Binəqədi rayonunun nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib
08.09.2017 [10:13]
Sentyabrın 6-da Binəqədi rayonunun nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. Binəqədi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin rəhbər heyətinin, M.Ə.Rəsulzadə və Binəqədi rayon bələdiyyələrinin sədrlərinin, rayonda fəaliyyət göstərən bir neçə sahibkarın, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin nümayəndəsinin, həmçinin aprel şəhidləri Fəxrəddin Qurbanlının və Emin Bağırovun valideynlərinin daxil olduğu nümayəndə heyəti səfər çərçivəsində əvvəlcə aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək əklil qoyublar.
Ziyarətdən sonra Cocuq Mərcanlı kəndində yeni inşa olunmuş 96 şagird yerlik məktəbə baş çəkən nümayəndə heyətinin üzvləri burada şagirdlər üçün yaradılmış şəraitlə tanış olublar. Tanışlıq zamanı binəqədili qonaqlar yeni tədris ilində bu məktəbdə təhsil alacaq bütün şagirdlərə məktəbli geyimləri, idman formaları, məktəbin özünə isə idman avadanlıqları, məktəb ləvazimatları, surətçıxarma aparatı və digər hədiyyələr təqdim ediblər. Bundan başqa, nümayəndə heyəti tərəfindən ibtidai hərbi hazırlıq fənni üzrə sinif otağı üçün xüsusi ləvazimatlar və digər zəruri avadanlıqlar təqdim olunub.
Məktəblə tanışlıqdan sonra Binəqədi rayonundan gəlmiş nümayəndə heyətinin üzvləri kənd sakini Oqtay Həziyevin evində olaraq ailə ilə səmimi söhbət ediblər.
Söhbət zamanı bildirilib ki, dövlətimizin başçısının 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncama əsasən Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb.
Eyni zamanda, Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi uğurla davam etdirilir. Tikinti işlərinə 30-a yaxın texnika, 350-dən çox işçi cəlb edilib. Tikinti-bərpa işlərinin ikinci mərhələsində 100 fərdi yaşayış evi, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, inzibati bina, poçt binası və digər zəruri sosial və infrastruktur obyektləri inşa edilir. 17 hektar ərazidə tikilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır.
Artıq 40-dan çox evin dam örtüyü vurulub, digər evlərin və ictimai binaların hörgü işləri başa çatıb. 110 metr dərinlikdə subartezian quyusu qazılıb, yol-küçə şəbəkəsinə qum-çınqıl tökülüb. Daxili içməli su təchizatında 1000 metr boru çəkilib. Hazırda daxili və xarici suvaq işləri və qəsəbədaxili su çəkilişi davam edir.
Qəsəbədə hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılacaq. 1,75 hektarda yaşıllıqlar salınacaq, yollar, səkilər və arxlar çəkiləcək. Qəsəbə elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin ediləcək.
Görüşün sonunda Oqtay Həziyevin ailəsinə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilib.
Səfər çərçivəsində nümayəndə heyəti Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində inşa edilmiş məscidlə də yaxından tanış olublar. Məlumat üçün bildirək ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb.
Bu məscidin inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək. Məscidin tikilməsi həmçinin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dəyərli töhfədir. Ziyarət zamanı məscidə “Qurani-Kərim”in elektron versiyası hədiyyə edilib.
Səfərin sonunda nümayəndə heyəti Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilən cinayət nəticəsində həlak olmuş Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyevanın məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər.
Yeni tədris ili ərəfəsində Binəqədi rayonunun nümayəndə heyətinin Cocuq Mərcanlıya səfəri xoş təəssüratlarla yekunlaşıb.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

