Azərbaycan demokratik inkişafın milli modelini formalaşdırıb
05.07.2013 [01:46]
Prezident İlham Əliyev: Azərbaycan demokratik, sürətlə inkişaf edən, siyasi islahatlar həyata keçirən, Avropa Şurası və Avropa İttifaqı ilə yaxın əməkdaşlıq edən ölkədir
Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Odur ki, bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer almaqdadır. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən başlıca amil qismində isə mütəmadi surətdə sistem-struktur islahatlarının həyata keçirilməsi çıxış edir.
Qeyd etmək lazımdır ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra həyata keçirilən sistematik səciyyəli kompleks islahatlar demokratik transformasiyanı təmin edən fundamental mexanizm oldu. 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum nəticəsində ölkə Konstitusiyasının qəbul edilməsi demokratik transformasiyanın əsasını qoyan tarixi addım oldu. Bundan sonra çoxpartiyalı təmsilçilik əsasında parlament seçkilərinin keçirilməsi, qanunvericilik prosesinin rasional və konstitusion şəkildə təşkil edilməsi hüquqi dövlət quruculuğu prosesini sürətləndirən mühüm amil oldu.
Beləliklə, hüquqi nihilizmin aradan qaldırılması, siyasi-hüquqi islahatların həyata keçirilməsi kimi strateji tədbirlər ölkədə demokratik hüquq və azadlıqların daha da möhkəmlənməsini şərtləndirmiş oldu. Bu sırada Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar xüsusi vurğulanmalıdır.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə prosesi 2003-cü ildən etibarən yeni keyfiyyətdə davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqların təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi və digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirdi. Nəticə etibarilə, Azərbaycan demokratiya yolunda intensiv irəliləyişini inamla davam etdirdi.
Elə bütün bunların məntiqi nəticəsidir ki, Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları Azərbaycanın demokratiya yoluna sadiq qaldığını və demokratikləşmə prosesini sürətləndirdiyini bəyan etməkdədirlər. Bu da onun göstəricisidir ki, müstəqilliyin ilk illərindəki dərin kataklizmlərdən fərqli olaraq, bu gün Azərbaycan həyata keçirilən sistematik islahatların fonunda demokratiya yolunda qəti və ardıcıl addımlar atmaqdadır.
Şübhəsiz, müstəqil Azərbaycan Respublikasının demokratik inkişafını şərtləndirən başlıca faktorlar qismində həyata keçirilən sosial-siyasi və iqtisadi islahatlar çıxış edir. Qeyd etdiyimiz kimi, sosial-siyasi platformada insan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da Azərbaycan olduqca yüksək səviyyədə qiymətləndirilir. Siyasi hüquq və azadlıqların, xalqın ali iradəsinin təmin olunmasının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, inamla davam etdirilir.
Əlbəttə, bütün bunlar vətəndaşların siyasi həyatda daha azad və layiqli şəkildə iştirakına spesifik töhfələr verməkdədir. Nəticə etibarilə, vətəndaş-dövlət münasibətləri bütün sahə və sektorlarda ən yüksək səviyyədə təmin edilməkdə və arzulanan nəticələri ortaya qoymaqdadır. Siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi milli təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə yanaşı, demokratik inkişafı da sürətləndirməkdədir.
Beləliklə, demokratik inkişaf yolunda qətiyyətlə irəliləyən Azərbaycan bu gün beynəlxalq miqyasda dinamik tərəqqiyə malik olan, möhkəm ictimai-siyasi sabitliyin təmin olunduğu, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiə mexanizminin formalaşdırıldığı ölkə kimi tanınır. Yeri gəlmişkən, iyunun 21-də Brüsseldə Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə keçirilən birgə mətbuat konfransında bu məsələyə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan demokratik, sürətlə inkişaf edən, siyasi islahatlar həyata keçirən, Avropa Şurası və Avropa İttifaqı ilə yaxın əməkdaşlıq edən ölkədir.
Dolayısıyla, sadalananlar deməyə əsas verir ki, Azərbaycan demokratik inkişafın milli modelini formalaşdırıb.
NURLAN QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

