Çin Azərbaycanın ən iri ticari tərəfdaşlarının ilk onluğuna daxil olub
20.02.2016 [09:50]
Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfirliyinin müşaviri Yuy Xunçi AZƏRTAC-da Çin iqtisadiyyatı və Azərbaycan-Çin münasibətlərinin inkişafı məsələlərinə həsr edilmiş “dəyirmi masa”da bildirib ki, 2015-ci ilin yekunlarına görə Çin ilk dəfə olaraq Azərbaycanın ən iri ticari tərəfdaşlarının birinci onluğuna daxil olub.
Onun sözlərinə görə, Çin 2002-ci ildən Azərbaycanda investisiya layihələri həyata keçirməyə başlayıb. 2016-cı il yanvarın 1-i üçün olan məlumata görə, bu müddətdə investisiyaların ümumi həcmi 300 milyon ABŞ dollarına çatıb. Müşavir qeyd edib ki, Çin Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönəlmiş səyləri dəstəkləyir. “Bu gün dünyada hökm sürən mürəkkəb iqtisadi vəziyyət, habelə ölkə iqtisadiyyatının hərtərəfli inkişafı prinsiplərinə riayət etmək zərurəti nəzərə alınsa, bu qərar çox aktualdır”, - deyən diplomatın fikrincə Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi olduqca məqsədəuyğundur. O, heyvandarlıq məhsulları istehsalı və pambıqçılıq sahəsində ölkələrimiz arasında əməkdaşlığı perspektivli hesab edir.
Müşavir Azərbaycanla Çin arasında ikitərəfli əlaqələrin inkişafı mövzusuna toxunaraq keçən il dekabr ayında Prezident İlham Əliyevin Çin Xalq Respublikasına ikinci dövlət səfərini xatırladıb. “Bu səfər ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verib, əməkdaşlığın daha da inkişaf etməsi üçün təkan olub”, - deyən diplomat onu da qeyd edib ki, keçən ilin noyabr ayında Çində hökumətlərarası komissiyanın iclasında iqtisadiyyat sahəsində əməkdaşlığı nəzərdə tutan 9 sənəd imzalanıb.
Yuy Xunçi hesab edir ki, Azərbaycanla Çin arasında iqtisadiyyatın energetika, alternativ enerji mənbələri, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığın böyük perspektivləri var. Çinli diplomat deyib: “Mən sizin yerli mətbuatı demək olar ki, hər gün izləyirəm. İnamla deyə bilərəm ki, ölkə rəhbərliyi düzgün yoldadır. Əgər qəbul edilmiş strategiya həyata keçirilsə, Azərbaycan iqtisadiyyatı bundan sonra da dinamik inkişaf edəcək”.
Yuy Xunçi Transxəzər nəqliyyat dəhlizinin perspektivləri barədə sualın cavabında deyib: “Yeni İpək Yolu qarşılıqlı əməkdaşlıq yoludur. O, ölkələrimiz arasında əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Çin malların Azərbaycanın ərazisindən keçməklə daşınmasını alqışlayır”.
Görüşdə 2015-ci ildə Çinin işgüzar fəallığının vəziyyəti barədə məlumat təqdim edilib. Bildirilib ki, Çinin istehlak bazarının vəziyyəti əsasən sabit olsa da, müəyyən tərəddüdlərlə müşayiət olunub. Belə ki, bəzi göstəricilər ilin əvvəlində aşağı, ilin sonunda isə yüksək səviyyədə olub. 2015-ci ildə Çində istehlak mallarının pərakəndə satış həcmi 30,1 trilyon yuana çatıb (1 ABŞ dolları 6,522 yuana ekvivalentdir).
Müşavirin sözlərinə görə, 2015-ci il Çində xarici ticarət baxımından qeyri-adi il olub: ölkə çox sərt və mürəkkəb vəziyyətlə üzləşib, inkişafı ləngidən amillərin ciddi təsiri hiss olunub.
Gömrüklə əlaqədar statistik məlumatlara görə, 2015-ci ildə Çində idxalın və ixracın ümumi həcmi əvvəlki ildəkinə nisbətən 7 faiz azalaraq 24,58 trilyon yuana bərabər olub. Diplomat deyib: “Dünya iqtisadiyyatları ilə müqayisədə Çin ən iri ticari tərəfdaş statusunu qoruyub saxlayıb, dünya bazarında Çinin ixrac payı davamlı şəkildə artıb”.
Bazar iqtisadiyyatının inkişaf etməkdə olduğu iri ölkələrlə müqayisədə Çinin ixrac göstəriciləri daha yaxşı olub.
2015-ci ildə Çində xarici investisiyaların həcmi sabit qalıb, xarici kapitaldan istifadə üsulları daha da yaxşılaşıb. Ümumilikdə xarici kapitalın iştirakı ilə 26.575 yeni müəssisə yaradılıb. Bu, əvvəlki ilin müvafiq göstəriciləri ilə müqayisədə 11,8 faiz çoxdur. Faktiki istifadə edilmiş xarici kapitalın həcmi (bank, təhlükəsizlik və sığorta məlumatları nəzərə alınmadan) əvvəlki ilin göstəriciləri ilə müqayisədə 6,4 faiz artaraq 781,35 milyard yuana (126,27 milyard ABŞ dollarına) bərabər olub.
Çinli investorlar tərəfindən 155 ölkədə və regionda 6532 müəssisəyə qoyulmuş qeyri-maliyyə xarakterli birbaşa investisiyaların həcmi 735,08 milyard yuana (118,02 milyard ABŞ dolları) çatıb. Bu, əvvəlki ilin müvafiq göstəriciləri ilə müqayisədə 14,7 faiz artım deməkdir.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45

