Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycana yarım milyon saxta aksiz markası gətirən şəxslər ifşa olunublar

Azərbaycana yarım milyon saxta aksiz markası gətirən şəxslər ifşa olunublar

18.05.2018 [09:21]

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, qanunsuz və saxta spirtli içki istehsalı üçün nəzərdə tutulan təxminən 500 min ədəd saxta aksiz markası aşkarlanaraq götürülüb.
DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalar zamanı saxta aksiz markalarını sifariş verib gizli surətdə çatdırılmasını təşkil edən, ölkədə saxta aksiz markalarının qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları Mehdiyev İntiqam Hüseyn oğlu və Nəcəfov Ruslan Həmzə oğlu müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunublar.
Başlanılmış cinayət işi üzrə araşdırmalar davam edir.
Azərbaycan Respublikasında vətəndaşların sağlamlığına qəsd edən hüquqazidd əməllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31