/ / Adana şəhər Karaisalı Bələdiyyəsi ilə Cəbrayıl Rayon İcra Hakimiyyəti arasında “Qardaş şəhər” niyyət protokolu imzalanıb
Adana şəhər Karaisalı Bələdiyyəsi ilə Cəbrayıl Rayon İcra Hakimiyyəti arasında “Qardaş şəhər” niyyət protokolu imzalanıb
07.11.2017 [10:13]
Türkiyənin bələdiyyə sədrləri Cocuq Mərcanlıya səfər ediblər
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyənin Çukurova Bələdiyyələr Birliyinə üzv olan bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti noyabrın 6-da Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Cocuq Mərcanlıya gələn türkiyəli qonaqları kənd sakinləri məktəbin qarşısında gül-çiçəklə qarşılayıblar. Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qonaqları salamlayıb, türkiyəli bələdiyyə rəhbərlərinin səfərini Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının bariz nümunəsi kimi qiymətləndirib.
Çukurova Bələdiyyələr Birliyinin başçısı Hüseyn Sözlü işğaldan azad edilmiş Azərbaycan torpağında olmasından qürur duyduğunu bildirərək deyib: “Bu torpaqların azad edilməsi, Cocuq Mərcanlıda evlərin yenidən tikilməsi qardaş dövlət kimi bizim üçün çox əhəmiyyətlidir. Buraya sevincinizə şərik olmaq üçün gəlmişik”.
Qonaqlar Cocuq Mərcanlı kənd orta məktəbi ilə tanış olub, təhsil ocağına və kənddəki hər bir evə televizor hədiyyə ediblər.
Türkiyəli qonaqlar sonra kənd sakini Oqtay Həziyevin evinə baş çəkiblər. Bildirilib ki, Həziyevlər ailəsi təhlükəli olmasına baxmayaraq, 1994-cü ilin aprelindən bəri kənddə yaşayır.
Nümayəndə heyəti Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə gəlib, burada şəhidlərin ruhuna dua oxuyublar.
Qonaqlar daha sonra kənddə aparılan quruculuq işlərinin növbəti mərhələsi çərçivəsində tikintisi gedən yeni evlərə və ictimai binalara da baxıblar. Bildirilib ki, bu mərhələdə 100 evin, uşaq bağçasının, poçt, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların və digər infrastruktur obyektlərinin tikintisi aparılır. Artıq inşaat işləri başa çatmaq üzrədir. Buraya da Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlər köçürüləcəklər.
Sonra Adana şəhər Karaisalı Bələdiyyəsi ilə Cəbrayıl rayon İcra Hakimiyyəti arasında “Qardaş şəhər” niyyət protokolu imzalanıb.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev imzalanma mərasimində çıxış edərək, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun zəfərindən, Cocuq Mərcanlı kəndinin yenidən qurulmasından, məcburi köçkünlərin 24 ildən sonra öz doğma yurdlarına qayıtmasından danışıb. O, işğal altında olan bütün ərazilərimizin azad ediləcəyinə, cocuq-mərcanlılılar kimi digər məcburi köçkünlərin də ata-baba torpaqlarına dönəcəklərinə əminliyini bildirib.
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Azərbaycan-Türkiyə dostluğu və qardaşlığından söz açıb. Bildirib ki, bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlığın, strateji tərəfdaşlıq və müttəfiqliyin dərin tarixi kökləri var, xalqlarımız ortaq milli mənəvi dəyərləri ilə bir-birinə sıx bağlıdır. Adana şəhər Karaisalı Bələdiyyəsi ilə Cəbrayıl rayon İcra Hakimiyyəti arasında “Qardaş şəhər” niyyət protokolunun imzalanması bu münasibətləri daha da möhkəmləndirəcək.
Adana şəhər Karaisalı Bələdiyyəsi başçısının köməkçisi Rəcəb Ak jurnalistlərə müsahibəsində deyib: “Biz bir millət, iki dövlətik. Bu gün Karaisalı Bələdiyyəsi ilə Cəbrayıl rayonu qardaşlıq protokolu imzaladılar. Mədəni, sosial münasibətləri daha da inkişaf etdirmək, qarşılıqlı səfərlərlə bu qardaşlığı möhkəmləndirmək istəyirik”.
Səfər çərçivəsində Cocuq Mərcanlıda Azərbaycan-Türkiyə qardaşlıq parkının salınması məqsədilə şam ağacları əkilib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

