Jurnalistlər üçün “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda təlimlər başlayıb
18.11.2022 [15:25]
Noyabrın 18-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə 40-a yaxın jurnalist üçün “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda təlimlərə başlanılıb.
Təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, media etikası jurnalist peşəkarlığının əsas prinsipi olmalı, jurnalist peşəsinə sadiqlik nümayiş etdirməli, müəllif hüquqlarına hörmətlə yanaşmalı, təqdim etdiyi faktları təhrif etməməlidir. O, daha sonra MEDİA Agentliyinin media nümayəndələrinin peşəkarlığının artırılması istiqamətində həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb.
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva jurnalistlərin etik davranış qaydalarına riayət etməsinin vacibliyindən bəhs edib, belə təlimlərin ictimaiyyətə dolğun informasiya çatdırma funksiyasını ən yüksək şəkildə icra etməsi üçün media nümayəndələrinin fəaliyyətinə töhfə verəcəyini bildirib.
ADA Universitetində keçirilən təlimlərdə spiker kimi çıxış edən Tükiyənin bir çox media subyektlərində çalışmış, 4 il “The Washington Times”da köşə yazarı kimi fəaliyyət göstərmiş, 30 il xarici siyasət şərhçisi olmuş, bundan əlavə bir çox məqalələri “New York Times”, “International Herald Tribune”, “ForeignPolicy.com”, “Daily Caller”, “Daily Star”, “Middle East Times” ve “SAIS Turkey Analyst Report” kimi media subyektlərində nəşr edilmiş Tülin Daloğludur. O, “Jurnalistikada etika və müəllif hüquqları nədir?”, “Redaksiya siyasəti və jurnalist etikası: peşəkar dəyərlərin formalaşması”, “Yeni media və etika: internet jurnalistikasında tez-tez rast gəlinən etik pozuntular”, Medianın hazırki vəziyyəti - ictimai gözləntilər və jurnalistika prinsipləri” və s. mövzularında çıxış edəcək, interaktiv müzakirə sessiyalarında jurnalistləri maraqlandıran sualları cavablandıracaq.
Qeyd edək ki, 2 gün davam edəcək təlimlərin məqsədi jurnalist peşəsinin əsas prinsiplərinin, etika qaydalarının və müəllif hüquqlarının qorunmasının, ictimaiyyəti düzgün məlumatlandırmaq məsuliyyətinin vacibliyinin bir daha vurğulanmasıdır.
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

