/ / Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq dialoqunun bərabərhüquqlu və strateji tərəfdaşlıq əsasında inkişafında maraqlıdır
Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq dialoqunun bərabərhüquqlu və strateji tərəfdaşlıq əsasında inkişafında maraqlıdır
24.07.2013 [09:48]
Brüsseldə Avropa İttifaqına (Aİ) üzv və “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin IV görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən AzərTAc-a bildiriblər ki, iclasda Azərbaycanı ölkəmizin xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov təmsil edib.
Toplantıya Avropa Komissiyasının vitse-prezidenti və Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton və qurumun Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle sədrlik ediblər.
Tədbirdə Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri, Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Sərmayə Bankı, eyni zamanda, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri və “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun nümayəndəsi iştirak ediblər.
Tədbir iştirakçıları “Şərq Tərəfdaşlığı”nın hazırkı vəziyyətini, onun Varşava Sammitindən bu günədək əldə etdiyi nailiyyətlərini, Vilnüs Sammitinə hazırlıq və ondan sonrakı tərəfdaşlıq perspektivlərini müzakirə ediblər.
Elmar Məmmədyarov ölkəmizin “Şərq Tərəfdaşlığı”ndakı fəaliyyəti və ümumiyyətlə, Aİ ilə əməkdaşlıq dialoqundan bəhs edib, 2006-cı ildə qəbul edilmiş Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Proqramında əks olunmuş Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə dəstəyin verilməsi ilə bağlı qurumun üzərinə götürdüyü öhdəliyə əməl etməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan-Aİ dialoqunun gələcək perspektivləri və Assosiasiya Sazişi üzrə aparılan danışıqlarda tərəqqinin əldə olunması bu növ qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinin öhdəlikləri əsasında reallaşması mümkündür.
Nazir Prezident İlham Əliyevin iyunun 21-də Brüsselə səfəri çərçivəsində Aİ Şurasının prezidenti Herman van Rompey və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə keçirdiyi görüşləri xatırladıb. Diqqətə çatdırıb ki, görüşlərdə bir sıra vacib nəticələr əldə edilib. Azərbaycan Aİ ilə tərəfdaşlıq dialoqunun bərabərhüquqlu və strateji tərəfdaşlıq əsasında inkişafında maraqlıdır.
Elmar Məmmədyarov bildirib ki, “Cənub qaz dəhlizi” ilə bağlı qəbul edilmiş qərarlar Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsində və qurum ilə siyasi-iqtisadi münasibətlərdə bundan sonra daha da geniş imkanların yaradılmasında müstəsna rol oynayacaq.
Nazir Aİ ilə viza rejiminin asanlaşdırılması və readmissiya sazişləri ilə bağlı danışıqlarının demək olar ki, tamamlandığını və Vilnüs Sammitinədək həmin sənədlərin imzalanmasının əhəmiyyətini, qurum ilə təhsil sahəsində əməkdaşlığın təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. E.Məmmədyarov bu sahədə Azərbaycan-Aİ əməkdaşlığı çərçivəsində ciddi addımların atılmasını, “Şərq Tərəfdaşlığı” fəaliyyətində qender bərabərliyi və qadınların cəmiyyətlərdə rolunun artırılmasının fəaliyyət istiqamətinin inkişaf imkanlarının araşdırılmasını təklif edib.
Nazir tədbir çərçivəsində ukraynalı və yunanıstanlı həmkarları ilə təkbətək görüşlər keçirərək, ikitərəfli münasibətlərin genişləndirilməsinin perspektivlərini müzakirə edib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

