/ / Azərbaycanın hərbi prokuroru Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb
Azərbaycanın hərbi prokuroru Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb
19.12.2020 [00:29]
Azərbaycan Respublikası Baş prokurorunun müavini - Hərbi prokuror Xanlar Vəliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Ariane Bauer ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Xanlar Vəliyev Azərbaycan ilə BQXK arasında ikitərəfli münasibətlərə toxunaraq, bu əlaqələrin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir düşmüş şəxslərin və meyitlərin dəyişdirilməsi prosesində Komitə tərəfindən zəruri köməyin göstərilməsinə görə təşəkkürünü bildirib.
Eyni zamanda, Xanlar Vəliyev Azərbaycanın hərbi qulluqçularının döyüşlərdə həlak olmuş erməni hərbçilərinin meyitləri, habelə qəbirləri üzərində təhqiredici hərəkətlər edilməsi faktları ilə bağlı Hərbi Prokurorluqda cinayət işlərinin başlanması və hazırda istintaqın aparılması barədə məlumat verib.
Həmçinin hərbi prokuror döyüş əməliyyatlarında həlak olmuş Azərbaycan hərbi qulluqçularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insani rəftar faktları ilə bağlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən hüquqi təsir tədbirlərinin görülməsinin vacibliyini, açıq və ədalətli araşdırma aparılmaqla ictimaiyyətin məlumatlandırılmasının xüsusi əhəmiyyətini bildirməklə materialların Ermənistan Respublikasının səlahiyyətli orqanlarına təqdim olunması üçün istənilən beynəlxalq təşkilata təqdim olunmasına hazır olduqlarını vurğulayıb.
Ariane Bauer hərbi münaqişə zamanı zərər yetirilmiş mülki əhaliyə Komitə tərəfindən müvafiq yardımların olunmasını və bu istiqamətdə işlərin davam etdiriləcəyini, eləcə də həlak olmuş şəxslərin, onların meyitlərinin və qalıqlarının identifikasiyasında kömək göstərə biləcəklərini diqqətə çatdırıb.
Görüşdə bir sıra digər məsələlər müzakirə olunub, səmərəli fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

