/ / Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi Azərbaycan-Rusiya münasibətlərinin ruhuna ziddir
Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi Azərbaycan-Rusiya münasibətlərinin ruhuna ziddir
17.05.2017 [10:20]
Qərəzli və qeyri-obyektiv xarakterli bu qərar Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıq və narahatlıqla qarşılanır
Məlum olduğu kimi, Azərbaycan-Rusiya münasibətləri dinamik inkişaf tempinə malikdir. İki ölkə arasındakı çoxşaxəli münasibətlər və sıx təmaslar müasir beynəlxalq münasibətlər sisteminin mühüm komponentlərindən birini təşkil edir, Avrasiyada mühüm geopolitik faktor kimi səciyyələndirilir. Dərin təməllərə və tarixi köklərə söykənən, ikitərəfli və çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik xarakter daşıyır.
Bundan başqa, münasibətlərin inkişafına təkan verən amillər sırasında elmi-texniki, humanitar və iqtisadi sahədə təmasların sıxlaşdırılması, bu istiqamətdə qarşılıqlı səfərlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan-Rusiya əməkdaşlığının mühüm istiqamətlərindən birini də ticarət əlaqələri təşkil edir ki, bu sahədə də pozitiv inkişaf dinamikasının olduğu reallıqdır.
Azərbaycan ilə Rusiya arasında münasibətlər həmişə yüksək səviyyədə olub
O da vurğulanmalıdır ki, Rusiya-Azərbaycan münasibətləri özündə ehtiva etdiyi strateji çalarlar etibarilə regional təhlükəsizlik sisteminə mühüm töhfələr verir. Mövcud resurs və potensialları ilə həm Azərbaycan, həm də Rusiya regionda təhlükəsizlik sisteminin təminatı baxımından olduqca mühüm təsir imkanlarına malikdir. Ekspertlərin ümumi qənaəti ondan ibarətdir ki, münasibətlərin uzunmüddətli perspektivdə uğurla davam və inkişaf etdirilməsi hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir.
Bu da bir həqiqətdir ki, Azərbaycan və Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirilib və qarşılıqlı dəstək ruhu hökm sürüb. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rusdilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atıblar və bu siyasət hazırda da davam etdirilir.
Rusiyanın bəzi anti-Azərbaycan dairələri Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyət göstərirlər
Bütün bunlara baxmayaraq, son zamanlar müşahidə edilən bəzi neqativ məqam və hallar ikitərəfli münasibətlərin ruhuna-mahiyyətinə uyğun gəlmir. Belə ki, Rusiyanın bəzi anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir.
Məlum olduğu kimi, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv edib. Əlbəttə, bunun üçün göstərilən əsaslara nəzər yetirdikdə məlum olur ki, qəbul edilmiş qərar tamamilə subyektiv xarakter daşıyır, çünki “təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi”, yaxud “rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması” kimi “dəlil”lər hər hansı qurumun ləğvi üçün yetərli deyil. Görünür, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar.
Nə üçün Azərbaycan təşkilatına qarşı belə qərəzli mövqe nümayiş etdirilir?!
Əlbəttə, Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlik olan bu qərar bu ölkədə məskunlaşmış soydaşlarımızın narazılığına səbəb olacaq səhv addımdır. Nəzərə alınmalıdır ki, Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar bu ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyicilərdir. Azərbaycan ictimaiyyətinin belə bir haqlı sualı var: Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərir, amma məhz nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Məgər Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi? Əlbəttə, bu hal yolverilməzdir. Üstəlik nəzərə alınmalıdır ki, Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılmış təşkilatdır və qeyd etdiyimiz kimi, onun qeydiyyatının ləğvi iki ölkə arasında münasibətlərin ruhuna ziddir.
Ekspertlər ÜAK-ın ləğvinə dair qərarın qəbulunu yolverilməz hesab edirlər
Yeri gəlmişkən, məsələyə münasibət bildirən Qarabağ Araşdırmalar Mərkəzinin müdiri, Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı qərarın qəbul edilməsi Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə qarşı yönəlmiş addımdır. İki dövlət arasında bütün sahələr üzrə yüksək səviyyəli əlaqələrin olduğunu deyən E.Əhmədov əlavə edib ki, strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlərin inkişafı məmnunluq doğurur: “Azərbaycan dövləti hər zaman ölkəmizdə yaşayan ruslara yüksək qayğı ilə yanaşıb. Azərbaycanda rus dilinin, ədəbiyyatının, ənənələrinin inkişaf etdirilməsinə çox həssas yanaşılır. Azərbaycan çox az ölkələrdəndir ki, bütün tədris müəssisələrində rus və Azərbaycan dillərində dərslər paralel olaraq həyata keçirilir. Bundan başqa, Azərbaycanda 600-ə yaxın Rusiya şirkəti fəaliyyət göstərir ki, onların birbaşa investisiyasının həcmi 1 milyard dollardan artıqdır. Bütün bunlara rəğmən atılan bu addım onu göstərir ki, ÜAK-ın qeydiyyatının ləğvi anti-Azərbaycan qüvvələrin erməni lobbisi ilə işbirliyinin nəticəsidir. Bu addım 2 dövlət arasındakı münasibətlərə ciddi xələl vurmaq məqsədi daşıyır. Bu, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan bu ölkənin tərəfsiz vasitəçiliyinə olan inamı azaldır”.
E.Əhmədov onu da əlavə edib ki, ÜAK indiyədək nə Rusiya qanunlarına, nə də bu ölkənin milli maraqlarına zidd hərəkətlər etməyib: “Əksinə, bu qurum hər zaman Rusiyanın ictimai-siyası, mədəni həyatında fəalllıq göstərib”.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə deyib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi Azərbaycan və Rusiya arasında son illər ərzində inkişaf edən münasibətlərin ruhuna uyğun deyil. Rusiyanın Azərbaycanla bir çox sahələr üzrə layihələr həyata keçirdiyini xatırladan Ə.Nuriyev Azərbaycanın da Rusiyaya hər zaman diqqətlə yanaşdığını, ölkəmizdə Rusiya mədəniyyətinin təbliği istiqamətində ciddi işlərin görüldüyünü söyləyib. Ekspert bildirib ki, Rusiyanın strateji maraqlarının təmin olunmasında Azərbaycan hər zaman bu ölkəyə dəstək verib: “Rusiyadakı Azərbaycan diaspor təşkilatları, orada işləyən azərbaycanlılar Rusiya iqtisadiyyatına çox böyük töhfə verirlər. ÜAK Rusiyada yaşayan azərbaycanlıların yeganə ictimai təşklilatı sayıla bilər. Amma Rusiyada ayrı-ayrı xalqların çoxsaylı belə ictmai birlikləri fəaliyyət göstərir. Rusiyada ermənilərin yüzlərlə ictimai birlikləri fəaliyyət göstərir. ÜAK-ın qeydiyyatının ləğvi ilə Rusiyadakı bəzi dairələr, ermənipərəst və anti-Azərbaycan çevrələr Azərbaycan-Rusiya münasibətlərinə zərər vurmaq istəyirlər. Bu isə Rusiyanın milli mənafeyinə, strateji maraqlarına ziddir. Bu, iki ölkə arasındakı münasibətlərə kölgə salmaq istəyən bir fəaliyyətdir. Bütövlükdə isə, bu, hüquqi yox, siyasi qərardır”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34

