"Yeni Azərbaycan Partiyası - 2008" kitabı çapdan çıxıb
31.03.2009 [16:21]
“Yeni Azərbaycan Partiyası - 2008” kitabı çapdan çıxıb. Qeyd edək ki, ənənəvi olaraq hər il nəşr olunan kitabda partiya fəaliyyətinin müxtəlif sahələri işıqlandırılır və geniş oxucu kütləsi bu istiqamətdə məlumatlandırılır. Kitab, həm də siyasi maarifçilik sferasında həyata keçirilən mühüm layihələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin inauqurasiya mərasimində və ötən ilin avqust ayının 2-də keçirilmiş YAP-ın IV Qurultayında söylədiyi proqram xarakterli nitqlərinin də daxil edildiyi kitabda, eyni zamanda, 2008-ci ildə Azərbaycanda baş vermiş hadisələr, o cümlədən, prezident seçkiləri və bu seçkilərdə partiyanın namizədinin əldə etdiyi parlaq qələbə haqqında ətraflı məlumat verilir.
ötən ilin Azərbaycan dövləti üçün böyük uğurlarla yadda qaldığı vurğulanan kitabda qeyd olunur ki, 2008-ci il Azərbaycanın müasir tarixinə istər daxili və xarici siyasət, istərsə də sosial-iqtisadi islahatlar baxımından, böyük nailiyyətlər mərhələsi kimi daxil olub, bütün göstəricilərə görə, onun regionda lider dövlət olaraq mövqeləri daha da möhkəmlənib. Azərbaycanın ictimai-siyasi həyatında irəliləyişlər əldə olunub, insan hüquq və azadlıqlarına əsaslanan vətəndaş cəmiyyətinin zəruri atributlarının formalaşması prosesi sürətlənib: “2008-ci ildə iqtisadiyyatda müşahidə olunan müsbət meyilləri möhkəmləndirmək və daha da inkişaf etdirmək, sosial sahədə qarşıda duran problemlərin həllini sürətləndirmək məqsədilə qəbul olunmuş “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı” uğurla həyata keçirilib”.
Qeyd olunur ki, ölkəmizdə əldə olunmuş böyük uğurların təməlində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi dayanır.
2008-ci ildə Yeni Azərbaycan Partiyasının həyatında cərəyan edən müsbət hadisələr, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə ildən-ilə yüksələn nüfuzu və genişlənən beynəlxalq əlaqələri haqqında da ətraflı məlumat verildiyi kitabda bildirilir ki, haqqında danışdığımız dövrdə hakim partiyanın cəmiyyətdə rolu artıb, təsir dairəsi genişlənib. ötən ilin iyun ayının 12-də YAP-ın 450 mininci üzvünə partiya üzvlük vəsiqəsinin verildiyi xatırlanır və əlavə olunur ki, hazırda partiya üzvlərinin ümumi sayı 470 mindən artıqdır. ötən il gerçəkləşmiş partiyanın IV qurultayı haqqında da geniş məlumat verilir və qeyd olunur ki, bu qurultay yeni mərhələdə partiyanın qarşısında duran vəzifələri və prioritet istiqamətləri müəyyənləşdirib, gələcək fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul edib. Bu bölmədə hakim partiyanın ötən ilin sonlarında Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi təklifi ilə çıxış etdiyi xatırlanır və Yeni Azərbaycan Partiyasının bu təklifinin Azərbaycan vətəndaşları tərəfindən dəstəkləndiyi xüsusi vurğulanır. Bu dövr ərzində partiyanın beynəlxalq əlaqələrinin də genişləndiyi söylənilir, əlavə olunur ki, müxtəlif ölkələrin partiyaları və demokratik təsisatları ilə qarşılıqlı, ikitərəfli əlaqələrin yaradılması partiya fəaliyyətində artıq ənənəyə çevrilib.
Həmçinin, kitabda yer alan əlavə doqquz bölmədə ölkəmizin 2008-ci ildə əldə etdiyi nailiyyətlər, YAP-ın IV Qurultayı və onun qəbul etdiyi qərarlar, 15 oktyabr prezident seçkilərində partiyanın həyata keçirdiyi uğurlu seçki kampaniyası, ümummilli lider Heydər Əliyevin 85 illik yubiley təntənələri çərçivəsində keçirilmiş tədbirlər, o cümlədən, “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda beynəlxalq konfrans, partiyanın Gənclər Birliyi və ictimaiyyətlə əlaqələri haqqında geniş və hərtərəfli məlumatlar əksini tapıb. Kitabda çoxlu sayda maraqlı şəkil və qrafiklərdən də istifadə olunub.
AQŞİN
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35

