Azərbaycanın uğurlarının əsasında Heydər Əliyev ideyaları dayanır
26.04.2013 [15:00]
Əli Əhmədov: Partiyamız böyük seçki təcrübəsi toplayıb və bu təcrübə 2013-cü ildə də qarşımızda duran vəzifələrin yerinə yetirilməsində mühüm rol oynaycaq
Dünən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın Səbail rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrləri və fəalları ilə görüş keçirib. Artıq bir sıra rayon təşkilatlarında belə görüşlərin keçirildiyini deyən Əli Əhmədov bildirib ki, bu görüşlərin məqsədi yerli strukturların fəallığının yüksəldilməsi, ictimai-siyasi proseslərdə yaxından iştirakının təmin edilməsi ilə əlaqədardır: “Hesab edirəm ki, YAP-ın hər bir fəal üzvü, o cümlədən, Səbail rayon təşkilatının fəalları partiyanın qarşısında duran önəmli vəzifələri dərk edirlər, kifayət qədər məsuliyyətlə həmin vəzifələrin yerinə yetirilməsinə yanaşırlar. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli yer tutur, üstün mövqeyini qoruyub saxlayır. Partiyamız Prezidentimizin rəhbərliyi ilə, insanlarımızın yüksək fəallığı şəraitində əldə olunan nailiyyətlərə özünün əhəmiyyətli töhfəsini verir”.
2013-cü ilin ölkəmizin siyasi həyatında önəmli il olduğunu deyən YAP İcra katibi bu ilin oktyabr ayında prezident seçkilərinin keçiriləcəyini xatırladıb. Əli Əhmədov deyib ki, YAP seçkilər ilində partiyamızın bütün üzvlərinin, yerli strukturlarının yaxından və fəal iştirakının təmin edilməsi kimi çox məsuliyyətli vəzifəni öz qarşısına qoyub: “Partiyamız fəaliyyət göstərdiyi 20 ildən artıq bir müddət ərzində ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir və bunun çox vacib göstəricilərindən biri YAP-ın Azərbaycanda keçirilən bütün seçkilərdə qələbə qazanmasında ifadə olunur. Eləcə də, partiyamız böyük seçki təcrübəsi də toplayıb və bu təcrübə 2013-cü ildə də qarşımızda duran vəzifələrin yerinə yetirilməsində mühüm rol oynaycaq. Keçirdiyimiz görüşlərdə məqsəd də bundan ibarətdir ki, YAP 2013-cü ilin ictimai-siyasi proseslərində özünün aparıcı rolunu saxlasın və qarşımızda duran çox mühüm vəzifələrin yerinə yetirilməsinə öz möhtəşəm töhfələrini versin. Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin birmənalı şəkildə qənaəti bundan ibarətdir ki, ölkəmizin sürətli inkişafı, iqtisadiyyatın yüksəlişi, həyatımızın digər sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlıdır. Məhz bu siyasətin nəticəsində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 10 il ərzində böyük inkişaf mərhələsi keçib. Əlbəttə ki, bu inkişafın kökündə dayanan həqiqət Heydər Əliyev ideyaları ilə əlaqədardır. Bu inkişaf Heydər Əliyev ideyalarından qaynaqlanır və bu ideyalar əsasında həyata keçirilən siyasətin uğurları hesab olunur. Eyni zamanda, 10 ilə yaxındır ki, Azərbaycanda Heydər Əliyev siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Bu illər ərzində Azərbaycanda əsası vaxtilə Heydər Əliyev tərəfindən qoyulmuş islahatların gerçəkləşməsi nəticəsində böyük inkişaf və tərəqqi əldə edilib”.
Bütün vətəndaşların ölkəmizin inkişafının canlı şahidləri olduğunu deyən YAP İcra katibi qeyd edib ki, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın sürətli inkişafı, Azərbaycanın modernləşmə xəttinin uğurla həyata keçirilməsi, ölkəmizin simasının dəyişdirilməsi, mənəvi sahədə olan yüksəlişlər, dövlətimizin dünya birliyində mövqeyinin möhkəmlənməsi, regionda lider dövlətə çevrilməsi və digər amillərin hamısı kompleks şəkildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nailiyyətləridir. “Beləliklə də, əzəmətli və möhtəşəm inkişaf mənzərəsi gözümüzün qarşısında canlanır. 2013-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycanın ictimai-siyasi, iqtisadi, mənəvi həyatının başlıca mənzərəsi bu göstəricilərdən ibarətdir. Təbii ki, bu, Azərbaycanın inkişafının davalı olmasından xəbər verir. Yüksək inkişaf və bu inkişafın etibarlı zəmin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edəcəyi inamı Azərbaycanın hər bir vətəndaşında formalaşıb. Bu ümumi mənzərə seçkilər dövründə Azərbaycan vətəndaşlarını əhval-ruhiyyəsini müəyyənləşdirib. Bu mənada növbəti seçkilərdə cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir” – deyə, YAP Sədrinin müavini vurğulayıb.
Oktyabr ayında keçiriləcək prezident seçkiləri kampaniyasının yüksək səviyyədə təşkil olunması üçün Yeni Azərbaycan Partiyasının üzərinə ciddi vəzifələr düşdüyünü deyən Əli Əhmədov ilk partiya təşkilatları sədrlərinə seçkilərə hazırlıqla əlaqədar öz tövsiyələrini verib.
Görüşdə YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov iştirak edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

