YAP Qazax rayon təşkilatında 2013-cü ilin yekunları ilə bağlı yığıncaq keçirilib
20.02.2014 [09:15]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatında 2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilib. Yığıncaqda məruzə ilə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov ötən il ərzində keçirilən tədbirlər və digər məsələlər barədə geniş məlumat verib.
Bildirilib ki, YAP Qazax rayon təşkilatı 2013-cü ildə işlərini partiyanın İcra Katibliyinin təlimat və tövsiyyələrinə uyğun qurub. Ötən il keçirilən prezident seçkiləri ilə əlaqədar tərtib edilmiş tədbirlər planına uyğun olaraq seçki qərargahı yaradılıb, namizədin qeydə alınması üçün imza toplayan şəxslər müəyyənləşdirilib və onlara treninqlər keçirilib, yerli və rayon təbliğat qrupları təşkil edilib. Təbliğat-təşviqat kampaniyası dövründə və eləcə də, seçki günü Seçki Məcəlləsinə uyğun şəkildə işlərin qurulması təmin edilib.
YAP Qazax rayon təşkilatının tədbirlər planına uyğun olaraq Ümummilli lider Heydər Əliyevin siyasi irsinin daha dərindən öyrənilməsi və təbliği istiqamətində tədbirlər reallaşdırılıb. O da bildirilib ki, öz ətrafında 6426 üzvü birləşdirən YAP Qazax rayon təşkilatının 77 ərazi ilk partiya təşkilatları fəaliyyət göstərir. Üzvlərin 3832 nəfərini qadınlar, 2219 nəfərini isə gənclər təşkil edir. 2013-cü ildə YAP Qazax rayon təşkilatının sıralarına 476 nəfər qəbul olunub ki, bundan 311 nəfəri qadınlar, 167 nəfəri gənclərdir. Ötən il həmçinin, YAP Qazax rayon təşkilatı üçün müasir avadanlıqlarla təmin edilmiş yeni, müasir şəraitli inzibati bina tikilib istifadəyə verilib.
Daha sonra məruzə ətrafında YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Nəsibə Tağıyeva, YAP Qazax rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal İsmayılov, rayon təşkilatının Şura üzvləri - Abbas Göyüşov, Tərlan Bədəlova, ərazi ilk partiya təşkilatının sədri Nəzakət İsgəndərova çıxış edərək rayon təşkilatının 2013-cü ildəki fəaliyyətinə qənaətbəxş qiymət verilməsini təklif ediblər.
Tədbirdə çıxış edən Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bildirib ki, ötən il ölkəmiz üçün çox yaddaqalan il olub. 2013-cü il prezident seçkiləri və bu seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin yüksək səs coxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi, o cümlədən, ölkəmizin uğurlu, dinamik inkişafının təmin edilməsi ili kimi yadda qalıb. A.Əsgərov bildirib ki, ötən il ərzində Qazax rayonunda da sosial-iqtisadi inkişafa nail olunub. Yeni iş yerlərinin açılması, sosial obyektlərin tikintisi istiqamətində bir çox işlər görülüb: “Rayonumuzda regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq tikinti, quruculuq və abadlıq işləri 2013-cü ildə də uğurla davam etdirilib. 2013-cü il iyul ayının 5-də cənab Prezidentimizin Qazax rayonuna səfər edərək yeni istehsal müəssisəsi olan Qazax Sement zavodunun, Qazax-Quşçu Ayrım yolunun, Uşaq əyləncə mərkəzinin, Ədəbiyyat muzeyinin, Yeni Azərbaycan Partiyasının Qazax rayon təşkilatının inzibati binasının açılışında iştirak etməsi biz qazaxlılara olan diqqətinin bir nümunəsidir. Bu diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlığımızı bildiririk”.
Yığıncaqda rayon təşkilatının 2013-cü ildəki fəaliyyətinə qənaətbəxş qiymət verilməsi barədə qərar qəbul edilib. Daha sonra 2013-cü ildə göstərdikləri fəallığa görə bir qrup partiya üzvü YAP Qazax rayon təşkilatının fəxri fərmanları ilə təltif ediliblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10

