Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Bakcell”in ən populyar “Əla” tarifi LİMİTSİZ oldu

“Bakcell”in ən populyar “Əla” tarifi LİMİTSİZ oldu

19.05.2018 [08:58]

Limitsiz zənglər artıq təkcə saatlıq yox, gündəlik və aylıq əsasla təklif olunur
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti abunəçilərin ən sevimli “ƏlaCIN” tarifini yeni çeşidlər vasitəsilə genişləndirdi. Beləliklə, yeni “ƏlaGün” və “ƏlaAy” tarif planları sayəsində müştərilər istənilən “Bakcell” abunəçisi ilə limitsiz zənglərdən yararlana biləcəklər.
“Bakcell” abunəçilərinin ən sevimli tariflərindən olan “ƏlaCIN” indi “ƏlaSaat” oldu. “ƏlaSaat” heç bir abunə haqqı olmadan və saatda, sadəcə, 0,07 AZN ödəməklə, şəbəkə daxilində fasiləsiz olaraq danışmaq imkanı verir.
İndi isə 1 saatlıq zənglərlə məhdudlaşmağa ehtiyac yoxdur, çünki abunəçilər bütün gün və hətta bütün ay ərzində limitsiz zənglərdən yararlanmaq üçün gözəl fürsət əldə ediblər.
Belə ki, yeni “ƏlaGün” tarifi sayəsində müştərilər gündə, sadəcə, 0,70 AZN ödəməklə şəbəkə daxilində bütün gün ərzində limitsiz danışacaqlar. Bundan əlavə, onlara 50 ölkədaxili SMS bonus olaraq təqdim ediləcək.
Yeni “ƏlaAy” tarifi isə daha çox danışmaq arzusunda olan abunəçilərin ürəyincə olacaq. Çünki bu tarifin istifadəçiləri ayda 17 AZN ödəyib bütün ay ərzində limitsiz şəbəkədaxili zənglərdən faydalanacaqlar. Bu da son deyil, “ƏlaAy” istifadəçilərinə hər ay bonus olaraq 500 ölkədaxili SMS və 500 Mb İnternet veriləcək.
“ƏlaSaat” tarifinə qoşulmaq üçün *307#YES kodunu, “ƏlaGün” tarifinə qoşulmaq üçün *370#YES kodunu, “ƏlaAy” tarifinə qoşulmaq üçün isə *317#YES kodunu yığmaq kifayətdir. Qeyd edək ki, “ƏlaGün” və “ƏlaAy” tariflərində ədalətli istifadə siyasəti tətbiq olunur.
Yeni limitsiz CIN tariflərini təqdim etməklə “Bakcell” öz müştərilərinə dəqiqələri saymadan və dəqiqələrə xərclənən pulu fikirləşmədən öz yaxınları ilə istədikləri qədər sərbəst və limitsiz danışmaq imkanını təklif edir.
İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan “Bakcell” müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək.
“Bakcell” şirkətinin yeni “ƏlaSaat”, “ƏlaGün” və “ƏlaAy” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə daxil olun.

Paylaş:
Baxılıb: 897 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31