Xalq artisti Çingiz Sadıxov son mənzilə yola salınıb
17.01.2018 [10:18]
ABŞ-da vəfat etmiş məşhur pianoçu, Azərbaycanın Xalq artisti Çingiz Sadıxovla yanvarın 16-da Təzəpir məscidində vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub.
Vida mərasimində dövlət və hökumət rəsmiləri, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək sənətkarın həyat və yaradıcılığından söz açıb. O, sənətkarın vəfatını Azərbaycan mədəniyyəti və musiqisi üçün böyük itki kimi dəyərləndirib. Vurğulayıb ki, Azərbaycan musiqisində Çingiz Sadıxovun özünəməxsus yeri və xidmətləri var. O, böyük sənətkarlarımız Rəşid Behbudovu, Bülbülü, Mirzə Babayevi, Şövkət Ələkbərovanı və digər sənətkarları ən məşhur konsert salonlarında müşayiət edib.
Məşhur pianoçu ilə gənc vaxtlarından tanış olduğunu qeyd edən Xalq artisti Rafiq Seyidzadə deyib: “Çingiz Sadıxov olduqca böyük musiqiçi idi. Rəşid Behbudovun repertuarının ən yüksək səviyyədə təqdim olunmasında onun böyük xidmətləri olub. Çingiz Sadıxov ABŞ-ın 40-dan çox şəhərində Azərbaycan musiqisini təbliğ edib”.
Çıxış edənlər Çingiz Sadıxovun xatirəsinin Azərbaycan xalqının qəlbində hər zaman yaşayacağını söyləyiblər.
Ölkə başçısının göstərişinə əsasən nəşi vətənə gətirilən görkəmli musiqiçi Bakıda ikinci Fəxri xiyabanda dəfn olunub.
Çingiz Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.
Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 nömrəli musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.
Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Musiqiçi 1994-cü ildən ABŞ-ın San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb, 2017-ci il dekabrın 30-da dünyasını dəyişib.
Allah rəhmət eləsin.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

