Əliməmməd Nuriyev: Cəza siyasətinin humanistləşdirilməsi müasir dövrün tələblərinə cavab verir
16.02.2017 [10:05]
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Prezidentinin Sərəncamı son 12 ildə penitensiar sahədə, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı aparılan islahatların növbəti mərhələsinə start verir.
Bu fikri “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev fevralın 15-də AZƏRTAC-a açıqlamasında deyib.
“Penitensiar xidmətin fəaliyyəti və bütövlükdə cəzaların icrası sahəsində yeni islahatlar bir tərəfdən, hazırda ictimai münasibətlərdə və cəmiyyət həyatının bütün sahələrində baş verən sürətli dəyişikliklərlə şərtlənirsə, digər tərəfdən, mövcud problemlərin səmərəli həllinə olan ehtiyac bunu zəruri edirdi. Bu baxımdan Prezident İlham Əliyevin bu təşəbbüsü həm müasir dövrün tələblərini nəzərə alır və innovasiyalar üçün imkan yaradır, həm də mövcud problemlərin səmərəli həlli üçün yeni yanaşmalardan və qabaqcıl dünya təcrübəsindən yararlanmağı təqdim edir. Bu addım həm də zamanında atılıb və penitensiar sahədə, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı indiyədək əldə edilmiş təcrübədən səmərəli yararlanmaq imkanı verir. Sərəncamı diqqətlə təhlil etsək, görərik ki, burada həm cəmiyyətin, həm fərdin, həm də dövlətin maraqları nəzərə alınıb. Uzun illərdir cəzaçəkmə müəssisələrində monitorinqlər aparan, penitensiar sistemin fəaliyyəti ilə yaxından tanış olan şəxs kimi deyə bilərəm ki, Sərəncamda mövcud problemlər çox aydın şəkildə göstərilib”, - deyə Ə.Nuriyev bildirib.
Diqqətə çatdırıb ki, Sərəncamda nəzərdə tutulan tədbirlər və Probasiya xidmətinin yaradılması bu problemi əhəmiyyətli dərəcədə həll etməyə imkan yaradacaq. Digər tərəfdən, alternativ cəzaların tətbiqi ilk növbədə fərdin, vətəndaşın maraqlarını əsas tutmağa imkan verəcək. Bir qayda olaraq, bütün cəmiyyət və dövlət cəza siyasətində kollektiv maraqların əsas tutulmasına çalışır və cəza siyasəti buna uyğun həyata keçirilir. Amma alternativ cəzaların geniş tətbiqi məhz fərdin hüquqlarının qorunması baxımından əhəmiyyətlidir. Obrazlı şəkildə deyə bilərik ki, alternativ cəzaların tətbiqi vətəndaş üçün daha humanist islah yolu təqdim edir. Sərəncamda daha çox bu məsələyə diqqət yetirilməsi çox mühümdür. Dövlətimizin başçısı aydın mesaj verdi ki, alternativ islah yolları hazırda dövlət üçün də prioritet olmalıdır. Yəni, dövlət cəza siyasətində əvvəlki təcrübə ilə müqayisədə azadlığın sərhədlərini daha da genişləndirir.
Ekspert qeyd edib ki, digər mühüm məsələ Penitensiar xidmətin fəaliyyətində nəzərdə tutulan islahatlardır. Bu zaman da yeni yanaşma tətbiq olunur. İslahatlar Penitensiar xidmətə öz fəaliyyətini müasir tələblərə uyğun şəkildə qurmağa imkan verəcək. Sərəncamda, xüsusilə alternativ cəzaların çəkilməsi ilə bağlı səmərəli nəzarət sisteminin yaradılmasının vacibliyi vurğulanıb. Cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması ilə bağlı tədbirlərin görülməsinin planlaşdırılması da çox mühümdür.
Eyni zamanda, alternativ cəzaların tətbiq edilməsi halları genişləndikcə, ictimai işlər və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər cəzalara məhkum edilən şəxslərin böyük kontingenti yaranacaq. Bu sistemin idarə olunması, islah sisteminin səmərəli işləməsi üçün də Sərəncama əsasən, tədbirlər görüləcək. Şübhəsiz ki, Probasiya xidməti məhz bu sistemi idarə edəcək, məntəqə tipli cəzaçəkmə müəssisələri yeni formatda fəaliyyət göstərməli olacaqlar. Məhkumların əməyə daha çox cəlb edilməsinin genişlənməsi ehtiyacı yaranacaq.
Ə.Nuriyev bildirib ki, Probasiya xidmətinin yaranması sosial inteqrasiya tədbirlərinin daha effektiv görülməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, adaptasiya tədbirlərini həyata keçirməyə imkan verəcək. Bunun fəlsəfəsində cəmiyyət və dövlətin çətin həyat şəraitinə düşən, bundan irəli gələrək səhv buraxan insanların daha humanist yolla islahına nail olmaqdır. Yəni, cəmiyyət və dövlət belə səhvlərin aradan qaldırılması üçün daha humanist yanaşma nümayiş etdirir. Probasiya tədbirləri ilk növbədə, profilaktika deməkdir. Yəni, səhv edən vətəndaşlar alternativ cəzaların köməyi ilə islah edilir. Bunun üçün dəmir barmaqlıqlar arxasında oturmağa ehtiyac qalmır. Probasiya tədbirləri insanı cəmiyyətdən təcrid etmədən onun islahına imkan yaradır. Ekspert araşdırmalarına görə, azadlıqdan məhrumetmə qətimkan tədbiri seçilmədən islah olunma dövlətə beş dəfə ucuz başa gəlir. Eyni zamanda, bu tədbirlər cəza verilən şəxslər üçün cəmiyyətin xeyrinə işləmək və fayda vermək şansı da yaradır. Probasiya xidmətinin yaradılması cəzanı cəmiyyət və cəza təyin edilmiş şəxsin özü üçün yenidən tərbiyəyə çevirmək imkanı yaradır.
“Probasiya mürəkkəb sosial-hüquqi institutdur və onun səmərəli işləməsi üçün kompleks yanaşma tələb olunur. Prezidentin Sərəncamı məhz kompleks tədbirləri nəzərdə tutur və bu, sənədin üstünlüklərindən biri də məhz budur”, - deyə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti xüsusi vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

