/ / İran Prezidenti: Azərbaycanın Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq
İran Prezidenti: Azərbaycanın Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq
30.04.2025 [10:59]
Bakı-Tehran əlaqələri yeni formatda...
Müasir Azərbaycanın əldə etdiyi inkişaf tempi, formalaşdırdığı siyasi reallıqlar ölkəmizin yerləşdiyi regionun lider dövlətinə çevrilməsi ilə yanaşı, beynəlxalq aləmdə yaxın tərəfdaş qismində qəbul olunmasında əsaslı rol oynayıb. Bu gün Azərbaycan dünyanın aparıcı dövlətləri, o cümlədən beynəlxalq təşkilatlar ilə ikitərəfli əlaqələrə malikdir. Bu əlaqələr isə dünyanın çoxsaylı dövlətlərinin ölkəmizə olan iqtisadi marağının artmasına imkan yaradır. Azərbaycan bu gün nəinki regionun, dünyanın siyasi cəhətdən ən sabit ölkələrindən biri sayılır. Eyni zamanda, Azərbaycan dövləti hər zaman yaxın qonşuluq münasibətlərinə üstünlük verir. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan təcavüzkar Ermənistanı çıxmaq şərtilə dövlətimiz bütün qonşuları ilə yaxın iqtisadi-siyasi münasibətlərə malikdir. Bu gün məhz Azərbaycanın iştirakı və təşəbbüsü ilə bir neçə istiqamətdə regional və qlobal layihələr icra olunur, dövlətlərarası əlaqələr qurulur, genişləndirilir.
Geniş, əhatəli və daha yaxşı strateji plan
Vurğulandığı kimi, ölkəmizin yürütdüyü dövlət siyasətində qonşu ölkələrlə əlaqələrin inkişafı xüsusi yer tutur. Azərbaycan hər zaman öz qonşuları ilə əlaqələrin möhkəmləndirməsi, daha da yaxınlaşdırılması istiqamətində fəaliyyət göstərir. Yerləşdiyimiz Cənubi Qafqaz regionu geosiyasi baxımdan strateji əhəmiyyət daşıdığı üçün region ölkələrinin yaxın qonşuluq münasibətləri zəminində əməkdaşlığına hər zaman böyük ehtiyac duyulub. Bu amil həm də həyati əhəmiyyət kəsb etməkdədir. Xüsusilə, yeni siyasi-iqtisadi reallıqlar regonal əməkdaşlığın inkişafına böyük töhfələr verir. Dünya ölkələri ilə müsbət tərəfdaşlıq münasibətlərinin inkişafına hər zaman önəm verən Azərbaycan regionda planlaşdırılan layihələrdə qonşu dövlətlərin iştirakında maraqlı olduğunu önə çəkir. Bu mənada, İran İslam Respublikasının da Azərbaycanla əlaqələrinin daha da yüksəldilməsi istiqamətində aparılan siyasət əhəmiyyət kəsb edir. Yeni dövr üçün isə əlaqələrin yeni mərhələdə inkişafına ehtiyac duyulur - yeni çağırışlara, bölgənin yeni statusuna və iqtisadi potensialına uyğun münasibətlər sisteminin qurulması hər iki ölkə üçün olduqca böyük dividendlər vəd edir. İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Bakıya rəsmi səfəri çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik “Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”.
Öz növbəsində İran Prezidenti də bildirib ki, əldə edilmiş razılaşmalara, imzalanmış sənədlərə əsasən, Prezident İlham Əliyev müəyyən müddət çərçivəsində gələcək üçün strateji planın hazırlanması haqqında müvafiq nazirlərə, məsul şəxslərə göstəriş verib: “Biz də öz tərəfimizdən xarici işlər nazirinə tapşırıq verdik ki, hökumətlə razılaşdırıb, bu addımları davam etdirsin. Çalışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun”.
Gələcək birgə əməkdaşlıq çərçivələri
Azərbaycan qlobal məkanın gənc, amma qətiyyəti, birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq əlaqələrin, münasibətlərin beynəlxalq hüquqa əsaslanan prisiplər üzərində qurulmasını təşviq edir. Bu mənada, Azərbaycana xas olan çoxtərəflilik konseptual olaraq fərdi maraqları deyil, ümumən regional, hətta qlobal maraqları, dəyərləri qorumağı özündə ehtiva edir -Azərbaycan öz xarici siyasətini konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən xətt üzrə yürüdür.
Paralel olaraq müasir qlobal çağırışları əsas götürən, beynəlxalq təşkilatlarda aktiv mövqe tutan ölkəmizin apardığı çoxvektorlu xarici siyasət kursu yerləşdiyi geocoğrafi məkanın sabit inkişafına hədəflənir. Azərbaycan Cənubi Qafqaz da daxil olmaqla hətta sərhəddindən kənarda yerləşən ölkələr üçün də sabitləşdirici faktor kimi çıxış edir. İran ilə münasibətlərə də eyni kontekstdən yanaşa bilərik - Azərbaycan ənənəvi olaraq rəsmi Tehranı beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyir. Prezident İlham Əliyev öz çıxışında bildirib ki, biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi: “İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Biz bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, - bu barədə fikir mübadiləsi aparılmışdır, - eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var”.
İkitərəfli münasibətlərdə mühüm prinsiplər...
Bölgənin təhlükəsiz inkişafı üçün isə ən əsas amil sülh və sabitlikdir. 2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror tədbirləri nəticəsində Azərabycan regionda yeni bir mühit - əməkdaşlıqların inkişafı üçün münbit mühit yaradıb. Bu, həm regional, həm də ikitərəfli münasibətlərin inkişafı üçün zəmindir. Hər bir dövlət üçün Azərbaycanın beynəlxalq hüquqa yanaşma metodologiyası isə nümunəyə çevrilməlidir - biz, istər əməkdaşlığı, istərsə də ikitərəli əlaqələri bərabərsəviyyəli, bərabərhüquqlu əsaslarla inkişaf etdiririk. Dövlətlərin apardıqları daxili siyasətə qarışmırıq, suverenlik və ya ərazi bütövlüyü ilə bağlı məsələlərə beynəlxalq hüquq prizmasından baxış sərgiləyirik. Prezident İlham Əliyev deyib ki, ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu.
Prezident Məsud Pezeşkian da vurğulayıb ki, bütün sahələrdə əməkdaşlıq edə bilərik. Elə bir bölgə yarada, ölkələr arasında elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun.
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir...
Etiraf edilməlidir ki, post-müharibə dövründə bəzi iranlı diplomatların Qarabağla, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikirləri Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Bəzi hallarda fərqli ünvanlardan səslənən fikirlərdə hətta fərqli tonlar belə hiss olunub - amma artıq situasiya dəyişib. İran dövləti rəsmi şəkildə Azərbaycanın apardığı haqq işini dəstəklədiyini bəyan edir. Prezident İlham Əliyevin İranın dövlət başçısı ilə geniş tərkibdə görüşü zamanı Məsud Pezeşkian bildirib ki, Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq: “Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35

