Milli Məclisdə AŞPA komitəsinin milli parlament seminarı keçirilib
03.06.2017 [10:25]
İyunun 2-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin “Avropa Sosial Xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi” mövzusunda milli parlament seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri Sevinc Fətəliyeva açaraq gündəlik barədə məlumatı diqqətə çatdırıb, ölkəmizdə Avropa Sosial Xartiyasının həyata keçirilməsi vəziyyəti barədə məlumat verib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov seminarda çıxış edərək bildirib ki, beynəlxalq sosial təminat hüququ və bu hüququn reallaşdırılması üçün müxtəlif beynəlxalq və regional təşkilatların qəbul etdiyi sənədlər hər bir ölkədə sosial vəziyyətin yaxşılaşdırılması sahəsində baza prinsiplərinin formalaşması üçün səmərəli normativ rolunu oynayır. Bütün bunlar Avropada sosial təminat sahəsində beynəlxalq hüququn mənbəyi qismində iqtisadi və sosial hüquqların geniş dairəsini tənzimləyən Avropa Sosial Xartiyasının əhəmiyyətini bir daha qabarıq şəkildə ortaya qoyur.
Nazir xatırladıb ki, Avropa Sosial Xartiyası Azərbaycanda 2004-cü il noyabrın 1-dən qüvvəyə minib. Bu 13 il sosial-iqtisadi inkişaf baxımından çox səmərəli olub. Respublikada qeyri-neft iqtisadiyyatının genişləndirilməsi şəraitində 1,6 milyondan çox iş yeri açılıb, işsizliyin və yoxsulluğun səviyyəsi 5 faizə endirilib, ölkə əhalisinin gəlirləri 8 dəfəyə qədər artıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial müdafiənin müasir elementlərini özündə cəmləşdirən əhatəli və ünvanlı sosial təminat sistemi formalaşıb. Ötən dövr ərzində bu sahədə ciddi islahatlar aparılıb və sosial müdafiə sferasının müasir tələblərinə uyğunlaşdırılması istiqamətində əsaslı nailiyyətlər qazanılıb. Azərbaycanda qurulan sosial müdafiə sistemi bu sahədə müxtəlif beynəlxalq sənədlərə, o cümlədən Avropa Sosial Xartiyası ilə müəyyənləşdirilən tələb və standartlara tamamilə cavab verir. Sosial müdafiə sistemi fərdlərə yanaşmada birinci amil kimi fərdin əmək qabiliyyətinin olub-olmamasını götürür. Əgər fərd əmək prosesindədirsə, onun bütün sosial müdafiə hüquqları ölkədə daim təkmilləşdirilən sosial sığorta sistemi vasitəsilə, fərd əmək qabiliyyətində deyilsə, onun və ya ailəsinin sosial müdafiəsi onların müəyyən həddə gəlirlərinin təmin olunması yolu ilə gerçəkləşdirilir və bunun qanunvericilik bazası dəqiq şəkildə formalaşdırılıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda əmək şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycan əhalisi gündən-günə artır. Əhali üçün yeni iş yerləri yaratmaq lazımdır. Hazırda Avropa Sosial Xartiyasının 24-cü maddəsinə uyğun olaraq “İşsizlikdən sığorta haqqında” qanun layihəsi müzakirə olunur. Bu qanun qəbul olunarsa, işsizlikdən sığorta sistemi işə düşəcək və müavinət alanların sayı 3 dəfə artacaq.
Seminarda çıxış edən Avropa sosial hüquqlar komitəsinin nümayəndəsi Lauri Leppik Avropa Sosial Xartiyasında əksini tapmış hüquqların təmin edilməsində parlamentlərin rolu, qəbul edilmiş qanunların icrasına nəzarət barədə fikirlərini bölüşüb.
Tədbirdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aytən Mustafayeva “Azərbaycanda sosial və iqtisadi hüquqların möhkəmləndirilməsində Xartiyanın rolu: işləmək hüququ, işlə təmin edən xidmətlər və bərabər imkanlar” mövzusunda məruzə ilə çıxış edib. Mövzu ətrafında aparılan müzakirələr zamanı ekspertlər və müxtəlif ölkələrin nümayəndələri çıxış edərək fikirlərini bildiriblər.
Müzakirələrdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev əhalinin məşğulluğunun təmin edilməsinin əsas istiqamətləri barədə məlumat verib, məşğulluq problemlərinin həlli, işsizliyin azaldılması istiqamətində ölkəmizdə görülən işlərdən danışıb. Bildirib ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda işçilərin kütləvi ixtisarı hallarına yol verilməyib.
Fasilədən sonra seminar işini davam etdirib. Toplantı iştirakçıları “Azərbaycanda sosial islahatlarda irəliləyiş: cari vəziyyət və növbəti illərə baxış” mövzusu ətrafında fikir mübadiləsi aparıblar.
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev çıxışlarında Azərbaycanda aparılan sosial islahatlar, əldə olunmuş nailiyyətlər barədə seminar iştirakçılarına məlumat veriblər.
Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin sədr müavini Silviya Bonet, Avropa Sosial Xartiyası üzrə alt komitənin üzvləri Serxiy Kiral, Jan Skoberne və başqaları qarşıda buran vəzifələr barədə danışıb, qeydlərini bildiriblər.
Tədbirə yekun vuran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli seminarın çox səmərəli olduğunu və qarşıya qoyulmuş məqsədə çatdığını qeyd edib. Bildirib ki, Azərbaycan qoşulduğu 18 maddənin hamısı üzrə öhdəliklərini yerinə yetirib və ölkəmizin Avropa Sosial Xartiyasının əlavə maddələrinə də qoşulmaq imkanı var.
Hadi Rəcəbli tədbirin yüksək səviyyədə keçirilməsinə görə Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirib.
Bununla da Avropa Şurası Parlament Assambleyasının Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin “Avropa Sosial Xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi” mövzusunda milli parlament seminarı işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

