Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Hacıqabulda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Hacıqabulda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

31.01.2025 [22:46]

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov özünüməşğulluq proqramı çərçivəsində Hacıqabul rayon sakinləri - Qarayev Məhəmməd Nuşirəvan oğlu və Mənafova Aynurə Bilal qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, proqram çərçivəsində verilmiş aktivlər hesabına M.Qarayev avtotəmizləmə xidmətləri üzrə, A.Mənafova isə dərzi sexini yarartmaqla kiçik bizneslərini qurublar.

Onlar işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması, habelə kiçik bizneslərini qurmaq üçün göstərilən dəstəyə görə dövlət başçısına təşəkkürlərini ifadə ediblər. Verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.

Qeyd edək ki, ötən dövrdə Hacıqabul rayonunda 1000-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Paylaş:
Baxılıb: 533 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31