Abşeron seçiciləri inkişafa, tərəqqiyə səs verəcək
27.09.2013 [10:17]
YAP Abşeron rayon təşkilatı seçicilərlə növbəti görüş keçirib
Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası ölkənin bütün şəhər, rayon, qəsəbə və kəndlərində uğurla davam etdirilməkdədir. Belə görüşlərdən biri dünən Abşeron rayonunun Mehdiabad qəsəbəsində keçirilib.
Görüşü giriş nitqi ilə açan YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev 9 oktyabr prezident seçkisinin ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Bildiyiniz kimi, 9 oktyabr tarixində Azərbaycanda prezident seçkiləri keçiriləcək. Məhz bu siyasi proseslə bağlı ölkəmizin hər yerində təbliğat-təşviqat işləri aparılır. Partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Abşeron rayonunda da uğurla davam etdirilməkdədir. Keçirilən görüşlərdə çoxsaylı insanların iştirak etməsi bir daha sübut edir ki, xalq Prezident İlham Əliyevi seçir. Bununla yanaşı, biz rayonda demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün tələb olunan bütün işləri görürük. Seçicilərin iştirakı ilə təşkil etdiyimiz görüşlərdə əsas məqsədimiz seçicilərin aktivliyini təmin etməkdir”.
Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, bu gün Azərbaycanda sürətlə abadlıq və quruculuq işləri aparılır. Bu prosesin nəticələri, nailiyyətləri hər birimizin gözü qabağındadır: “Günü-gündən gözəlləşən ölkəmizdə çoxsaylı sosial obyektlər açılır, yeni müəssisələr istifadəyə verilir. Aparılan abadlıq-quruculuq işləri, xüsusilə, Abşeron rayonunda özünü büruzə verir. Ölkəmizdəki inkişafı, tərəqqini təcəssüm edən siyasət Ulu öndər Heydər Əliyev siyasi kursudur. Mən əminəm ki, Abşeron rayonunun seçiciləri bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevi dəstəkləyir və oktyabrın 9-da öz dəstəklərini seçki məntəqələrində rəsmiləşdirəcəklər. Mən bütün Abşeron seçicilərini inkişafa, tərəqqiyə səs verməyə çağırıram. Eşq olsun Prezident İlham Əliyevə”.
Çıxış edən millət vəkili İmamverdi İsmayılov da insanları Prezident İlham Əliyevə səs verməyə çağırıb: “Prezident İlham Əliyev ölkədə sosial ədaləti bərqərar edib. Bütün dünyada Azərbaycanı güclü dövlət kimi tanıdan cənab İlham Əliyevin fəaliyyəti sayəsində ölkədə yeni iş yerləri açılır, insanların maaş və müavinətləri davamlı olaraq artırılır, bir sözlə, xalqın güzəranı günü-gündən yaxşılaşır. 10 illik Prezidentliyi dövründə cənab İlham Əliyev bir daha sübut etdi ki, O, bütün azərbaycanlıların Prezidentidir”.
Çıxış edən kənd sakinləri bildiriblər ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf kursu bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu, özünü ölkənin bütün sektorlarında açıq şəkildə büruzə verir. Bu inkişafın davam etməsi üçün bütün Abşeron seçiciləri Prezident İlham Əliyevə səs verəcəklərini deyiblər.
Zahid İLHAMOĞLU
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34

