Mübariz Qurbanlı: Məscidlərdə veb-kameraların quraşdırılması bir günün işi deyil
08.12.2015 [09:50]
“Məscidlərdə veb-kameraların quraşdırılması bir günün işi deyil, biz bu məsələni zamanla həll etməliyik”. Trend-in məlumatına görə, bunu Bakıda “Dini radikalizmlə mübarizə: əsas hədəflər” mövzusunda keçirilən konfransda jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, hazırda böyük məscidlərin bir çoxunda belə kameralar var. M.Qurbanlı bunların təhlükəsizlik tədbirləri ilə əlaqədar quraşdırıldığını qeyd edib: “Məscidlərdə veb-kameralar olmalıdır. Orada hər hansı təxribat törətmək planını bu cür kameralar vasitəsilə aşkar etmək, aradan qaldırmaq olar. Bunu zaman-zaman əksər məscidlərdə tətbiq etmək lazımdır”.
Komitə sədri qeyd edib ki, rayonlardakı məscidlərdə də bu cür veb-kameraların quraşdırılması nəzərdə tutulur: “Əksər rayon mərkəzlərində cümə məscidləri var. Əsasən, böyük məscidlərdə veb-kameraların quraşdırılması planlaşdırılır. Bunu tədricən daha geniş şəkildə tətbiq etmək lazım gələcək”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Nardaran hadisələri zamanı saxlanılan şəxslərin İranda bəzi dairələr tərəfindən qəhrəman kimi təqdim olunmasına da münasibət bildirib.
APA-nın məlumatına görə, M.Qurbanlı deyib ki, Azərbaycan bu cür hərəkətləri pisləyir: “Biz hesab edirik ki, İranın rəsmi mövqeyi əsasdır və İran İslam Respublikasının rəsmilərinin açıqlamaları belədir ki, Nardaranda baş verən hadisələrdə bu ölkənin hər hansı formada iştirakı yoxdur. Əslində dolayısı ilə İran tərəfi də Nardaranda təxribatçı, ekstremist qrupların hərəkətlərini pislədiyini bəyan edir. Amma bütün ölkələrdə siyasi mühit yekcins deyil. Bizim Ermənistan istisna olmaqla, heç bir dövlətlə qarşıdurmamız yoxdur. Qonşularımızla dost münasibətlərimiz var. İran İslam Respublikasında hansısa din adamının bəyanatı hələ bu dövlətin mövqeyi demək deyil. İranda bu cür hərəkətləri edənlər, bu təşəbbüsü göstərənlər bu dövlətin Azərbaycanla münasibətlərinə xələl gətirmiş olurlar”.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

