Oberman Douv Pieter: Azərbaycanda olan sabitlik avropalı investorlar üçün cəlbedicidir
18.02.2016 [10:25]
Fevralın 17-də vergilər naziri Fazil Məmmədov Azərbaycanda səfərdə olan Niderland Krallığının Sahibkarlar Konfederasiyası sədrinin birinci müavini Oberman Douv Pieter və “Scherjon” şirkətinin prezidenti Skerjon Hielko ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, F.Məmmədov son illər ölkəmizdə bütün sahələrdə ciddi nailiyyətlər əldə olunduğunu, bu uğurların əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasətin dayandığını vurğulayıb.
Vergilər naziri Azərbaycan və Niderland Krallığı ilə işgüzar münasibətlərin ildən-ilə inkişaf etdiyini, ölkələrimizin vergi xidmətləri arasında əməkdaşlığın genişləndiyini, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini bildirərək, mövcud əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib. Azərbaycanın vergi sistemində aparılan islahatlar, investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlər haqqında qonaqlara ətraflı məlumat verib.
Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” mövcuddur və uğurla tətbiq edilir. “Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Saziş” layihəsi isə hər iki tərəfdə bütün daxili razılaşdırma prosedurlarını keçib və imzalanmaq üçün hazırdır.
Ölkədə əlverişli investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı mütərəqqi hüquqi baza yaradıldığını nəzərə çatdıran vergilər naziri 2016-cı ildə investisiyaların təşviqi ilə bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən daha bir neçə fərmanın imzalandığını, Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edildiyini, qanunvericilik sənədlərində edilmiş bu dəyişikliklərlə ölkəmizə sərmayə yatırmaq istəyən investorlar üçün vergi və gömrük sahəsində əhəmiyyətli güzəştlər müəyyən olunduğunu və bunların xarici investisiyaların stimullaşdırılmasına xidmət etdiyini vurğulayıb.
Cənab Oberman Douv Pieter ölkəsinin Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verdiyini nəzərə çatdırıb. Son illər yüksək iqtisadi artıma nail olan Azərbaycanla Niderland Krallığı arasında mövcud olan sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq təcrübə mübadiləsinin daha da dərinləşdirilməsinin, mübadilə proqramlarının davam etdirilməsinin zəruriliyini və yeni əməkdaşlıq perspektivlərinin olduğunu bildirib.
Oberman Douv Pieter qeyd edib ki, Azərbaycanda istehsalın təşkili və məhsulların ixracı sahəsində yaradılmış şəraitdən məlumatlıdır və ölkədə olan sabitlik avropalı investorlar üçün cəlbedicidir.
Avropada istehsal sahələrinin yaradılması üçün münbit şərait olsa da, məhsul ixracı zamanı müəyyən suallarla qarşılaşdıqlarını bildirən qonaq Niderland şirkətlərinin Azərbaycanda istehsal sahəsinə sərmayə yatırmaqda və burada istehsal olunacaq məhsulların qonşu ölkələrə də ixrac edilməsində maraqlı olduqlarını söyləyib. O qeyd edib ki, Sahibkarlar Konfederasiyasının üzvləri arasında Azərbaycana sərmayə qoymaq istəyən Niderland şirkətləri çoxdur və hazırda bir çox sahələrdə əməkdaşlıq imkanları araşdırılır.
Görüşdə “Scherjon” şirkətinin prezidenti Skerjon Hielko Azərbaycanda əlverişli investisiya mühitinin mövcud olması, investorların hüquq və mənafelərinin qorunması, xarici sahibkarlara əlverişli iş şəraitinin yaradılmasının təqdirəlayiq olduğunu bildirərək, rəhbərlik etdiyi şirkətin ölkəmizə investisiya qoymağa maraq göstərdiyini, İmişli rayonunda süd məhsulları istehsal edəcək zavodun tikilməsi ilə bağlı layihə hazırlandığını diqqətə çatdırıb.
“Scherjon Dairy Equipment Holland BV” şirkətinin təqdim etdiyi avadanlıqlarda “Gouda” və “Edam” növlü holland pendirlərinin istehsalını nəzərdə tutan bu layihənin gələcəkdə digər layihələrin də reallaşdırılmasına zəmin yaradacağı bildirilib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Xəbər lenti
Hamısına baxGündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17

