Mübariz Qurbanlı: Biz narahat deyilik
06.08.2013 [08:31]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı “Azadlıq” radiosuna müsahibə verib:
- Müxalifət seçkinin vaxtının bir həftə ertələnməsini iqtidarın “Milli şura”ya zərbəsi sayır. Deyirlər ki, bu, Rusiya vətəndaşlığına hələ də xitam verilməyən Rüstəm İbrahimbəyovun şansını daha da azaldır. Siz necə fikirləşirsiniz?
- “Milli şura”nı əfsanəyə çevirmək, onun arxasında güclü sosial dayağın olduğunu iddia etmək istəyənlər var. “Milli şura” deyəndə, orda “Müsavat” üstəgəl AXCP, üstəgəl kənardan gəlmiş bir-iki adamdır. Bu radikal qanadın sosial dayağı yuxarı-aşağı heç 2 faiz də deyil. İstəyirsən ora təzədən bir-iki adam da gətirsinlər, xeyri yoxdur. Başqa bir tərəfdən, onlar müxalifətin “vahid namizəd” adını öz üzərlərinə götürmək istəyirlərsə, yanlışlığa yol verirlər. Azərbaycanda başqa müxalifət partiyaları da var, onlar deməlidirlər ki, “radikal qanadın vahid namizədi”. “Vahid namizəd bizik” demək anormaldır. Siz də sıradan bir namizədsiniz. Tbilisidə toplaşmaq məsələsinə gəlincə, mən əvvəl də demişəm, yenə də deyirəm: istəyir lap Parisdə toplaşsınlar, nə dəyişir? Tbilisidə toplaşmaq şou məqsədi daşıyırdı. Rüstəm İbrahimbəyovun Tbilisidə işi var idi, həm ziyarət, həm ticarət deyib, onları da çağırdı. Rüstəm İbrahimbəyov həmin vaxt Bakıya da gələ bilərdi. Vergi istintaq idarəsi də bəyan elədi ki, ona qarşı hər hansı cinayət işi qaldırılmayıb. Kinematoqrafçılar İttifaqına açılan cinayət işi ilə bağlı söhbət üçün onu da çağıra bilərlər. Burda nə var ki? Sadəcə, Rüstəm İbrahimbəyov özü Azərbaycana gəlmək istəmir. İttifaqa cinayət işi açılandan sonra o, dəfələrlə Azərbaycana gəlib-gedib. Hökumət ona niyə təzyiq etməlidir ki? O, sıradan bir namizəddir. Biz heç vaxt narahat deyilik. Mən hər dəfə deyirəm - Rüstəm İbrahimbəyov, İsa Qəmbər, Eldar Namazov - hansı istəyir radikal qanadın namizədi kimi seçkidə iştirak etsin. Bunlar əfsanələrlə yaşayırlar. Elə bilirlər ki, onlar müxtəlif manevrlər edəndə, öz fəaliyyətlərinin üzərinə sehr pərdəsi çəkəndə, camaat deyəcək ay haray, baxın bunlar nədir, kimdir. Bir müddət istədilər özlərini ayrı-ayrı dövlətlərin müdafiə etdiyi şəxslər kimi göstərsinlər, amma bu da boşa çıxdı. Biz narahat deyilik. Sabah Rüstəm İbrahimbəyov namizəd olsa, seçki kampaniyası aparanda biz onunla müxtəlif səviyyələrdə üz-üzə gəlib sözümüzü deyəcəyik.
- “Milli şura”nın üzvü, hüquqşünas Vidadi Mirkamal “Bizim yol”a müsahibəsində deyib ki, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olmasını onun namizədliyini irəli sürəndən 3 gün sonra biliblər.
- Mənim bildiyimə görə, orda bir neçə hüquqşünas var, Əli Kərimli də hüquqşünasdır, deyəsən, Əvəz Temirxan da, həmçinin. Bunlar yığışıb “vahid namizəd” müəyyən edirlər, bəs bilmirlərmi ki, bu, kimdir? Mən hərdən təəccüblənirəm, bu adamlar dövlət idarə etmək iddiasındadırlar. İrəli sürdüyünüz adamla bağlı niyə araşdırma aparmırsınız ki, bu kimdir, bunun hansı problemi var? Gələcəkdə seçkiyə gedəcək, bunun üçün hansı sənədlər lazımdır? Bilirsinizmi ki, bu sənədlərin yığılması nə qədər vaxt tələb edir? Mən deyərdim Rüstəm İbrahimbəyov bir az da özünü siyasətdə tanıtmaq istəyir. Mənə elə gəlir ki, bu onları aldadıb. Yoxsa namizədlik məsələsini eşidən kimi deyərdi ki, mənim belə bir problemim var.
Yoxsa bu adamlar yığışıb danışırlar, əsas mövzu qalır kənarda. Normal siyasətçilər oturanda, hədəfləri və o hədəflərə gedən yollardakı maneələri müəyyən edirlər. Özləri bilər. Amma sabah yenə də hakimiyyəti günahlandırmaq üçün bəhanə axtaracaqlar. Pasport məsələsinin hakimiyyətə nə dəxli var axı? Özlərini alçaldıb Putinə müraciət edirlər. Axı, Rusiyanın bu məsələləri tənzimləyən qanunları var, özünüzü niyə aşağılayırsınız? Niyə “Milli şura”nın tarixdə olan adını istismar edirsiniz? O “Milli şura”dakılar istiqlaliyyət uğrunda vuruşurdu, siz nə uğrunda vuruşursunuz ki? Başqa ölkəyə deyirsiniz ki, namizədimizin pasport məsələsini həll et. Pasport məsələsi tezləşsə, nə olacaq ki? Möcüzə baş verəcək? Ya Rüstəm İbrahimbəyov bunları aldadır, ya da İsa Qəmbər bilib ki, belə bir məsələ var, deyib qoy elə belə qalsın və sonra özü “vahid namizəd” olsun.
- Zənn edək ki, Rüstəm İbrahimbəyovun pasport məsələsi həll olunub, qeydiyyatdan da keçib. Onun qələbə qazanmaq şansı necədir?
- (Gülür) Mən bunu fantastik bir şey sayardım ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlsin və prezident seçkisində qələbə çalsın. Gedin rayonlara. Birincisi, Rüstəm İbrahimbəyovu adamlar tanımır, ikincisi, Rüstəm İbrahimbəyov siyasi seçki kampaniyası aparmaq iqtidarında deyil. O, rejissor kimi yaxşı filmlər çəkə, səhnəyə tamaşalar qoya bilər, amma siyasət incə məsələdir. “Səhranın bəyaz günəşi” filmində yaxşı deyir: “Vostok - delo tonkoye”. Gərək Rüstəm İbrahimbəyov o sözü hər dəfə özü-özünə təkrar eləsin. Bu, çox incə məsələdir. Burda Rüstəm İbrahimbəyov üçün meydan yoxdur. Gəlməyinə gəlsin, o, bizim üçün sıradan bir namizəddir. Ad çəkmək istəmirəm, “Milli şura”da başqaları ondan yaxşı təbliğat aparar, nəinki o. Gəlsin, pasport da alsın, qeydiyyatdan da keçsin. İndi pasport ala bilməsə, deyəcəklər ki, Rusiya qoymadı. Biz seçkiyə alnıaçıq, meydana açıq gedirik. Hədəfimiz bəlli, liderimiz bəlli. Biz belə gedirik, heç nədən də çəkinmirik.
- Deyirsiniz ki, kimsə kimisə aldadıb. Sizcə, kim kimi aldadıb?
- Bunu gələcək göstərəcək, Rüstəm İbrahimbəyov müxalifəti aldadıb, yoxsa onlar bunu. Bunun bizə aidiyyəti yoxdur.
- Sonuncu məlumat odur ki, Mehman Əliyevi “Milli şura”nın ehtiyat “vahid namizəd”i kimi irəli sürmək istəyirlər. Mehman Əliyevin namizədliyinə necə baxırsınız?
- Kimin namizədliyini verirlər versinlər, bunun bizə təsiri yoxdur. Biz kampaniyamızı aparırıq, Prezidentimizin də gördüyü işlər bəllidir.
- Rəsul Quliyevin də adı çəkilir.
- Mənə elə gəlir ki, Rəsul Quliyevin Azərbaycanda seçkiyə qatılmaq şansı yoxdur. Çünki o, 10 ildən çoxdur Azərbaycanda yaşamır. Qanun da buna imkan vermir.
- Bir də İlham Əliyevin seçki qərargahının olmayacağı barədə məlumatlar var. Bu, nə qədər doğrudur?
- Seçki Məcəlləsində nə nəzərdə tutulubsa, Yeni Azərbaycan Partiyası onların hamısını həyata keçirəcək.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

