/ / IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb
IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb
08.04.2015 [09:42]
Aprelin 7-də IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) ilə müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan idmançılarının İslam Həmrəyliyi Oyunlarındakı çıxışından və ölkəmizin turizm potensialından bəhs edən videoçarx nümayiş olunub.
Müqavilənin əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarımızın bu yarışlardakı uğurları barədə məlumat verib. Bildirib ki, İHİF-in nümayəndələri ölkəmizdə yaradılan idman infrastrukturu ilə yaxından tanış olublar. “Bakı-2015” ilk Avropa Oyunlarının təşkil olunacağı obyektlərdəki şərait qonaqlarda xoş təəssürat yaradıb. Azərbaycan idmançıları “Bakı-2017”ni ciddi sınaq kimi qəbul edir və həmin Oyunlarda yüksək nəticələr üçün mübarizə aparacaqlar.
Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən İHİF-in prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al Saud Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib.
Qeyd edib ki, Azərbaycan hökumətinin İslam Həmrəyliyi Oyunlarını təşkil etməyə maraq göstərməsi çox sevindiricidir. IV İslam Həmrəyliyi Oyunları 2017-ci ilin ən böyük idman hadisəsi olacaq. “Biz güclü əməkdaşlıq və işbirliyi sayəsində Oyunları uğurla təşkil edəcəyik və azarkeşlər bu yarışlardan böyük zövq alacaqlar”.
İslam Həmrəyliyi Oyunlarının təşkilinin İslam dəyərlərinin yayılmasına, qardaşlıq və birliyin əks olunmasına öz töhfələrini verəcəyini bildirən İHİF-in prezidenti yarışın yüksək səviyyədə keçirilməsi üçün birgə əməkdaşlığın vacibliyini qeyd edib.
Azərbaycanda irimiqyaslı tədbirlərin müvəffəqiyyətlə təşkil edildiyini bildirən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib.
Bildirib ki, Azərbaycan İslam dünyasında hər zaman diqqət mərkəzində olan bir məkandır. Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı seçilib, 2018-ci ildə isə bu missiya Naxçıvana həvalə olunacaq. Hazırda ölkəmiz “Bakı-2015” ilk Avropa Oyunlarının keçirilməsinə hazırlaşır. Həmçinin cari ildə ölkəmizdə şahmat üzrə dünya kuboku, gələn il şahmat üzrə Olimpiada, “Formula-1” üzrə Avropa Qran-pri yarışları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Biz bu yarışların təşkil olunması istiqamətində bütün imkanlarımızdan istifadə edəcəyik ki, turnirlər yüksək səviyyədə keçirilsin.
Tədbirdə qeyd olunub ki, IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə mayda - Ramazan ayından əvvəl təşkil olunacaq. Yarışın proqramına 19-20 idman növü daxil ediləcək ki, bunlar da “Bakı-2015” ilk Avropa Oyunlarının proqramı ilə qismən də olsa üst-üstə düşəcək. IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika və zorxana kimi idman növləri üzrə yarışlar keçiriləcək. İdmançıların isə “Bakı-2015” üçün nəzərdə tutulan Atletlər Kəndində yerləşdirilməsi nəzərdə tutulub.
Sonra Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov və İHİF-in prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti, Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al Saud müqaviləni imzalayıblar.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Qeyd edək ki, 2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İHİF-in səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində Federasiyaya üzv olan Milli Olimpiya komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. Tam səs çoxluğu ilə ölkəmizin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə qərar qəbul edilib. Əlli yeddi ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı “Həmrəylik bizim gücümüzdür” seçilib. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembank şəhərində keçirilmiş III İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı İHİF-in bayrağı Azərbaycana verilmişdi.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 4 iyun tarixli Sərəncamı ilə 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
Xəbər lenti
Hamısına baxİdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50

