Azərbaycanda gender bərabərliyi yüksək səviyyədə təmin olunub
15.02.2016 [15:10]
Milli Məclisin deputatı Dilarə Cəbrayılova
- Dilarə xanım, V çağırış Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edirsiniz. Ölkəmizin ən güclü siyasi təşkilatının nümayəndəsi olaraq YAP-ın cəmiyyət həyatında, eləcə də parlament müstəvisində rolu haqqında düşüncələrinizi bilmək istərdik...
- Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası 24 ilə yaxın dövr ərzində Ulu öndərin ideyalarını və prinsiplərini həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi uğrunda işləri uğurla davam etdirir. YAP cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirir. Partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti sayəsində Azərbaycanın dünya ölkələri arasında mövqeyi möhkəmlənir, beynəlxalq nüfuzu günbəgün artır. Partiyanın uğurları gələcəyə böyük ümidlərlə baxmağa əsas verir. Məhz bunun nəticəsidir ki, son parlament seçkilərində YAP-ın namizədləri ötən seçkilərdə olduğu kimi, böyük səs çoxluğu ilə qələbə qazanıb V çağırış Milli Məclisdə partiyamızı təmsil edirlər.
- Uzun müddətdir təhsil sahəsində çalışırsınız. Azərbaycanda təhsilin vəziyyətini necə qiymətləndirirsiniz?
- Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində təhsildə çox büyük islahatlar gedir. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Eləcə də təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib.
Eyni zamanda, Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələr, Təhsil Nazirliyinin uğurlu fəaliyyəti bu sahədə mühüm nəticələr verməkdədir. Milli təhsilimizin dünya ölkələri təhsilinə inteqrasiyası çox böyük sürətlə həyata keçirilir. Dövlətin strateji sahələrindən biri olan təhsilimiz ümumbəşəri və milli dəyərlərimiz əsasında formalaşmaqdadır. XXI əsr Azərbaycanın təhsil tarixində islahatlar əsri kimi yaddaşlarda qalacaq.
- Təhsil sahəsində çalışmaq, pedaqoji kollektivlə, şagirdlərlə sıx ünsiyyətdə olmaq nə kimi üstünlüklər gətirir?
- Təhsil sahəsində çalışmaq, pedaqoji kollektivlə, şagirdlərlə sıx ünsiyyətdə olmaq mənə müstəqil fikir yürütmək, məqsədyönlü iş qurmaq, öz fəaliyyətimdə reallığa əsaslanmaq kimi üstünlüklər gətirib.
- Milli Məclisin ötən sessiyasında təhsildən yayınan şagirdlərə görə inzibati cəzalar, cərimələrin tətbiq olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi. Sizcə, bu yenilik belə bir problemin aradan qaldırılmasına necə təsir göstərəcək?
- V çağırış Milli Məclisin ötən sessiyasında təhsildən yayınan şagirdlərə görə inzibati cəzalar, cərimələrin tətbiq olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi. Məqsəd dərsdən yayınma hallarının qarşısının alınması, valideynlərin uşaqlar üzərində məsuliyyətinin artırılmasıdır.
Bu qanun bir neçə problemin aradan qaldırılmasına köməklik göstərəcək. Bəzi valideynlər erkən yaşlı uşaqları təhsildən yayındırır, onları qanunsuz əmək fəaliyyətinə cəlb edir, bəziləri isə uşaqları erkən nikaha məcbur edirlər. Bütün bunların kütləvi hala keçməməsi üçün bu cəzaların tətbiqi labüddür.
- Dilarə xanım, siz Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüsünüz. Ümumiyyətlə, ölkəmizdə bu sahədə olan vəziyyəti necə dəyərləndirirsiniz?
- Gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktualdır. Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə qadın və uşaqların hüquqlarının təmin edilməsini prioritet sayan dövlətlərin bu gün həll etməyə çalışdığı əsas problemlərdən biridir. Azərbaycan tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu alıb. Həmin vaxtlarda ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququ verilib.
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra isə cəmiyyət həyatının digər sahələrində olduğu kimi, gender siyasətində də böyük dəyişikliklər, irəliləyişlər, tərəqqi əldə edildi. Ulu öndərin fəaliyyəti nəticəsində gender problemlərinin həllinə böyük təkan verildi. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün qadınlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqa malik olması dövlət idarəetmə kursunun prioritet istiqamətinə çevrilib. Beləliklə, Azərbaycanda gender bərabərliyi yüksək səviyyədə təmin olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35

