Masallı seçiciləri davamlı inkişafa səs verəcəklər
26.09.2013 [10:53]
9 oktyabrda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Masallı rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş dünən rayonun Sərçuvar və Qəriblər kəndlərində keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev hər bir dövlətdə seçki prosesinin mühüm kampaniya olduğunu bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının bu günə kimi seçicilərlə keçirilən görüşləri onu deməyə əsas verir ki, 9 oktyabrda xalqımız hamılıqla prezidentliyə namizəd cənab İlham Əliyevə səs verəcək: “Cənab İlham Əliyevin son illərdə gördüyü işlər 9 oktyabr prezident seçkilərində Onun qələbəsini şəksiz edib. Hər bir sahədə proqramların mövcudluğu və onların uğurla həyata keçirilməsi ölkənin inkişafını, tərəqqisini daha da sürətləndirib. Bu gün Azərbaycanın adı inkişaf etmiş ölkələr sırasındadır”.
O, cıxışını davam etdirərək Masallıda son zamanlar görülən işlər haqqında seçicilərə ətraflı məlumat verib: “Nəzərinizə çatdırım ki, təkcə bu ayın 16-da Masallı rayonunun müxtəlif yerlərində yeni tikilib istifadəyə verilən 5 məktəbin açılışı olub. Ucqar kəndlərimizə qaz xətləri çəkilib, yollar asfaltlanaraq sakinlərin istifadəsinə verilib. Bu ay rayonumuza səfəri zamanı Prezident İlham Əliyev YAP Masallı rayon təşkilatının inzibati binasının, Taekvando və Boks mərkəzlərinin, yenicə təmirdən cıxmış Heydər Əliyev Mərkəzinin, rayon Mədəniyyət evinin və Zərifə Əliyeva adına geniş prospektin açılışında iştirak edib. Quruculuq işlərinin bundan sonra da davam etdirilməsi üçün sizləri 9 oktyabrda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram”.
Çıxış edən seçki qərargahının üzvü Qardaş Fətullayev beynəlxalq aləmdə ölkənin nüfuzundan, cənab İlham Əliyevin uğurlarından danışaraq qeyd edib ki, Azərbaycan seçicilərinin bir arzusu var-cənab İlham Əliyevi yenidən Prezident seçmək, Onun ətrafında sıx birləşib xalqımıza və dövlətimizə xidmət etmək.
Qərargah üzvü Ələşrəf Niftiyev isə öz çıxışında vurğulayıb ki, cənab İlham Əliyev 10 il ərzindəki fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu sübut edib: “Bu gün Azərbaycan seçicisi öz seçimini Prezident İlham Əliyevin lehinə etməlidir. Masallı ictimaiyyətinin birmənalı seçimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir”.
Tədbir iştirakçıları- kənd ağsaqqalları Nəsrəddin Nəcəfquliyev, Adıgözəl Aslanov, Qarabag müharibəsi iştirakçısı Maarif Əmənov və başqaları çıxış edərək İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açaraq YAP-ın namizədinin qələbəsinə əmin olduqlarını bildiriblər.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

