/ / “Polis əməkdaşları partlayan qumbaranın ətrafa səpələnən qəlpələrindən və avtomat güllələrindən yaralandılar”
“Polis əməkdaşları partlayan qumbaranın ətrafa səpələnən qəlpələrindən və avtomat güllələrindən yaralandılar”
06.10.2016 [09:41]
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Hüseynov prokuror Nəsib Bayramova etirazla bağlı vəsatət verib. A.Hüseynov daha sonra qeyd edib ki, həbs olunmazdan əvvəl “Xəzər” televiziyasında onların terrorçu olmaları haqqında süjet yayımlanıb.
O, televiziyanın direktoru Hüseyn Dinlemezin məhkəmədə bununla bağlı ifadə verməsini istəyib. Hakim isə ancaq etirazla bağlı vəsatətə baxacaqlarını deyib. Vəkillər vəsatəti müdafiə ediblər. Prokuror isə vəsatətin təmin olunmamasını istəyib. Bildirib ki, vəsatət əsassızdır. Məhkəmə müşavirədən sonra vəsatəti təmin etməyib.
Vəkil Yalçın İmanov deyib ki, hakimlər müşavirəyə gedən zaman prokurorlar da onlarla birlikdə müşavirə otağına gediblər. Vəkil bunun qanun pozuntusu olduğunu deyib və vəkillər hakimlərə etirazla bağlı vəsatət vermək üçün vaxt istəyiblər. Hakim isə müşavirə otağında ancaq hakimlərin olduğunu, prokurorların dəhlizdə dayandıqlarını deyib. Hakim vəkillərə vəsatət hazırlamaq üçün vaxt verib.
Fasilədən sonra vəkillər bütün məhkəmə tərkibinə etirazla bağlı vəsatət veriblər. Prokuror vəsatətin baxılmamış saxlanılmasını istəyib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Daha sonra prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Rüstəm Cəfərov ifadə verib. O bildirib ki, daxil olmuş məlumat əsasında Nardaranda əməliyyat keçiriblər. Əməliyyat zamanı Əlibala Vəliyevi zərərsizləşdirib. Onun üzərindən qumbara çıxıb. Şahid deyib ki, Ə.Vəliyevin əlində bıçaq olub və ona xəsarət yetirmək istəyib.
Zərərçəkmiş şəxs qismində tanınmış Cəfərov Rüstəm Qəzənfər oğlu iş üzrə verdiyi ifadəsində göstərib ki, Baş İdarəyə Nardaran qəsəbəsində yaşayan “Müsəlman Birliyi Hərəkatı”nın sədri, əvvəllər məhkum olunmuş Bağırov Taleh Kamil oğlunun Azərbaycan Respublikasının dövlət hakimiyyətini zorla ələ keçirmək, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədi ilə digər şəxslərlə əlbir olması haqqında daxil olmuş məlumat əsasında Nardaranda həmin evdə əməliyyat keçirilməsi haqqında qərar qəbul edilib. T. Bağırovun tərəfdaşları ilə birlikdə həyətdə girişdən sağ tərəfdə yerləşən evdə olması tam yəqin edildikdən sonra saat 13 radələrində o və əməliyyat qrupunun digər üzvləri həyətə daxil olublar. Bu zaman həyətdə və evdə olan şəxslər onların həyətə daxil olmaqlarından xəbər tutub qrup üzvlərinə atəş açmağa başlayıblar. Həmin vaxt onlar həmin şəxslərə atəş açmamaları barədə bir neçə dəfə xəbərdarlıq edib, lakin buna baxmayaraq onlar tabesizlik göstərərək avtomat və tapançalardan polisləri atəşə tutmalarını davam ediblər. Onlardan biri həyətdə polislərin olduğu istiqamətdə əl qumbarası atıb, həmçinin o avtomatdan, həyətdə və həyətin girişində sol tərəfdə yerləşən evdən Talehin digər tərəfdaşları da eyni zamanda avtomat və tapançalardan qrup üzvlərini atəşə tutublar. Bu zaman həyətin orta hissəsində olan polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev irəlidə olduqlarından onlar partlayan qumbaranın ətrafa səpələnən qəlpələrindən və atəş açılan avtomat güllələrindən yaralanıblar. Təxminən 10-15 dəqiqə ərzində davam edən atışma zamanı əməliyyat qrupunun üzvləri tərəfindən T.Bağırovun tərəfdaşları zərərsizləşdirilib. O, hadisə baş vermiş həyətin sağ hissəsində yerləşən evə daxil olaraq evin içində T.Bağırovun yanında əlində bıçaq olan şəxslərdən birini saxlayıb. Saxlanılmış şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən Vəliyev Əlibala Cavad oğlu olması məlum olub. Baxış keçirilərkən Ə.Vəliyevin sağ bilək və sol əl nahiyələrində qançır xəsarətlərinin olması aşkar edilib. Ə.Vəliyevin əynində olan şalvarın sol yan cibindən bir ədəd alışdırıcısı ilə birlikdə əl qumbarası, onu tərksilah etdiyi zaman götürdüyü bir ədəd bıçaq ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənib. Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı heç bir xəsarət almayıb.
Daha sonra vəkillərin suallarını cavablandıran R.Cəfərov qumbara atan şəxsi görsə də, onun şəxsiyyətini müəyyən edə bilmədiyini deyib. Bildirib ki, Ə.Vəliyevi saxlayan zaman onun əlində xəsarət izləri olduğunu görüb. Təqsirləndirilən Cabbar Cabbarov isə onlara təzyiq edən şəxslərdən birinin də R.Cəfərov olduğunu deyib. Şahid onun dediklərini təkzib edib. Təqsirləndirilən Şamil Abduləliyev isə şahiddən niyə qumbara atan şəxsi zərərsizləşdirmədiyini soruşub. Şahid həmin şəxsə yaxın olan başqa əməliyyatçılar olduğu üçün bunu etmədiyini deyib.
Proses oktyabrın 7-də davam edəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

