/ / Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin sədrinə qonşu zalda əyləşən potensial erməni “müştərisi” xatırladılıb
Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin sədrinə qonşu zalda əyləşən potensial erməni “müştərisi” xatırladılıb
28.03.2014 [09:03]
Martın 24-də Haaqada III Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində “Haaqa - sülh və ədalət paytaxtı” mövzusunda mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) sədri Son Sanxen, BMT-nin Beynəlxalq Məhkəməsinin (ICJ) sədri Piter Tomka, “Eurojust” qurumunun başçısı Mişel Konins və “Europol” qurumunun direktoru Rob Ueynrayt iştirak ediblər. Tədbirin moderatoru Haaqa şəhərinin meri Yozias van Artsen idi.
Mətbuat konfransında AzərTAc-ın müxbiri Beynəlxalq Cinayət Məhkəməsinin sədri Son Sanxenə belə bir sualla müraciət edib:
- Məlum olduğu kimi, ICC-nin Roma Nizamnaməsinə əsasən, sizin məhkəmə 2002-ci il yanvarın 1-dən sonra törədilmiş soyqırımı, insanlığa qarşı cinayət, hərbi cinayət və təcavüzün aktı kimi ağır cinayətləri araşdırır. Lakin təəssüf ki, dünyada Roma Nizamnaməsində göstərilmiş tarixə qədər belə cinayətlər törətmiş, hələ də azadlıqda olan şəxslər vardır. Bu qəbildən, ən ağır cinayətlərdən biri 1992-ci ildə Azərbaycanın Xocalı, Qaradağlı və başqa yaşayış məntəqələrində dinc Azərbaycan əhalisinin erməni silahlı qüvvələri tərəfindən məhv edilməsidir. Üstəlik, bu cinayətkarlardan bəziləri bu gün hətta hökumətlərdə yüksək vəzifələr tuturlar. Məsələn, bu dəqiqələrdə qonşu zalda əyləşən və həmin soyqırımı aktlarında şəxsən iştirakını Britaniya jurnalistinə müsahibəsində etiraf etmiş Ermənistan prezidenti Serj Sarkisyan. Mən sizə bu dəhşətli cinayət nəticəsində çoxsaylı qohumlarını itirmiş bir insan kimi müraciət edirəm: Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan, müdafiə naziri Seyran Ohanyan, bu ölkənin sabiq prezidenti Robert Koçaryan kimi cinayətkarların və onların cinayət ortaqlarının əməlləri 2002-ci ilə qədər törədilmişdirsə, onların Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin müqəssirlər skamyasına gətirilməsi mexanizmi nədən ibarətdir?
Son Sanxen bu suala cavab verərək, deyib ki, Ermənistan prezidentinin bu sammitin işində iştirak etməsi ona məlumdur. ICC sədri deyib:
- Cinayətlər, ilk növbədə, onların törədildiyi ərazilər o vaxt hansı dövlətlərin yurisdiksiyasına daxil idisə, həmin dövlətlərin milli məhkəmələrində araşdırılmalıdır. Belə hallarda ICC istintaqa və milli məhkəməyə komplimentar, yəni tövsiyə və texniki xarakterli kömək edə bilər. Lakin bəzi hallarda bu və ya digər məqamlar, məsələn, dövlətin işğal edilməsi səbəbindən onun öz suveren ərazisinin bir hissəsi üzərində nəzarəti olmadıqda, bu araşdırmalar çox vaxt qeyri-mümkün olur. Dünyada belə hallar çox olmuşdur. Belə problemli vəziyyətlərdə bütün tərəflərin əməkdaşlığının defisiti müşahidə olunur. Sizin sualınızda xatırlatdığınız hadisə buna misal ola bilər. Bu halda dövlət həmin məsələni beynəlxalq təşkilatlarda, məsələn, BMT-də qaldıra bilər, o da öz növbəsində, araşdırmaya başlamaq təklifi ilə ICC-ə müraciət edə bilər. Sizin dövlətiniz məhz bu yolla getməlidir.
Kaş həmin anda Nüvə Təhlükəsizliyi Sammitində dünya liderlərinin arasında əllamə görkəmlə oturan Serj Sarkisyan biləydi ki, onun lap qulağının dibində, divarın o tayında, onun törətdiyi cinayətlərə görə biabırçı şəkildə müqəssirlər skamyasına gətirilməsi yolları dünya xəbər agentliklərini təmsil edən yüzlərlə jurnalistin iştirak etdiyi mətbuat konfransında Beynəlxalq Cinayət Məhkəməsinin sədri ilə müzakirə olunur.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

