Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkmənistan nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Türkmənistan nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

03.04.2014 [09:55]

Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov başda olmaqla bu ölkənin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.
AzərTAc xəbər verir ki, aprelin 2-də türkmənistanlı qonaqlar Fəxri xiyabanda olub, xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Paylaş:
Baxılıb: 802 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31