milli park ərazisində yaşayan yerli icmanın nümayəndəsi bu məsələyə xüsusi diqqətin ayrılmasını xahiş edib.
Bundan başqa, Latın Amerikası və Karib regionunun milli parklarının mühafizəsi məsələləri də müzakirə olunub.
Günün ikinci yarısında işini davam etdirən sessiyada ərəb dövlətləri regionunda qarışıq irslə bağlı hazırlanmış qərar müzakirəsiz qəbul edilib. Sonra Şimali Makedoniyadakı Oxrid gölü və onun ətrafında təbii-mədəni duruma olan təhdidlər geniş müzakirələr doğurub. Bununla bağlı Dünya İrs Komitəsinin hazırladığı hesabat dinlənilib. Hesabatda vurğulanıb ki, urbanizasiyanın və turizmin inkişafı, gölün ətrafındakı monastır-kilsənin yeni tikilən binalar tərəfindən sıxışdırılması həmin ərazinin qorunmasını təhdid edir. Hələ 40-cı, 41-ci sessiyalarda qərar qəbul edilsə də, Oxrid gölü ilə bağlı konservasiya işləri lazımınca aparılmayıb. Çıxış edən ölkələrin nümayəndələri Şimali Makedoniyaya vəziyyəti düzəltmək üçün daha bir müddət vaxt verilməsini təklif ediblər. Vurğulanıb ki, əgər Dünya İrs Komitəsinin tövsiyələri nəzərə alınmazsa, o zaman Oxrid gölü təhlükə ilə üzləşən obyektlər siyahısına daxil ediləcək.
Sessiyada Tanzaniya və Tunisdəki unikal təbii mühitin və arxeoloji zonanın qorunması da müzakirə edilib.
Maraq doğuran növbəti məsələ Qazaxıstandakı Xoca Əhməd Yasəvinin məqbərəsi ətrafında bufer zonanın vəziyyəti ilə bağlı olub. Qırğızıstan və Azərbaycan nümayəndəlikləri Türküstan şəhərində görülən abadlıq işlərinin abidəyə heç bir zərər verməyəcəyini vurğulayıblar. Qazaxıstan hökumətinin gördüyü işlər müsbət qiymətləndirilib, tikinti işlərinin məqbərədən kənarda aparıldığı təsdiq edilib. Bu abidənin təhlükə siyahısına daxil edilməsinə ehtiyac olmadığı vurğulanıb.
Müzakirə zamanı ICOMOS təmsilçisi tövsiyə edib ki, Xoca Əhməd Yəsəvi məqbərəsi ətrafında konservasiya zonası genişləndirilsin. Beynəlxalq Memarlar İttifaqının nümayəndəsi Türküstan şəhərinin inkişafı ilə bağlı məqbərəni qorumağın vacibliyini vurğulayıb və sonda təkliflər hazırlanan qərar layihəsində nəzərə alınıb.
Sessiya bu gün öz işini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

