Bir əsrdə iki dəfə...
30.12.2023 [11:30]
Gəncə şəhərinin tarixi adına qovuşmasından 34 il ötür
Qədim Gəncə şəhərinin tarixi adının bərpasından 34 il keçir. Xalqın ziyalılarının, eləcə də mütərəqqi fikirli vətəndaşların təkidi ilə məhz 1989-cu ilin 30 dekabrında Nizami yurdu olan qədim şəhərimiz öz tarixi adına qovuşub. Qeyd edək ki, Gəncənin adı bir neçə dəfə dəyişdirilib. 4 min illik zəngin tarixə malik Gəncə şəhəri 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılıb. 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən Gəncə adı yenidən bərpa edilsə də, 22 fevral 1935-ci ildə şəhərin adı dəyişdirilərək Kirovabad olub. Nəhayət 54 il sonra 30 dekabr 1989-cu ildə Gəncə şəhərinin adı özünə qaytarılıb. O zamanlar Gəncənin adını bərpa etmək böyük cəsarət tələb edirdi. Hələ 1981-ci ildə Azərbaycanın rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə şəhərdə “Yeni Gəncə” adlı qəsəbə salınıb. Qəsəbənin “Yeni Gəncə” adlandırılması təsadüfi deyildi. Bu, məhz o zaman Kirovabad adlandırılan şəhərin tarixi adının özünə qaytarılması istiqamətində ilkin addım idi.
1989-cu ildə isə şəhər əhalisi Gəncənin adının yenidən qaytarılması üçün 100 minə yaxın imza toplayıb. 1989-cu ilin 29 noyabrında Kirovabad Şəhər Xalq Deputatları Sovetinin sessiyasında sözügedən məsələ müzakirə olunub. Gəncə adının bərpası təklifi qəbul edilib və ertəsi gün qərar verilib. Həmin ilin 30 dekabrında Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti bu qərarı təsdiq edib. Qərarda deyilirdi: “Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çoxsaylı müraciətini, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR Konstitusiyasının 114-cü maddəsinə (18-ci bənd) uyğun olaraq “Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın”.
1990-cı il yanvarın 2-də bu münasibətlə Gəncədə təntənəli toplantı keçirilib və xalq bunu böyük ruh yüksəkliyi ilə qarşılayıb. Beləliklə, vətənpərvər insanların illərlə uğrunda mübarizə apardığı, bu yolda təqiblərə, təzyiqlərə məruz qaldığı bir arzu sonda uğurla nəticələnib. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində Gəncə şəhəri müasir inkişaf yoluna qədəm qoydu. Bu gün Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində yeni intibah dövrünü yaşayan Gəncə elm, mədəniyyət mərkəzi olaraq dünya miqyasında tanınır, qədimliyi, müasirliyi və gözəlliyi ilə respublika səviyyəsində özünəməxsus yer tutur.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31

