Heydər Əliyev Fondunun beynəlxalq fəaliyyət dairəsi genişlənir
06.06.2014 [09:43]
Heydər Əliyev Fondunun beynəlxalq fəaliyyət dairəsi genişlənir. Bu il Fondun və Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinin dəstəyi ilə Qərb sivilizasiyasının beşiyi sayılan Yunanıstanda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
AzərTAc xəbər verir ki, ilk tədbir iyunun 6-da Afinada, “Meqaro Musikis” Musiqi Kompleksində baş tutacaq. Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri Yunanıstan paytaxtının ən böyük musiqi salonunda maraqlı konsert proqramı ilə çıxış edəcək. Klassik musiqi axşamında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Cahangir Cahangirovun, Niyazinin, Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, Astor Piazolla, Pablo de Sarasate, Ernesto de Kurtis kimi dünya şöhrətli musiqiçilərin əsərləri səslənəcək. Konsertin baş dirijoru Xalq artisti Teymur Göyçayevdir.
İlk tədbir geniş informasiya dəstəyi ilə gerçəkləşir. Xüsusi informasiya bazasında yaradılmış http://www.azerbaijani-culture.gr saytı Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini, eləcə də Yunanıstanda nəzərdə tutulan silsilə tədbirləri geniş işıqlandırmaq məqsədi daşıyır. Bu tədbirlərə dəvətnaməni sayt vasitəsilə online rejimində əldə etmək mümkündür.
Konsertdən əvvəl qonaqlar Heydər Əliyev Fondu tərəfindən son illərdə çap olunmuş müxtəlif nəşrlərlə tanış olacaqlar. Qədim və zəngin Azərbaycan mədəniyyətindən bəhs edən nəşrlər sırasında Azərbaycan Milli İncəsənət Muzeyinə, musiqi alətlərinə, əlyazmalara, xalq tətbiqi sənətinin müxtəlif növlərinə həsr edilmiş kitablar, pop, caz, muğam və klassik musiqidən ibarət disklər, eləcə də Nizami və Məhsətinin əsərləri təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

