Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qərb bölgəsində yaşayan pravoslavlar Gəncədəki Aleksandr Nevski kilsəsində Pasxa bayramını qeyd ediblər

Qərb bölgəsində yaşayan pravoslavlar Gəncədəki Aleksandr Nevski kilsəsində Pasxa bayramını qeyd ediblər

10.04.2018 [09:39]

Tolerantlıq məkanı sayılan Azərbaycanda da bütün dünyada olduğu kimi, Pasxa bayramı qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikamızın qərb bölgəsində yaşayan pravoslavlar Gəncədəki Aleksandr Nevski kilsəsinə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini bayram ediblər.
Şamlar yandırılıb, dualar oxunub, vacib sayılan bir sıra dini ayinlər icra olunub. Dini ayinlərin icrası başa çatdıqdan sonra pravoslavlar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan bayram süfrəsi ətrafında bir araya gəliblər.
Bayram süfrəsinə xüsusi hazırlanan təamların düzülməsi də Pasxanın əsas özəlliklərindən biridir.
Qeyd edək ki, Pasxadan sonra 50 günlük “Pasxa fəsli” adlı dövr başlayır. Həmin dövr isə müqəddəs “Üçlük günü” ilə başa çatır.

Paylaş:
Baxılıb: 488 dəfə

Xəbər lenti

Hamısına bax

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31