Nikah müqaviləsi: tərəfləri qorxudan nədir?
26.04.2023 [11:55]
Qönçə QULİYEVA
Son illər boşanmalar zamanı münaqişələri gücləndirən məqamlardan biri də tərəflər arasında əmlakın bölünməsi məsələsidir. Statistika göstərir ki, ölkəmizdə yeni ailə quranların bir çoxu nikah müqaviləsinin imzalanmasında maraqlıdır. Bu, bir növ ailə həyatı quran cütlüklər arasında müsbət bir tendensiyaya çevrilib.
Ümumiyyətlə, Azərbaycanda boşanmalar müxtəlif səbəblərdən baş verir. Boşanma zamanı tərəflər arasında əmlak bölgüsü və aliment tutulması ilə əlaqədar gərginlik yaranır. Hətta bəzən bu cür problemlər tərəfləri düşmənə çevirir. Bu zaman isə köməyə tərəflər arasında əvvəlcədən bağlanılmış nikah müqaviləsi çatır.
Azərbaycandan fərqli olaraq, dünya təcrübəsində nikah müqaviləsinin imzalanması artıq uzun müddətdir digər hüquqi prosedurlar kimi mütləq yerinə yetirilir. Məsələn, Avropada nikah müqavilələrinin bağlanması qeyri-adi hal kimi qarşılanmır və problemlərin həll edilməsində mühüm rol oynayır. Nikah müqaviləsi ər və arvadın yalnız əmlak hüquqlarını və vəzifələrini tənzimləyən sazişdir.
Fərqli yanaşmalar
Azərbaycan mentalitetində isə boşanmağa yanaşma Qərbdən bir xeyli fərqlənir. Hətta bəziləri nikah müqaviləsinin olmasını sırf hansısa maddi maraqlarına görə istəyirlər. Tərəflərdən birinin bu təklifi etməsi bir çox hallarda böyük narazılıqlar da doğurur. Lakin nikah müqaviləsi cütlüklərin bir-birindən boşanmaq istəyinin göstəricisi deyil. Qərbdə bağlanmış nikah müqaviləsi gələcəkdə yarana biləcək mübahisələri minimuma endirir. Bu baxımdan Qərbdə boşanmalar zamanı keçmiş ər və arvad sonradan bir-birinin düşməninə çevrilmir. Çünki onlar nikah müqaviləsinin mahiyyətini tam dərk edirlər.
Qanuna görə...
Bu müqavilə evliliyin istənilən dönəmində notarial qaydada təsdiqlənərək bağlana bilər. Qanuna görə, şəxsi və qeyri-əmlak məsələləri nikah müqaviləsində qeyd edilə bilməz. Eyni zamanda, bağlanmış nikah müqaviləsinə istənilən zaman dəyişiklik etmək mümkündür. Bundan başqa, ər və arvadın gələcəkdə əldə etdikləri əmlakın bölüşdürülməsi ilə bağlı da müqavilədə qeyd etmək olar.
Mövzu ilə bağlı suallarımızı cavablandıran hüquq müdafiəçisi Səadət Bənənyarlı “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, boşanmalarda ən əsas mübahisə doğuran mülkiyyət və aliment məsələləridir. Onun fikrincə, bu mübahisələrin qarşısını almaq üçün ən effektiv yol nikah müqavilələrinin bağlanmağıdır. Hüquq müdafiəçisi uzun illər bundan öncə evlənən cütlüklər arasında cehiz siyahısının hazırlandığını da xatırladaraq qeyd edib ki, həmin dövr üçün bu, bir növ nikah müqaviləsi rolunu oynayırdı: “Nikah müqavilələri Azərbaycan qanunvericiliyində tövsiyyə xarakteri daşıyır. Nikah müqavilələri problemlərin həll edilməsində mühüm rola malikdir. Bu müqavilədə tərəflər öz ailə münasibətlərinə şübhə gətirməməlidirlər. Bu, sadəcə nikahın daha da möhkəmlənməsi üçün bir vasitədir. Çünki əvvəldən tərəflər öz hüquqlarını bilirlər. Birgə əmlakın bölünməsi haqqında məlumatlı olurlar”.
Beynəlxalq təcrübə nə deyir?
Bəzi xarici ölkələrin qanunvericiliyində boşanma haqqında mövcud olan maddələr barədə ətraflı məlumat verən vəkil Turan Abdullazadə isə bildirib ki, məsələn, qardaş ölkədə xəyanətə görə mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət edərək təzminat almaq mümkündür: “Türkiyə qanunvericiliyinə əsasən, nikahın pozulması barədə məhkəməyə müraciət edərkən xəyanət olunan tərəf xəyanət edən tərəfdən kompensasiya tələb edə bilər. Lakin Azərbaycan qanunvericiliyi ilə bu, mümkün deyil. Azərbaycan Ailə və Mülki Məcəllələrində konkret olaraq bu halı tənzimləyən norma yoxdur. Məhkəmələrdə boşanmalar zamanı xəyanətin motivi nəzərə alınmır və boşanmalar zamanı mənəvi zərər məsələsinə baxılmır. Çünki bu, qanuna görə mümkün deyil”.
Xəyanətin məsuliyyəti
Vəkil deyir ki, Ailə Məcəlləsində nəzərdə tutulsa da, tərəflər aralarında rəsmi qaydada nikah müqaviləsi bağlamırlar: “Ailə Məcəlləsinin 38.1. maddəsinə əsasən nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər”.
T.Abdullazadə nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmədiyini də diqqətə çatdırıb: “Nikah müqaviləsi dünyanın bir sıra ölkələrində tətbiq olunur. Nikah müqaviləsində belə bir şərt qoyula bilər ki, xəyanətlə üzləşən tərəf digər tərəfdən müəyyən miqdarda kompensasiya tələb edə bilər. Kompensasiyanın məbləğini tərəflər özləri azad iradə ifadəsinə əsasən müəyyən edə bilər. Ailə Məcəlləsində nikah müqaviləsi nəzərdə tutulsa da, praktiki olaraq tətbiq olunmur və tərəflər aralarında belə müqavilənin bağlanmasından çəkinirlər. Təbii ki, burada milli mentalitet, adət ənənələr, ictimai qınaq, qarşılıqlı etimadın qırılması, inamsızlıq yaranması və sair faktorlar var. Xüsusən də kişilər belə bir müqavilənin bağlanmasından çəkinirlər ki, gələcəkdə xəyanət hadisəsi baş verərsə qadınlar onlara qarşı alimentdən başqa əlavə olaraq mənəvi ziyana görə də kompensasiya tələb edərlər. Güman ki, gələcəkdə Azərbaycanda da, digər ölkələrdə olduğu kimi, qanunvericiliyə dəyişiklik edilərək məsuliyyət nəzərdə tutan müvafiq normalar qəbul ediləcək. Bu da ona görə lazımdır ki, xəyanət halları azalsın və xəyanətlə üzləşərək mənəvi zərər çəkmiş tərəfin hüquqları kobud şəkildə pozulmasın. Bəzi ölkələrdə xəyanət cinayət və inzibati məsuliyyətə səbəb olur. Bəzi ölkələrdə isə xəyanətə görə hətta ölüm cəzası da nəzərdə tutulub. Azərbaycan qanunvericiliyinə görə isə ər-arvadın xəyanəti cinayət və inzibati məsuliyyətə səbəb olmur. Xəyanətə görə mənəvi zərərin sübut olunması isə olduqca qəliz, hətta demək olar ki, mümkünsüz məsələdir. Bu sahədə ölkəmizdə müsbət yönümlü vahid məhkəmə praktikası formalaşmayıb”.
Xəbər lenti
Hamısına baxAnalitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51

