Heydər Əliyev siyasəti Azərbaycanın inkişafının əsasını təşkil edir
11.12.2012 [00:46]
YAP Nəsimi rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra böyük şəxsiyyət Heydər Əliyevin gənclər siyasətinə həsr olunmuş film nümayiş etdirilib.
Anım mərasimində YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək Ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. M.İbrahımqızı bildirib ki, Azərbaycanın inkişaf və tərəqqisi məhz Ümummilli liderimizin adı ilə bağlıdır: “Azərbaycanın inkişafı böyük vüsət alıb. Bu inkişafın əsas səbəblərindən biri dövlətimizin müstəqil siyasət həyata keçirməsidir”.
M.İbrahimqızı bildirib ki, geostrateji məkanda yerləşən Azərbaycan inkişafımızı istəməyən xarici qüvvələrin cəhdlərinə baxmayaraq öz yolu ilə inamla irəliləyir. Onun sözlərinə görə, bu qətiyyətli siyasət dövlətimizin beynəlxalq müstəvidə nüfuzunu daha da artırır. “Azərbaycanın inkişaf strategiyasının müəllifi Ulu öndər Heydər Əliyevdir. Bu gün Prezident İlham Əliyev bu strategiyanı uğurla həyata keçirir. Artıq başa çatmaqda olan 2012-ci ildə ölkəmiz bir çox uğurlar qazanıb. Hesab edirəm ki, növbəti ildə nailiyyətlərimiz daha da artacaq. Bütün uğurlarımızın əsasında Heydər Əliyev siyasətinin təntənəsi dayanır” - deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib. M.İbrahimqızı Ulu öndərimizin Azərbaycan gənclərinə olan diqqət və qayğısından da ətraflı bəhs edib.
YAP Nəsimi rayon təşkilatın İdarə Heyətinin üzvü, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxışında bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin ölməz ideyaları daim Azərbaycanın inkişafına xidmət edəcək. N.Məhəməliyev gənclərə Ulu öndərimizin zəngin irsini dərindən öyrənməyi tövsiyə edib.
Daha sonra tədbirdə rayon təşkilatı Gənclər Birliynin idarə heyətinin üzvləri Könül Yaqubova, Səidə Abdullayeva və təşkilatın təlimatçısı Abbas Pənahov çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqnının qəlbində əbədi abidə ucaltdığını vurğulayıblar. Qeyd olunub ki, məhz Heydər Əliyev siyasəti Azərbaycanın inkişafının əsasını təşkil edir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

