4-cü paket hazırdır
04.03.2022 [10:13]
Sanksiyalar sərtləşdirilir...
Nicat DİLQƏMLİ
Rusiya ilə Ukrayna arasındakı müharibə səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar daha da genişləndirilir. Bu isə Rusiya iqtisadiyyatına ciddi şəkildə zərbələr deməkdir. Yeri gəlmişkən, ABŞ Prezidenti Co Bayden dünən bununla bağlı yeni bəyanatla çıxış edib. O, Ukrayna hadisələri fonunda Rusiya tərəfinə qarşı yeni tədbirlər görüləcəyini deyib. Bundan başqa, məlumatda Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara ABŞ-ın da qoşulacağı qeyd edilir. Bu, rus oliqarxlarının aktivlərinə qarşı ovlama deməkdir. Belə ki, ABŞ Konqresində çıxışı zamanı Bayden bildirib ki, Amerika tərəfi Rusiyanın təyyarələrini, yaxta və mənzillərini axtararaq “ələ keçirəcək”. Eyni zamanda, ABŞ hava məkanında Rusiya təyyarələrinin uçuşuna qadağa qoyulub.
Bununla yanaşı, Avropa İttifaqı da Rusiyaya qarşı tətbiq edilən sanksiyaların 4-cü paketini hazırlayıb. Avstriya Respublikasının Avropa və Xarici İşlər üzrə federal naziri Aleksandr Şalenberq mövzu ilə bağlı açıqlamasında yeni sanksiyaların əsasən iri iş adamlarına təsir edəcəyini diqqətə çatdırıb: “Yeni sanksiyalar “oliqarxlar (zadəgan)” adlanan Rusiyanın iri iş adamlarına təsir edəcək”. Diplomat söhbətin konkret olaraq kimlərdən getdiyini söyləməyib.
Ardınca Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borell Aİ-nin Rusiya ilə müharibə etmədiyini, lakin hazırkı vəziyyətdə Ukraynanı dəstəklədiyini də nəzərə çatdırıb.
Sanksiyaların əvvəlki paketlərini xatırlayaq...
Rusiya-Ukrayna müharibəsi başladığı ilk günlərdən Rusiya hava məkanı blokadaya məruz qaldı - Rusiya Avropa İttifaqı, İsveçrə, Kanada və digər ölkələrin qadağaları ilə üzləşdi. Buna cavab olaraq Rusiya həmin ölkələrdən olan aviadaşıyıcıların hava məkanından istifadəsini məhdudlaşdırdı.
Daha sonra Aİ sanksiyaların ikinci paketinin tətbiqini təsdiqlədi. Sözügedən paketə maliyyə, enerji, nəqliyyat sektorları, ikili istifadə məhsulları daxildir. Avropa Komissiyasının rəhbəri Leyen mətbuat konfransında bildirib ki, məhdudiyyətlər Rusiya Federasiyasının maliyyə sektoruna qarşı yönəlib. Burada məqsəd Rusiya dövlət müəssisələrini Aİ ilə maliyyə əməliyyatları aparmaq imkanından məhrum etmək, “Rusiya elitasının” banklara 100 min avrodan artıq əmanət yerləşdirməsini qadağan etməkdən ibarət olub. AK rəhbəri Aİ-nin yarımkeçiricilər bazarına çıxışı məhdudlaşdıracağını da açıqlayıb. “Biz Rusiyanın firavan gələcəyin qurulması üçün lazım olan ən mühüm texnologiyalara, o cümlədən qabaqcıl yarımkeçirici texnologiyalara çıxışını məhdudlaşdırırıq”, - deyə AK rəhbəri bildirib. Leyenin açıqladığı digər tədbirlər arasında Rusiyadan olan diplomatların və iş adamlarının Aİ-yə imtiyazlı çıxışından məhrum edilməsi, “bütün təyyarələrin, aviasiya komponentlərinin və avadanlıqlarının Rusiyaya ixracına, satışına, tədarükünə və ya ötürülməsinə qadağa qoyulması”, o cümlədən sənaye ilə əlaqəli bütün təmir və texniki xidmətlər də yer alır.
Üçüncü paket isə maliyyə, enerji, nəqliyyat, texnologiya sektorları, eləcə də viza siyasətini əhatə edir. Aİ Rusiya Prezidentini, Baş Nazir Muşistini, xarici işlər naziri Lavrovu, daxili işlər naziri Kolokolçevi və bir sıra digər siyasətçiləri, məmurları da siyahıya əlavə edib.
Ekspertlərin fikrincə, hakimiyyətdə təmsil olunan şəxslər adətən çox nadir hallarda sanksiyalara məruz qalırlar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57

