“İlham Əliyev qalib liderdir”
21.12.2023 [10:10]
Siyavuş Novruzov: Qarşıdan gələn seçkilərdə seçici aktivliyi daha yüksək olacaq
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə, isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib.
Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması isə bütövlükdə regionumuzda yeni reallıqlar yaradıb. Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsində də bu amillər önəmli rol oynayır. Məlumdur ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında 2024-cü ilin fevral ayının 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinə partiyamızın Sədri İlham Əliyevin namizədliyi irəli sürülüb. Cəmiyyətimizin yekdil rəyi ondan ibarətdir ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi xalqın iradəsinin ifadəsidir.
Məsələ ilə bağlı “Yeni Azərbaycan TV”-ə açıqlama verən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ilk dəfə bütün ölkə ərazisində seçkilərin keçirilməsi tarixi hadisədir. Çünki indiyə qədər belə hadisə olmayıb. Yəni müstəqillik tariximizdə bir yenilik olacaq. Buna görə də, vətəndaşlarımız seçki qərarını çox yüksək qiymətləndirir. S.Novruzov qeyd edib ki, Azərbaycan Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə tərəqqi və Zəfər yolunda inamla irəliləyərək parlaq nailiyyətlər qazanır, yeni zirvələr fəth edir: “Xüsusilə də, 30 ilə yaxın müddət ərzində işğal altında qalmış torpaqlarımızın hərbi-siyasi əsarətdən xilas edilməsi, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşunun bərpası nəticəsində yeni reallıqlar yaranıb, qalib və qüdrətli Azərbaycanın qarşısında yeni perspektivlər açılıb. Hədəf daha güclü Azərbaycandır! Bu hədəfə isə məhz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə çatmaq mümkündür”.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi obyektiv gerçəkliklərdən irəli gələn tarixi və mənəvi-siyasi zərurətdir: “Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə - son 20 ildə Azərbaycan regionun lider dövlətinə çevrilib, respublikamızın hərbi-strateji qüdrəti, iqtisadi gücü və siyasi nüfuzu əhəmiyyətli dərəcədə artıb. Azərbaycan qüdrətli və qalib dövlətə çevrilib. Bütün bu reallıqların müəllifi Prezident İlham Əliyevdir. İlham Əliyev qalib liderdir. Ona görə də tarixi Zəfər yürüşünün davam etməsi, postmüharibə dövründə yeni hədəflərin reallaşdırılması üçün cənab İlham Əliyevin növbəti dönəmdə də ölkəmizə rəhbərlik etməsi vacibdir. Hesab edirəm ki, YAP İdarə Heyətinin iclasında cənab İlham Əliyevin növbədənkənar seçkilərdə prezidentliyə namizədliyinin irəli sürülməsi bütövlükdə Azərbaycan xalqının iradəsinin ifadəsi kimi qiymətləndirilə bilər”.
S.Novruzovun fikrincə, növbədənkənar prezident seçkilərinin başqa bir özəlliyi işğaldan azad edilmiş ərazilərdə yaşayan vətəndaşların da bu seçkilərdə iştirak etməsidir: “Bu baxımdan, hesab edirəm ki, qarşıdakı seçkilərdə seçici aktivliyi daha yüksək olacaq. Onu da nəzərə almaq lazımdır ki, “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunandan sonra ölkəmizdə dialoq mühiti yaranıb. Ümummilli məsələlərdə siyasi partiyaların mütləq əksəriyyəti həmrəylik nümayiş etdirirlər. Hətta müxalifət partiyaları arasında seçkilərdə Prezident İlham
Əliyevin namizədliyini dəstəkləyənlər var. Bəzi partiyaların isə özləri seçkidə iştirak etmək istəyir ki, bu da onların hüququdur”. Parlamentin komitə sədri hesab edir ki, xaricdə bəzi dairələr bizim birliyimizdən narahatdır. Bu səbəbdən də müxtəlif təxribatçı planlar qursalar da, onların planları həmişə iflasa uğrayır və bundan sonra da belə olacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59

