/ / Füzuli, Qubadlı, Cəbrayıl uğrunda döyüşlərdə iştirak etdi, müharibənin bitməsinə bir gün qalmış Şuşada şəhid oldu
Füzuli, Qubadlı, Cəbrayıl uğrunda döyüşlərdə iştirak etdi, müharibənin bitməsinə bir gün qalmış Şuşada şəhid oldu
22.12.2020 [09:52]
Ağstafa rayonunun Qırılı kəndində 1994-cü il aprelin 14-də dünyaya göz açan Əliheydər Hüseynli orta məktəbi bitirdikdən sonra yüksək balla Azərbaycan Texniki Universitetinə daxil olub. Daha sonra o, “Azərişıq”da çalışıb.
AZƏRTAC xəbər verir ki, ilk gündən Vətən müharibəsinin iştirakçısı olan Əliheydər bir çox yaşayış məntəqələrimizin düşmən işğalından təmizlənməsində iştirak edib. Torpaqlarımızın azad edilməsi xəbərini ailəsi ilə telefonla paylaşıb, sevincini onlarla bölüşüb. Ailəsi deyir ki, vətənə bağlılığı ilə seçilən Əliheydər Füzuli, Qubadlı, Cəbrayıl və Şuşanın azad edilməsində iştirak edib. O, həm də döyüşdə olduğunu ailəsindən gizlədib.
“Onun döyüşdə iştirakını bilmirdim. Qızlarım indi deyir ki, vəziyyəti onlara söyləyirmiş. Anamdan muğayat olun deyib. Biz döyüşə giririk. Mənə isə dedi ki, bir sürprizimiz olacaq, televiziyanı izləyərsiniz. Sonuncu dəfə mənimlə gülə-gülə danışdı. Dedi, bir şey qalmayıb yaxında görüşəcəyik”, - deyə şəhid anası Zabilə Musayeva bildirib.
Noyabrın 9-da müharibənin dayanmasına saatlar qalmış, sonuncu döyüş zamanı düşmən mərmisinə tuş gəlir və ağır yaralanır. Çoxlu qan itirən Əliheydər şəhidlik zirvəsinə yüksəlir. Dayısı Nəriman Musayev deyir ki, onunla bacı oğlu, dayı münasibətindən daha çox bir dost, sirr yoldaşı olublar: “Bir problemi, çətinliyi olanda dərdini mənə danışardı. Döyüş yoldaşları ilə də söhbət etdim. Mən onlarla, döyüşdə iştirak edən əsgərlərimizin hamısı ilə fəxr edirəm. Elə yüksək əhval-ruhiyyələri vardır ki, adam gözlərinə inanmırdı. Deyirdim, yaşım az olsa idi, mən də onlara qoşulardım. Döyüşə elə gedirdilər ki, sanki hansısa şadlığa gedirdilər”.
Əliheydərin atası kənddə fizika-riyaziyyat müəllimi işləyib. Lakin atası dünyasını dəyişəndən sonra ailənin tək oğul övladı kimi ailəyə başçılıq edirdi. Əliheydərin üç bacısı var. Böyük bacısı Nərmin qardaşı ilə fəxr etdiyini söyləyərək deyib: “Qardaşım çox vətənpərvər idi. Müəllim ailəsi idik, atamdan qavradığımız vətənpərvərlik hissləri onsuz da bizim hər birimizdə var idi. Deyirdi ki, hərbi formanı geydikdən sonra adamın düşmənə qarşı döyüşməkdən başqa bir düşüncəsi olmur”.
Ailəsi ilə sonuncu dəfə telefonla danışanda dediyi “sürprizimiz var” sözündəki sürpriz isə Şuşa şəhəri idi. Evlənmək, ailə qurmaq ona nəsib olmasa da, Şuşanın azad olunmasını görmək istəyi ona nəsib oldu.
Yeni nişanlanmışdı... Müharibə başa çatdıqdan sonra ailəsi onu evləndirməyi planlaşdırmışdı...
İndi onun yaşadığı evdə Əliheydərin fotoları, şəxsi əşyaları, diplomu və üçrəngli bayrağımız olan guşə bəzəyir. Onun əziz xatirəsi təkcə ailə üzvlərinin qəlbində deyil, bütün xalqımızın köksündə əbədi özünə yer tutub - qalib ölkənin qalib şəhidi kimi...
Qırılıda Əliheydərlə birlikdə kəndin digər şəhidlərinin xatirəsinə bulaq kompleksi də inşa edilib.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

