Gəncəlilər qələbəni qeyd edirlər
10.10.2013 [17:45]
Azərbaycanda 9 oktyabrda keçirilən Prezident seçkiləri ümumilikdə demokratik standartlar baxımından qənaətbəxş, texniki təminat cəhətdən isə xüsusilə yüksək səviyyədə təşkil olunub. Bütün namizədlərə pulsuz efir vaxtının ayrılması və bərabər hüquqların təmin olunması Azərbaycanda real demokratik inkişafın bariz göstəricisidir.
Azərbaycan 9 oktyabr günü demokratik, şəffaf seçki keçirməklə, beynəlxalq aləmə ölkədə azad və ədalətli seçkilərin keçirilməsinin mümkünlüyünü bir daha sübut edib. Əvvəlcədən səslənən əsassız informasiyalara baxmayaraq, seçicilər səsvermə prosesində yüksək fəallıq göstərdilər və öz seçimlərini ediblər.
Gəncə şəhərində 37, 38, 39 və 40 saylı olmaqla 4 Seçki Dairəsi, 107 seçki məntəqə komissiyası fəaliyyət göstərir. Onlardan-Sadıllı yaşayış sahəsində 17 nömrəli məktəbdə 7 saylı, Məhsəti qəsəbəsində 21 saylı məktəbdə 29 və 30 saylı seçki məntəqələri yeni yaradılıb. Şəhər üzrə seçicilərin sayı 147251 nəfər olub. Şəhərdə seçkiyə 3 gün qalmış hərbi hissələrdə və 1 saylı istintaq təcridxanasında 7 məntəqə yaradılıb. Burada 7 min 426 nəfər seçici siyahıya alınıb. Gəncədə olan məntəqələrin 40 - da veb-kameralar quraşdırılıb ki, gün ərzində seçki prosesi canlı olaraq, internet vasitəsi ilə yayımlanıb. 31 məntəqədə isə əlil arabaları ilə hərəkət edənlərin binaya daxil olmaları üçün xüsusi panduslar quraşdırılıb. Gəncə şəhəri üzrə ən yaşlı seçicilərin sayı 2250 nəfərdir. Onlardan 9 nəfəri 100 yaşdan yuxarıdır. Oktyabrın 9 - nadək 18 yaşı tamam olan 303 nəfərdir. Dairə Seçki Komissiyalarından verilən məlumata görə, şəhərdə 28 nəfəri beynəlxalq, 1381 nəfəri isə yerli olmaqla, 1409 müşahidəçi qeydiyyata alınıb. Yerli müşahidəçilərdən 317 nəfəri siyasi partiyalar, 1064 nəfəri isə öz təşəbbüsləri ilə səsvermə prosesini izləyib. Beynəlxalq müşahidəçilərdən isə 18 nəfəri ATƏT-in, 10 nəfəri isə MDB PA-nın xətti ilə Gəncədə seçkiləri müşahidə edib və onların jurnalistlərə verdiyi məlumatlarında Azərbaycanda Prezident seçkilərinin dinc şəraitdə keçirildiyi, ölkədə seçkilərin keçirilməsində ciddi irəliləyiş əldə edildiyi vurğulanıb.
Artıq Azərbaycan Respublikası, o cümlədən seçkidə fəallığı ilə seçilən Azərbaycanın qədim şəhəri olan Gəncə şəhərinin sakinləri ilkin məlumatlara görə, möhtəşəm qələbəni bayram əhval - ruhiyyəsində qeyd ediblər.
Gülər Nəcəfova
Xəbər lenti
Hamısına baxDünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18

