Yevlaxlılar 9 oktyabrda inamlı sabahımıza səs verəcəklər
22.09.2013 [10:53]
Cənab İlham Əliyevin Yevlax rayonu üzrə seçki qərargahının üzvləri təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər
Məlum olduğu kimi, oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək və hazırda namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Beləliklə, kampaniya çərçivəsində cənab İlham Əliyevin Yevlax rayonu üzrə seçki qərargahının üzvləri sentyabrın 20-də rayonun Malbinəsi və Qoyunbinəsi kəndlərində seçicilərlə növbəti görüşlərini keçiriblər.
Hər iki görüşü giriş sözü ilə YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov açaraq cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasət barədə danışıb. Ölkəmizin son illərdə qazandığı iqtisadi uğurlara diqqəti yönəldən natiq bildirib ki, hər bir inkişafın əsasında iqtisadi islahatlar dayanır: “İqtisadi imkanların genişlənməsi isə güclü sosial siyasətin həyata keçirilməsinə, eyni zamanda, digər sahələrdə irəliləyişlərin əldə olunmasına zəmin yaradır”.
Onun sözlərinə görə, bu gün Azərbaycanda baş verən böyük dəyişiklikləri, həyata keçirilən islahatları görməmək mümkün deyil. Bütün bu işlər xalqımızın firavan yaşamasına, dövlətimizin gələcəyinə xidmət edir.
Çıxış edən Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev ən ağrılı problemimiz olan Dağlıq Qarabağ məsələsinə toxunub, qaçqın və məcburi köçkünlərimizə göstərilən dövlət qayğısı, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi vəzifəsi təşkil edir. Beynəlxalq münasibətlər sisteminin aktoru kimi çıxış edən bəzi imperialist güclərin geostrateji planları fonunda Ermənistanın təcavüzkar siyasətinin nəticəsində ortaya çıxan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi üçün ölkəmiz bütün resurslarından səmərəli surətdə istifadə etməkdədir”.
Çıxışında cənab İlham Əliyevin bu yaxınlarda Yevlaxa səfərindən də söz açan millət vəkili həmin səfər çərçivəsində yevlaxlıların istifadəsinə verilmiş yeni obyektlərin - Aeroportun, Mərkəzi Şəhər Xəstəxanasının, Vərəm Dispanserinin, orta məktəblərin, kəndarası yolların əhəmiyyətini bir daha xüsusi olaraq vurğulayıb. Onun sözlərinə görə, cənab Prezidentin səfərindən sonra Yevlaxda Olimpiya Kompleksinin tikilməsi üçün vəsait ayrılması da dövlət başçısının Yevlax gənclərinin timsalında Azərbaycan gəncliyinə göstərdiyi diqqətinin bariz nümunəsidi.
Görüşlərdə çıxış edən “Kür” qəzetinin baş redaktoru, seçki qərargahının üzvü Əminə Əhmədova deyib ki, son 10 ildə aparılan məqsədyönlü islahatlardan ucqar kəndlərdə fermerliklə məşğul olan vətəndaş da, sahibkar da faydalanıb. Eyni zamanda, ölkədə qeyri-neft sektorunun inkişafı üçün davamlı işlər görülür. Dövlətçiliyə daima sədaqət nümayiş etdirən Yevlax seçicilərini 9 oktyabrda seçkilərə gələrək xoşbəxt gələcəyimizə, inamlı sabahımıza səs verməyə çağıran natiq “Mən inanıram ki, Yevlaxın bütün sakinləri kimi Malbinəsi və Qoyunbinəsi kəndlərinin camaatı da İlham Əliyev cənablarına olan sevgisini bildirmək üçün səbrsizliklə 9 oktyabr tarixini gözləyirlər” - deyib.
Görüşlərdə çıxış edən kənd sakinləri vurğulayıblar ki, görülən işlər, qazanılan nailiyyətlər göz qabağındadır. Bunu heç kim dana bilməz: “Xalq artıq öz seçimini edib. Sadəcə 9 oktyabr tarixini gözləyirik ki, növbəti beş il üçün seçimimizi rəsmiləşdirək və İlhamlı gələcəyə səs verək!”
Sentyabrın 21-də isə rayonun Ərəş və Qaraoğlan kəndlərində seçicilərlə görüş olub. Hər iki görüşü giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov sakinləri 9 oktyabr prezident seçkilərində fəal olmağa çağırıb.
Çıxış edən YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev bütün ölkələrdə olduğu kimi Azərbaycanda da seçki mühitini ölkənin son illər ərzindəki inkişafı və bu inkişafın formalaşdırdığı ab-havanın müəyyənləşdirdiyini deyib. Natiq qeyd edib ki, hazırda ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür: “Təbii ki, bu sabitlik Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin məqsədyönlü siyasətinin bariz nümunəsidir. Bu sabitliyin və inkişafın davam etməsi üçün mən sizləri oktyabrın 9-da cənab İlham Əliyevə səs verməyə çağırıram”.
Seçicilər qarşısında çıxış edən rayon GEM-in sədri Tünzalə Şabanova ötən 10 il ərzində ölkəmizdə misilsiz quruculuq abadlıq işlərinin görüldüyünü, Azərbaycanın bütün regionlarının inkişaf etdiyini deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən bütün bu işlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan xalqı gələcək beşillik üçün öz sosial rifahı, sabit gələcəyinə səs verəcək. Xalqın seçimi Prezident İlham Əliyev olacaq”.
Çıxışına “Azərbaycanın son 10 ildə bu və ya digər sahədə qazandığı uğurlar hər birimizin gözü önündədir” sözləri ilə başlayan Yevlax Mərkəzi Şəhər Xəstəxanasının baş həkimi İlhami Quliyev cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində həyata keçirilən işlər barədə danışıb. Natiq qeyd edib ki, səhiyyə sahəsində bir-birinin ardınca imzalanan sərəncamlar, ölkəmizin bütün guşələrində yeni xəstəxanaların tikilib istifadəyə verilməsi, səhiyyə ocaqlarının müasir avadanlıqlarla təmin olunması ənənə halını alıb: “Son illərə nəzər salsaq aydın görmək mümkündür ki, bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində çalışan tibb işçilərinin də sosial rifah halı yüksəlib. Buna görə də səhiyyə işçiləri oktyabrın 9-da məhz İlham Əliyev cənablarına səs verəcəklər”.
Çıxış edən kənd sakinləri Tacəddin Abdurrəhmanov, Ruhiyyə Həsənəliyeva, Əlikram Əşrəfov və başqaları ölkədə aparılan işlərdən, həyata keçirilən siyasətdən razılıqlarını bildiriblər. Çıxışlarda qeyd olunub ki, xalq artıq öz seçimini edib. Və bütün Azərbaycan vətəndaşları kimi yevlaxlıların da yeganə seçimi cənab İlham Əliyevdir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxAnalitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11

