Yeni Azərbaycan Partiyası hər zaman xalqdan dəstək görüb
20.10.2010 [09:27]
Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkilərində iştirak edən namizədlərinin seçicilərlə görüşü davam edir. Dünən bu görüşlərdən biri Sumqayıt şəhərinin Kimyaçı qəsəbəsində keçirilib. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının parlament seçkilərində namizədi Astan Şahverdiyev Kimyaçı qəsəbəsində məskunlaşmış Cəbrayıl seçiciləri ilə görüşüb.
Tədbirdə çıxış edən deputatlığa namizədin səlahiyyətli nümayəndəsi və Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev ölkəmizin yeni siyasi hadisə-parlament seçkiləri ərəfəsində olduğunu bildirib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və indiyə qədər keçirilən seçkilərin alternativsiz lideri olan Yeni Azərbaycan Partiyasının hər zaman xalqımızdan dəstək gördüyünü deyən natiq işğal altında olan Cəbrayıl rayon ictimaiyyətinin də bu prosesdə daim fəal iştirak etdiyini söyləyib. Onun sözlərinə görə, dövlətimiz qaçqın və məcburi köçkün vətəndaşlarımızın sosial rifah halının yüksəldilməsi istiqamətində davamlı işlər görür: “Yeni Azərbaycan Partiyası hər zaman dövlətçiliyimizin inkişafına xidmət göstərib. Partiyamızın 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən irəli sürdüyü namizəd sizə çox tanışdır. Professor, alternativ enerji məsələləri üzrə mütəxəssis, Nyu-York Akademiyasının həqiqi üzvü Astan müəllim artıq beş ildir ki, parlamentdə sizlərin-Cəbrayıl seçicilərinin vəkilidir. Hörmətli professorumuzu sizə yaxından tanıtmağa ehtiyac yoxdur. Əslən də Cəbrayıl rayonundan olan Astan Şahverdiyev hər zaman siz seçicilərinin problemlərinin həlli istiqamətində yüksək səviyyəli fəaliyyət nümayiş etdirib. Mən əminəm ki, Cəbrayıl ictimaiyyəti ötən seçkilərdə olduğu kimi, bu dəfə də öz seçimini düzgün edəcək və Astan Şahverdiyevə səs verəcəklər”.
çıxış edən Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən parlament seçkilərində namizədi Astan Şahverdiyev, ilk növbədə, ona yenidən etimad göstərdiyi üçün YAP-a və partiyanın Sədri, Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib. YAP-ın hər zaman xalqın partiyası olduğunu, dövlətçiliyin keşiyində dayandığını önə çəkən namizəd 1993-cü ildə öz yurd-yuvalarından didərgin düşmüş cəbrayıllıların məhz Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində sosial problemlərini həll etdiklərini deyib: “ümummilli liderimizin apardığı sosial siyasət nəticəsində Cəbrayıl camaatı yenidən özünə həyat qurdu. Bu gün ölkəmizin 50-dən çox regionunda Cəbrayıl rayonundan olan qaçqın və məcburi köçkün yaşayır. Mən ötən beş il müddətində hər zaman onlarla təmasda olmuşam, onların problemləri ilə maraqlanmışam. Dövlətimizin, hörmətli Prezidentimizin qayğısı, diqqəti, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin fəaliyyəti nəticəsində bu gün bütün bu kateqoriyadan olan insanların sosial təmnatı ilə bağlı işlər görülür, addımlar atılır. Dövlətimizin qayğısı nəticəsində bu gün çadır şəhərcikləri ləğv olunub. Mən inanıram ki, Prezident İlham Əliyevin apardığı siyasət öz bəhrəsini verəcək və torpaqlarımız işğaldan azad olunacaq, sizlər öz yurd-yuvanıza qayıdacaqsınız”.
Namizəd bildirib ki, 2005-ci ildə də 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olub və seçicilərin dəstəyini qazanıb: “Mən bu ötən beş ildə çalışmışam ki, maksimum dərəcədə öz seçicilərimin problemlərinin həlli istiqamətində işlər görüm. Nələrə nail olduğum ortadadır. İşlədiyim Texniki Universitetdə, parlamentdə, qərargahımda seçicilərimlə daim ünsiyyətdəyəm. Namizəd olaraq sizləri əmin edirəm ki, mənə etimad göstərəcəyiniz təqdirdə bu fəaliyyətimi davam etdirəcəyəm”.
Daha sonra YAP-ın seçki platforması ilə bağlı danışan A.Şahverdiyev qeyd edib ki, hakim partiya bu seçkilərə “Güclü dövlət, yüksək rifah” şüarı ilə qatılır: “Bu isə öz növbəsində insanların, ən əsası isə yurd-yuvasından qaçqın düşmüş vətəndaşların sosial rifah halının yüksəldilməsi istiqamətində görülən işlərin davam etdirilməsi deməkdir. Dinamik inkişafımızın, iqtisadi qüdrətimizin, sosial rifahımızın, siyasi sabitliyimizin təminatı kompleks şəkildə ölkəmizin daha da güclənməsinə xidmət göstərəcək. YAP insanlara bunu vəd edir”.
Tədbir seçicilərin sualları və təklifləri əsasında davam etdirilib. çıxış edən seçicilər noyabrın 7-də Yeni Azərbaycan Partiyasının namizədi Astan Şahverdiyevə etimad göstərəcəklərini bildiriblər.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

