Binəqədi rayonunda əlamətdar günlərlə bağlı tədbirlər davam edir
19.11.2014 [10:06]
12 noyabr-Konstitusiya Günü münasibətilə Binəqədi rayonu 284 saylı tam orta məktəbdə Azərbaycan Akademik Milli Dram Teatrı kollektivinin ifasında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi səhnələşdirilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları da iştirak ediblər.
Məktəblilər tərəfindən böyük maraqla qarşılanan pyesdə ötən əsrin əvvəllərində Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqında gerçəkliklər göstərilib, müxtəlif dövlətlərə meyili olan ziyalıların səhv yol tutmaları yaradılan bədii obrazlar vasitəsilə tənqid olunub. Əsərdə əsas qayə kimi xalqın nicatı, gələcək inkişafı üçün məhz bir yumruq kimi Vətən, Azərbaycançılıq ideyası ətrafında birləşmənin qaçılmaz olduğu göstərilib. İdeya və məzmun baxımından böyük tərbiyəvi əhəmiyyətə malik, vətənpərvərliyi, xalqa sədaqəti tərənnüm edən əsərin, məhz 12 noyabr-Konstitusiya Günündə nümayiş olunması məktəbin kollektivi və şagirdlərinin böyük marağına səbəb olub.
Digər bir tədbir 17 noyabr-Milli Dirçəliş Günü münasibətilə keçirilib. Belə ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrı kollektivinin ifasında Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevin əsəri əsasında “Qalx ayağa Azərbaycan” tamaşası səhnələşdirilib. Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayon Ziyalılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Binəqədi RİH başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdirləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Rəşid Behbudov adına Mahnı Teatrında gerçəkləşən və iştirakçıları tərəfindən maraqla qarşılanan tamaşada Azərbaycan xalqının dövlət müstəqilliyini əldə etməsinədək keçdiyi keşməkeşli tarixdən bəhs olunub, üzləşdiyi soyqırımılar obrazların dili ilə canlandırılıb.
Əsərdə inkişafa və dirçəlişə gedən yolun məhz milli birlikdən keçdiyi vurğulanıb. Tamaşadan sonra əsərin müəllifi İftixar Piriyev, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri professor Asəf Zamanov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış ediblər.
Aygün Əliyeva çıxışında xalqın gerçək oyanışı və vahid ideya ətrafında birləşməsinin məhz Ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində mümkün olduğunu bildirib. O, bu gün Prezident İlham Əliyevin həmin birlik və həmrəyliyin təminatçısı olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50

