Sənədsiz evlər: qeydiyyata alınsa da...
14.05.2024 [10:17]
2024-cü ilin birinci rübündə üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin məlumatına görə, həmin dövr ərzində qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 min 664-ü Bakının, qalanı isə bölgələrin payına düşür. Bu, ölkədə mənzillərin mülkiyyət hüququna dair çıxarışların (şəhadətnamə) sayının artması deməkdir. Belə ki, yeni inşa edilən yaşayış binaları ilə yanaşı, fərdi evlərin də çıxarışlarla təmin edilməsində irəliləyişlər nəzərə çarpır.
Mövcud situasiya digər bir sualı meydan çıxarır, söhbət neçə illərdir ki, on minlərlə sənədsiz evin düyünə düşmüş çıxarış sənədləri ilə təmin edilməsindən gedir. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu məsələnin diqqətdə saxlanıldığını və sənədsiz evlərlə bağlı müvafiq araşdırmaların və dəqiqləşdirmələrin hələ də davam etdiyini bildirir. Belə ki, sovet dövründə və müstəqilliyin ilk illərində inşa edilmiş, ancaq çıxarış alınmasına icazə verilməyən evlərin taleyi illərdir ki, uzanmaqdadır. Əmlak Komitəsi bunu müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələrin təqdim etdiyi sənədlərin hüquqi müəyyənedici akt olmadığına görə, qəbul etmir. Müvafiq icra hakimiyyəti orqanlarının təqdim etdiyi əsaslı hüquqi sənədlər olmadığı üçün evlərə mülkiyyət hüququna dair çıxarışın verilməsi ləngiyir.
Hökumət sənədsiz ev probleminin başağrısına çevrilməsini nəzərə alaraq müvafiq orqanlara bu sahədə müəyyən yumşaldılmaların və güzəştlərin tətbiqini tövsiyə edib və bu çərçivədə həyət evləri ilə bağlı amnistiya işləri aparılması qərara alınıb. Sənədsiz evlərlə bağlı 2018-2019-cu illərdə bütün mənzil-kommunal təsərrüfatı birlikləri və bələdiyyələr tərəfindən uçot işi aparılıb və zəruri məlumatlar rayon icra hakimiyyətlərinə təqdim olunub. Bu, həmin evlərin sənədləşdirilməsi istiqamətində mərkəzləşdirilmiş şəkildə müvafiq dəqiqləşdirmələrin aparılması və uçot məlumatlarının toplanması baxımından mühüm addım hesab edilir. Bununla da ən yüksək dövlət orqanlarının birgə koordinasiyası sayəsində sənədsiz evlərin qeydiyyatının aparılmasına başlanlıb.
Həmin qiymətləndirmələrdən sonra Milli Məclisdə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilib və yeni dəyişikliklər sənədsiz evlərin mülkiyyət hüququnun tanınması üçün bir sıra istisnalara imkan yaradır. Belə ki, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən sahələrinin çıxarışla təmin edilməsi nəzərdə tutulur. Yəni, əvvəllər hansı ildə inşa edilməsindən asılı olmayaraq tikintisi sözügedən Məcəllənin tələblərinə uyğun aparılmayan amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək. İlkin qiymətləndirmələrə görə bu istisnalar 40 mindən çox evin mülkiyyət hüququ almasına şərait yaradacaq.
Ancaq məsələ 40 minlə bitmir, daha ciddi problemlər var.
Problem nədir?
Qiymətləndirmələrə görə, hazırda ölkəmizdə 500 mindən artıq sənədsiz fərdi evlərin olduğu bildirilir ki, onların böyük əksəriyyəti kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunub, tikinti normativlərinin tələblərinə cavab vermir. Həmin evlərin yerləşdiyi ərazinin mühəndis-kommunikasiya zonalarının mürəkkəbliyi, elektrik xətlərinin altında, eləcə də qaz, su, kanalizasiya, digər kommunikasiya qurğularının üzərində yerləşməsi mülkiyyət sənədi ilə təmin edilməsinin qarşısını alır. Xüsusilə də Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin yerləşdiyi ərazinin mürəkkəbliyini nəzərə alsaq, çıxış yolu da tapmaq mümkün olmur. Çünki həmin sahələrə nəzarət edən aidiyyatı qurumların böyük bir qismi evlərin ilkin mühəndis və layihə sənədlərini vermir. Bunun da əsas səbələrindən biri həmin evlərin böyük bir qisminin sənədləşməsi üzrə vəziyyətinin qanunvericliyin tələblərinə uyğun gəlməməsidir. Çünki bu evlərin əksəriyyəti vaxtilə heç bir icra hakimiyyəti orqanından tikintiyə dair razılıq, müvafiq layihə və xəritə sənədləri almayıb və qanunsuz inşa edilib və özbaşına tikili hesab edilir. Bu isə Mülki Məcəllənin tələblərinin pozulması deməkdir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəllənin müvafiq maddələrinə əsasən, təmin edilir. Bu hüquqi sənəd daşınmaz əmlaka dair hüquqların əmələ gəlməsini, məhdudlaşdırılmasını (yüklülüyünü), başqasına keçməsini və bu hüquqlara xitam verilməsini tənzimləyən əsas qanundur. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
Qanuni tikinti dedikdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, yerli və şəhər icra hakimiyyətinin tikintiyə icazə verilməsi barədə qərarı, tikinti layihəsinin memarlıq-planlaşdırma sənədi, tikinti obyektinin istismarına icazə, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə cavab verən tikinti planı və digər sənədlər nəzərdə tutulur. Bu sənədlər olduğu halda əmlakın reyestrdə qeydiyyatı və çıxarışın verilməsi mümkündür.
Sənədsiz evlərin sakinlərinin fikirlərindən bəlli olur ki, onların tələb edilən həmin sənədləri almaq üçün yerli icra hakimiyyəti orqanları və müvafiq dövlət qurumlarına müraciətinin əhəmiyyəti olmur. Səbəb isə həqiqətən də bu tikililərin ümumiyyətlə sıfırdan heç bir sənədinin olmamasıdır, onların böyük bir qisminin heç ünvanı yoxdur, bir qismi isə SOCAR-ın, neftçıxarma trestlərinin, digər dövlət orqanlarının ərazisində yerləşir ki, buranın mühəndis qurğuları və planı tikintinin tanınmasına yol vermir.
Kənd rayonlarında isə problem başqa cürdür, bir çox evlər kənd təsərrüfatı təyinatlı torpaqların üzərində inşa edilib. Torpaq Məcəlləsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda inşaat işlərinin aparılmasına, yaşayış evlərinin tikilməsinə icazə verilmir və bu, qanunsuzluqdur. Ona görə də, onların mülkiyyət hüququnun tanınması özü qanunsuzluq olardı.
Bəzi şəxslər bələdiyyə sənədlərini əsas tutaraq məhkəmə yolu ilə torpaq üzərində tiklinin qanuniliyinə dair qərar alırlar ki, bu, bir sıra hallarda əmlak predmeti kimi reyestrdə məqbul hesab edilir və müxtəlif prosedurlar əsasında çıxarış alınması mümkün olur. Bu isə hər 100 müraciətdən birinin məhkəmə tərəfindən müsbət qərar alınması ilə nəticələnir. Çünki məhkəmə torpaq sahəsini müraciət edən vətəndaşın mülkiyyətində olmasını təsdiq edən sənədlərə əsaslanaraq özbaşına tikinti sayılan əmlakın yerləşdiyi torpaq və mülkiyyət hüququnu tanıyır. Əks halda bu, mümkün deyil.
Beləliklə, sənədsiz evlərin uçot və qeydiyyata alınması heç də onların hamısının xüsusi mülkiyyətə dair çıxarışın verilməsi demək deyil. Ölkədəki mövcud 500 mindən çox sənədsiz evin yarısından çoxu MM və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun, digər qanunvericilik aktlarının tələblərinə cavab vermədiyindən əmlaka mülkiyyət hüququnun verilib-verilməməsi demək olduqca çətindir. Bu isə sənədsiz evlərin mülkiyyət hüququnun tanınmasına heç də yaşıl işıq yandırmır.
ELBRUS
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04

