Gəncədə Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib
12.12.2015 [11:30]
“Azərbaycanın bugünkü inkişafı, ilk növbədə, xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir”. Bu sözlər Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anım günü ilə əlaqədar Gəncədə keçirilən elmi-praktik konfransda səsləndirilib. Heydər Əliyev Mərkəzində keçirilən konfransdan əvvəl tədbir iştirakçıları dahi rəhbərin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən elmi-praktik konfransı giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açdıqdan sonra Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və “Böyük ömrün anları” sənədli filmi nümayiş olunub.
Konfransda AMEA-nın Gəncə Bölməsinin akademik katibi, akademik Fuad Əliyevin “Heydər Əliyev və Azərbaycan elminin inkişafı”, Gəncə Dövlət Universitetinin dosenti Vüsalə Veysəlovanın “Azərbaycanın bugünkü inkişafı Heydər Əliyevin adı ilə bağlıdır”, millət vəkilləri Pərvin Kərimzadənin “Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi idi”, Naqif Həmzəyevin “Heydər Əliyev və gənclər siyasəti”, AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun “Heydər Əliyev və Azərbaycanda aqrar elminin inkişafı”, Xalq artisti Şahnaz Haşımovanın “Heydər Əliyevin Azərbaycan incəsənətinin inkişafında misilsiz xidmətləri” mövzularında məruzələri dinlənilib.
Elmi-praktik konfransa Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yekun vuraraq, müstəqil Azərbaycanın bugünkü inkişafında görkəmli dövlət xadiminin gördüyü işlərdən danışıb. Onun sözlərinə görə, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət, sədaqət meyarı olub. Elmar Vəliyev vurğulayıb ki, dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində gündən-günə inkişaf edən Azərbaycan dünya birliyi ölkələri arasında özünə layiqli yer tutub.
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59

