Üzrxahlıq davası...
07.05.2022 [11:20]
Rusiya-İsrail münasibətlərində gərginlik artır
Taleh AĞAVERDİYEV
Rusiya ilə İsrail arasında münasibətlər ciddi böhran yaşayır. Buna səbəb xarici işlər naziri Sergey Lavrovun və Rusiya XİN-in bəyanatları olub.
Xatırladaq ki, Lavrov bir müddət əvvəl İtaliya mətbuatına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskinin yəhudi mənşəli olduğuna toxunaraq demişdi ki, “Hitlerdə də yəhudi qanı var idi” və “ən qızğın antisemitlər, adətən, yəhudilərdir”.
Lavrovun bəyanatları İsraildə son dərəcə mənfi qarşılanıb. Baş nazir Naftali Bennet bu sözlərin “yalan və yolverilməz “ olduğunu deyib. İsrailin xarici işlər naziri Yair Lapid isə Lavrovdan üzr istəməsini tələb edib.
Lakin Rusiya Xarici İşlər Nazirliyi üzr istəmək əvəzinə Yair Lapidin sözlərini “antitarixi” adlandırıb və İsraili “Kiyevdəki neonasist rejimini dəstəkləməkdə” ittiham edib. Ertəsi gün, mayın 4-də isə XİN sözçüsü Mariya Zaxarova Ukraynada Azov bölmələri ilə birlikdə israilli muzdluların döyüşdüyünü deyib və qeyd edib ki, bunu təsdiq edən faktlar və videomateriallar var.
Bütün bunlar ona gətirib çıxarıb ki, əvvəllər neytrallığa sadiq qalan İsrail Ukrayna ilə bağlı mövqeyini kəskin şəkildə dəyişib. Belə ki, “Haaretz” qəzeti hökumətdəki mənbələrinə istinadən yazır ki, İsrail rəsmiləri Ukraynaya yardımın, o cümlədən hərbi yardımın genişləndirilməsini müzakirə etməyə hazırdır. Qəzet qeyd edir ki, hələlik söhbət qoşunları qoruyacaq müdafiə sistemlərinin, şəxsi döyüş avadanlığının və xəbərdarlıq sistemlərinin tədarükündən gedir. Bundan öncə İsrail Kiyevə hərbi yardım göstərməkdən imtina edib, əsasən humanitar yardım göndərib. Bu cür ehtiyatlılıq Rusiya ilə əlaqələri qorumağa yönəlmiş siyasətin tərkib hissəsi idi.
Qeyd edək ki, Rusiya-İsrail münasibətlərində müəyyən böhran hələ aprelin ortalarında yaranıb. Yair Lapidin İsrailin BMT Baş Assambleyasının Rusiyanın İnsan Hüquqları Şurasındakı üzvlüyünü müvəqqəti dayandırmaq qərarını dəstəklədiyi barədə bəyanatından sonra Rusiya XİN-i İsrailə qarşı sərt bəyanatla çıxış edərək, ölkəni “Fələstin ərazilərini qanunsuz işğal etməkdə” ittiham edib. Paralel olaraq, Rusiya MN də İsrailin aprelin 14-də Suriyaya endirdiyi zərbənin təfərrüatlarını açıqlayaraq “narazılıq siqnalı” göndərib.
Görünür, Kreml həm də İsrail MN-in nümayəndəsinin aprelin 26-da Almaniyadakı Amerikanın Ramştayn aviabazasında qırx üç ölkənin hərbçilərinin Ukraynaya hərbi dəstək məsələlərini müzakirə etdiyi görüşdə iştirakını qəti şəkildə bəyənməyib. Aprelin sonunda isə Rusiya XİN Zaxarovanın simasında İsrailin Suriya ərazisini atəşə tutmasını qətiyyətlə pisləyib və “pis və təhlükəli təcrübəyə” son qoymağa çağırıb.
Lakin məhz Lavrovun açıqlaması iki ölkə arasında münasibətləri tamamilə korladı. Bu, Rusiya tərəfinə baha başa gəldi: bitərəf İsrail nəticədə fəal rəqibə çevrildi.
Düzdür, İsrail baş nazirinin ofisində bildirildiyi kimi, mayın 5-də Naftali Bennetlə telefon danışığı zamanı Vladimir Putin Lavrovun sözlərinə görə üzr istəyib. “Bennett Putinin üzrxahlığını qəbul edib və Rusiya prezidentinin yəhudi xalqına və Holokost xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”, - deyə məlumatda bildirilir. Maraqlıdır ki, Kreml Putinin Bennettlə telefon danışığı barədə məlumat yaysa da, üzr istəməsini qeyd etməyib.
Eyni zamanda, Rusiya müxtəlif Fələstin qüvvələri ilə fəal şəkildə əlaqələr qurmağa davam edir. Mayın 4-də İsrailin barışmaz əleyhdarı olan HƏMAS-ın nümayəndə heyəti Moskvaya gəlib. HƏMAS bir çox ölkədə terror təşkilatı kimi tanınır, lakin Rusiya onların sırasına daxil deyil. Bundan əlavə, HƏMAS-ı İsrailin daha bir qızğın rəqibi - İran fəal şəkildə dəstəkləyir. Yeri gəlmişkən, Rusiya son vaxtlar İranla da əlaqələri genişləndirir. Mayın 5-də isə Fələstinin FƏTH hərəkatının nümayəndələrinin də yaxın vaxtlarda Moskvaya səfər edəcəyi məlum olub. Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə nümayəndəsi Mixail Boqdanov bildirib ki, “may və yay aylarında” Ramallahda və qonşu ölkələrdə yerləşən digər təşkilatların da səfəri gözlənilir.
Aydındır ki, bu səfərlər Rusiya-İsrail münasibətlərində gərginliyi daha da artıracaq və İsrailin Ukraynaya daha fəal dəstəyinə səbəb olacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

