Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı nəşr olunub

Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı nəşr olunub

23.12.2015 [10:16]

Xalq yazıçısı Elçin əsərləri Türkiyədə ən çox nəşr olunan müasir dünya yazıçılarından biridir. Onun həm roman, povest və hekayələri, həm də pyesləri qardaş ölkədə dəfələrlə nəşr olunub, bir çox şəhər teatrlarında tamaşaya qoyulub.
AZƏRTAC xəbər verir ki, bu günlərdə Türkiyənin ən nüfuzlu nəşriyyatlardan biri olan “Ötüken” Xalq yazıçısının “Kölgə” adlı yeni kitabını nəşr edib. Kitaba müəllifin məşhur “Bayraqdar” və “Kaşeyin taleyi” povestləri, eləcə də son illərdə yazdığı hekayələri daxil edilib.
Nəşriyyat bu əsərlər haqqında yazır: “Elçin digər hekayə və romanlarında olduğu kimi, insanları yalnız təsvir edildikləri anlarda deyil, onların bütün varlıqlarını göstərməyi bacaran yazıçıdır”.
Kitabda müəllifin geniş bioqrafiyası da verilib.
“Kölgə” Elçinin Türkiyədə nəşr olunan iyirmi dördüncü kitabıdır.

Paylaş:
Baxılıb: 1233 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30