YAP Sədrinin müavini Əli Əhmədov partiyanın Şəki şəhər təşkilatının fəalları ilə görüşüb
19.07.2013 [15:09]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov partiyanın Şəki şəhər təşkilatının fəalları ilə görüş keçirib. Tədbirdə ilk olaraq YAP Şəki şəhər təşkilatının sədri Həsən Həsənov çıxış edərək qarşıda duran vəzifələrin icrası istiqamətində görülən işlər haqqında məlumat verib.
Görüşdə çıxış edən YAP Sədrinin müavini Əli Əhmədov oktyabr ayında ölkəmizdə əlamətdar siyasi hadisənin baş verəcəyini bildirib. Oktyabrda Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini deyən İcra katibi qeyd edib ki, partiya bu səbəbdən bütün resurslarını səfərbər etməkdədir. Onun sözlərinə görə, belə görüşlərin keçirilməsinin məqsədi də yerli strukturların işini daha da gücləndirməkdən ibarətdir. Əli Əhmədov vurğulayıb ki, partiyamızın prezident seçkilərində namizədi cənab İlham Əliyevdir. Onun sözlərinə görə, YAP-ın Sədri İlham Əliyevin dövlət başçısı kimi 2003-cü ildən etibarən gördüyü işlər, həyata keçirdiyi siyasət xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir. “Çünki bu siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, Azərbaycanın beynəlxalq nüfuzu artıb. Eyni zamanda, ölkəmiz sürətlə müasirləşir, modernləşir. Ona görə də, xalqımız növbəti beş ildə də cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin davam etməsini istəyir” - deyə, YAP Sədrinin müavini qeyd edib.
Əli Əhmədov bildirib ki, YAP-ın hər bir fəal üzvü qarşıda duran önəmli vəzifələri dərk edirlər, həmin vəzifələrin yerinə yetirilməsinə kifayət qədər məsuliyyətlə yanaşırlar. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli yer tutur, üstün mövqeyini qoruyub saxlayır. Partiyamız Prezidentimizin rəhbərliyi ilə, insanlarımızın yüksək fəallığı şəraitində əldə olunan nailiyyətlərə özünün əhəmiyyətli töhfəsini verir. Əli Əhmədov deyib ki, YAP seçkilər ilində partiyamızın bütün üzvlərinin, yerli strukturlarının yaxından və fəal iştirakının təmin edilməsi kimi çox məsuliyyətli vəzifəni öz qarşısına qoyub: “Partiyamız fəaliyyət göstərdiyi 20 ildən artıq bir müddət ərzində ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir və bunun çox vacib göstəricilərindən biri Azərbaycanda keçirilən bütün seçkilərdə qələbə qazanmasında ifadə olunur”.
Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, partiya veteranı Baba Səmədov və YAP Şəki şəhər təşkilatı Qadınlar Şurasının sədri Zərinə Cavadova çıxış ediblər.
Sonda YAP sıralarına yeni üzv olmuş şəxslərə partiya vəsiqələri təqdim olunub.
Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34

