/ / “Gəncə-Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı-2017” layihəsinin bağlanış mərasimi keçirilib
“Gəncə-Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı-2017” layihəsinin bağlanış mərasimi keçirilib
23.12.2017 [09:44]
Dekabrın 21-də “Gəncə-Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı-2017” layihəsinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov və şəhər ictimaiyyəti iştirak edib.
Mərasim “Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı-2017” layihəsi çərçivəsində reallaşan tədbirləri, ötən aylarda görülən işləri və keçirilən görüşləri özündə əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Sonra çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq, bu ilin Gəncə şəhəri üçün çox əlamətdar illərdən biri olduğunu bildirib. Elmar Vəliyev Gəncənin MDB-nin mədəniyyət paytaxtı olmaqla yanaşı, həmçinin il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb, bu işlərin dövlətimizin başçısının Gəncəyə və gəncəlilərə olan diqqət və qayğısı nəticəsində ərsəyə gəldiyini qeyd edib. Gəncənin bundan sonra da möhtəşəm layihələrə imza atacağını söyləyən Elmar Vəliyev tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Gəncənin hər zaman mədəni şəhər olduğunu vurğulayıb, Nizami yurdunun MDB ölkələrində keçiriləcək tədbirlərdə daim fəal iştirak edəcəyinə əminliyini bildirib.
MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı olan Gəncənin yüksək templə inkişaf etdiyini qeyd edib. Anatoli İksanov mədəniyyət ili çərçivəsində tədbirlərin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib. Son illərdə Gəncədə çoxlu yeni obyektin istifadəyə verildiyini deyən Anatoli İksanov Gəncə Dövlət Filarmoniyasının yeni binasının həm görünüşünə, həm də təchizatına görə möhtəşəm binalardan biri olduğunu vurğulayıb.
Daha sonra Anatoli İksanov yüksək təşkilatçılığa görə, eyni zamanda, “Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı-2017” layihəsini uğurla reallaşdırdığı üçün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə “Təşəkkürnamə” təqdim edib.
Belarusdan Tatyana Kokuytseva, Tacikistandan Maxmedsalim Abdukarimov, Özbəkistandan Sergey Aronbayeva və Azərbaycandan Maya Cəfərquliyevaya “Debütlər Birliyi” Beynəlxalq mükafatı verilib. Mükafatçılar Gəncə şəhərində bu layihədə iştirak etdikləri üçün şəhər rəhbərliyinə və MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna təşəkkürlərini bildiriblər.
Sonda “Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı-2017” layihəsinin bağlanış mərasiminə həsr olunan konsert proqramı təqdim edilib. Konsertdə Xalq Artisti Rafael Bayramovun dirijorluğu ilə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin, filarmoniyanın direktoru, Xalq artisti Samir Cəfərovun, Əməkdar artist, tarzən Mahir Məmmədovun, həmçinin Belarus, Qırğızıstan, Moldova və Tacikistandan gələn sənətçilərin ifaları dinlənilib.
Qeyd edək ki, 2016-cı il sentyabrın 16-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 25-ci yubiley sammitində Gəncə şəhəri 2017-ci il üçün “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı” elan olunmuşdu. Bu günədək keçirilən yerli və beynəlxalq tədbirlər onu deməyə əsas verir ki, Gəncə “MDB Dövlətlərinin Mədəniyyət Paytaxtı 2017” titulunu şərəflə daşıyıb.
Xəbər lenti
Hamısına baxYeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14

