/ / Erməni vandalizmi: dağıdılmış şəhər və kəndlər, tarixi abidələr, qəbiristanlıqlar - Cəbrayıldan görüntülər
Erməni vandalizmi: dağıdılmış şəhər və kəndlər, tarixi abidələr, qəbiristanlıqlar - Cəbrayıldan görüntülər
10.12.2020 [09:10]
Azərbaycan Ordusunun işğaldan azad etdiyi Cəbrayıl rayonuna dekabrın 9-da mediatur təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbirinin erməni barbarlığına məruz qalmış Cəbrayıl rayonuna səfərindən bəhs edən məqaləni təqdim edirik.
Yolumuz işğaldan azad edilmiş Cəbrayıl rayonunadır. Avtomobillə Horadiz şəhərindən keçib Cəbrayıl rayonunun ərazisinə daxil oluruq. Qarşıda Lələtəpə yüksəkliyi görsənir. 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Cəbrayıl rayonunun işğal altında olmayan yeganə kəndi Cocuq Mərcanlının təhlükəsizliyi təmin edildi. Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlı kəndi yenidən quruldu və kənd sakinlərinin doğma yurda qayıdışı başlandı. Cocuq Mərcanlı uzun illərdir yurd həsrəti ilə yaşayan soydaşlarımızın doğma torpaqlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşdü. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin yenidən qurulması, sakinlərin doğma yurda qayıdışı onu göstərdi ki, xalqımız heç vaxt işğalla barışmayacaq, düşmən tapdağında olan bütün torpaqlarımız azad ediləcək. Azərbaycan Ordusunun 2016-cı ildə Lələtəpədə qazandığı qələbənin davamı olaraq, 2020-ci ilin sentyabrın 27-də əks-hücum əməliyyatları zamanı Cəbrayıl şəhəri və rayonun bütün kəndləri işğaldan azad edildi.
Həm böyük sevinc, həm də kədər doğuran görüntülər
Lələtəpə yüksəkliyinin yaxınlığından ötüb vaxtilə düşmənin işğalı altında olan ərazilərə daxil oluruq. Yolboyu Ermənistan hərbçilərinin tərk etdikləri müdafiə istehkamları, düşmən ordusuna məxsus hərbi texnikaları gördükcə ordumuzla qürur duyuruq. İşğaldan azad edilən Quycaq, Şıxəli Ağalı, Karxulu, Mahmudlu, Sarıcalı, Əmirvarlı, Soltanlı kəndlərindən keçirik. Gördüklərimiz həm böyük sevinc, həm də kədər doğurur. Sevinirik ona görə ki, 27 il həsrətində olduğumuz torpaqlarımıza qovuşmuşuq. Kədərlənirik ona görə ki, bir vaxtlar gözəl və abad olan şəhər, kənd və qəsəbələrimizdən əsər-əlamət qalmayıb. Düşmən evləri, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları talan edib, dağıdıb və yandırıb. Hər şeyi məhv edən erməni vandalları tarixi abidələri, qəbiristanlıqları da dağıdıb.
Xudafərin körpüsünün azad edilməsi nəinki tarixi və mədəni, eləcə də siyasi və iqtisadi hadisədir
Nəhayət, rəşadətli Azərbaycan Ordusunun oktyabrın 18-də işğaldan azad etdiyi dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Xudafərin körpüsünə çatırıq. Araz çayının şimal və cənub sahillərini birləşdirən 11 tağlı körpü XI-XII əsrlərdə, 15 tağlı körpü isə XIII əsrdə inşa olunub. Azərbaycan memarlığının unikal abidələrindən olan Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən hesab olunur. Xudafərin körpüləri Böyük İpək Yolunun inkişafında mühüm rol oynamış və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olmuşdur.
Ermənistan silahlı birləşmələrinin 1993-cü ildə işğal etdiyi Xudafərin körpüsünün üzərində bu gün Azərbaycan bayrağı dalğalanır. Xudafərin körpülərinin və ətraf ərazilərin işğaldan azad edilməsi nəinki tarixi və mədəni, eləcə də siyasi və iqtisadi hadisədir.
Yaşı min illərlə ölçülən Şərq çinarları məhv edilib
Daha sonra Cəbrayıl şəhərinə yola düşürük. Şəhərin girişində erməni vandalları tərəfindən dağıdılmış qəbiristanlıq diqqətimizi çəkir. Təkcə qəbiristanlıqlar deyil, digər tarixi, mədəniyyət və memarlıq abidələri - günbəz və türbələr, məscidlər, eləcə də qədim kəhrizlər də erməni vandalizminə məruz qalıb. Cəbrayıl şəhərinin də acınacaqlı görkəmi ürək ağrıdır. Erməni hərbçiləri şəhəri tamamilə dağıdıblar.
“Dostluq” bulağından su içib, xarabalığa çevrilmiş Cəbrayıl şəhərinə daxil oluruq. Cəbrayıl sakinləri doğma şəhərlərindən danışarkən yaşı 500 il olan Şərq çinarını xoş xatirələrlə yada salırlar. Həmin çinar ağacının dibində suyu bum-buz olan qədim kəhriz də var idi. Lakin indi nə çinar ağacından, nə də kəhrizdən əsər-əlamət qalıb.
Onu da qeyd edək ki, Cəbrayıl rayonunun Hacılı kəndində yaşı 1600 və 700 il, Karxulu kəndində yaşı 200 il, Funqalı kəndində yaşı 900 il və 750 il, Horovlu və İşıqlı kəndlərində yaşı 800 il olan Şərq çinarları qorunurdu. Şəhər və kəndlərimizi, tarixi abidələrimizi dağıdan erməni vandalları təbiət abidələri sayılan Şərq çinarlarını da məhv ediblər.
Cəbrayıl yenidən bərpa olunacaq
Erməni vandallarının Cəbrayıl rayonunda törətdiyi vəhşilikləri gördükcə nə qədər kədərlənsək də, nikbinliyə əsas var - işğaldan azad olunmuş bütün şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl bərpa ediləcək, yenidən qurulacaq. Prezident İlham Əliyev noyabrın 16-da Cəbrayıla səfəri zamanı bu barədə deyib: “Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq. Yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək”.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

