Dialoqun və həmrəylik mühitinin təşviqi
23.05.2024 [10:10]
Siyasi partiyalarla birgə görüşlərin təşkili ictimai münasibətlərin daha yüksək inkişafına yol açır
Ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya dialoq mühitinin inkişafına mühüm töhfələr verməkdədir. Fərqli siyasi baxışlara malik təşkilatların milli maraqlara söykənən məsələlərdə vahid mövqedən çıxış etməsi olduqca mühüm mənzərə formalaşdırır - xüsusilə, İkinci Qarabağ müharibəsi dövründə Ali Baş Komandanın ətrafında birlik nümayiş etdirərək siyasi həmrəylik nümunəsinin ortaya qoyulması Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğu prosesində əldə etdiyi mühüm nailiyyətin göstəricisi sayıla bilər.
Bu proses uğurla davam edir və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin təşkilatçılığı ilə baş tutan müzakirələr siyasi həmrəyliyin gücləndirilməsi istiqamətində əsaslı addımlar kimi dəyərləndirilir. Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da təşkil edilən görüş bu mənada, mühüm əhəmiyət daşıyır. Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib, bu istiqamətdə indiyədək görülmüş çoxsaylı işlər barədə ətraflı məlumat verib. Şöbə müdiri siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. Ə.Vəliyev sağlam əməkdaşlığın, milli həmrəyliyin sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdən olduğunu diqqətə çatdırıb. Tədbirdə iştirak edən siyasi partiyaların nümayəndələri müzakirə edilən mövzularla bağlı fikirlərini bölüşüblər.
Razi Nurullayev: Milli birliyimizin daha da inkişaf etdirilməsi zərurətdir
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirib. O vurğulayıb ki, konfrans siyasi partiyaların işlərini düzgün qurması, qanunvericiliyin tələblərinə əməl etməsi və cəmiyyətdə siyasi mədəniyyətin daha da dərinləşməsi baxımından əhəmiyyətlidir: “Müzkirələr əsasən “Siyasi partiyalar haqqında” Qanunun tətbiqi ilə bağlı mövzu ətrafında inkişaıf etsə də, çıxış edən siyasi təşkilat rəhbərləri digər məsələlərlə bağlı da fikir mübadiləsi aparmaq imkanı əldə etdilər. Tədbirdəki çıxışımda bildirdim ki, yeni qanunun tətbiqi siyasi partiyaların qeydiyyat prosedurlarını xeyli məqamlar üzrə beynəlxalq standartlara uyğunlşadırıb. Siyasi partiya yaratmaq istəyən qurucuları daha məsuliyyətli olmağa çağırır və sosial baza olmadan siyasi təşkilat qurmaqdan çəkindirir. Bu, doğru yanaşmadır. Məncə, bu qanun dövlətçiliyə söykənən yeni siyasi təşəbbüslərin qarşısını alacaq məhdudiyyətlərin aradan qaldırılmasına və vətəndaşların daha aktiv siyasi iştiraka təşviq olunmasına xidmət edir”.
Millət vəkili bildirib ki, rəhbərlik etdiyi Milli Cəbhə Partiyası hər zaman milli birlik çağırışlarına, siyasi dialoq mühitinin daha da inkişaf etdirilməsinə, cəmiyyətdə siyasi mədəniyyətin daha geniş şəkildə möhkəmləndirilməsinə və mövcud problem və narahatlıqların qarşılıqlı hörmət və dialoq şəraitində həllinə sadiqliyini bəyan edir. “Çünki həm də siyasi və milli birlik vətən savaşında vacib rol oynadı və xarici düşmənləri məyus etdi”. Milli birliyimizin daha da inkişaf etdirilməsi zərurətdir. Bununla bağlı siyasi iradə mövcuddur. Eyni zamanda, Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin uğurlu fəaliyyəti dialoq mühitinin inkişafına yol açır. Bu gün siyasi partiyaların arasındakı əlaqələr daha da möhkəmlənir və sağlam hal alır”, -deyə R.Nurullayev əlavə edib.
Fərəc Quliyev: Tədbir ölkəmizdəki siyasi dialoqun növbəti mərhələsidir
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də keçirilən dəyirmi masanı ölkəmizdəki siyasi dialoqun növbəti mərhələsi kimi dəyərləndirib. Əsas müzakirə predmetinin “Siyasi partiyalar haqqında” qanun olduğunu söyləyən F.Quliyev müzakirələr zamanı bu və ya digər şəkildə başqa məsələlərə də toxunulduğunu önə çəkib: “Bu onu göstərir ki, Azərbaycan iqtidarı və müxalifəti ayrı-ayrı problematik məsələlərin müzakirəsi ilə bağlı bir masa arxasında oturmaq imkanına malikdir. Vurğulayım ki, ölkəmizdəki siyasi palitranı dəyirmi masa arxasında yığmaq asan iş deyildi. Cənab Prezidentin müvafiq Sərəncamı ilə yaradılmış Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi yarandığı gündən yüksək səviyyəli fəaliyyəti ilə yadda qalıb. Şöbənin aparıcı və peşəkar kadrlarla təmin edilməsi nəticəsində siyasi partiyalar arasında müzakirə imkanları daha da gücləndi. Azərbaycanın müstəqilliyini, inişafını, suverenliyini və rifahını düşünən partiyalar bir araya gəldi: “Mən tədbirdəki çıxışımda da bildirdim ki, Azərbaycandakı bəzi partiyalar bir vaxtlar xarici ölkələrdəki ayrı-ayrı qüvvələrlə əməkdaşlıq edirdilər, müqavilələr bağlayırdılar. Amma öz ölkələrindəki təşkilatlarla əməkdaşlıq etmirlər, bundan imtina edirlər. Bu ziddiyyətdir və cəmiyyətdə ikrahla qarşılanır”.
F.Quliyev deyib ki, dialoq mühitininin davamlı hal alması vacib məsələdir. “Tədbirdəki çıxışında Ədalət Vəliyev də bildirdi ki, qarşıdakı dövrdə ən müxtəlif mövzuların müzakirəsinə həsr olunan tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu onu göstərir ki, iqtidar-müxalifət görüşləri artıq daha effektiv məcraya yönəlir. Artıq iqtidarla müxalifət ayrı-ayrı məsələləri birgə araşdırmaq imkanı qazanır. Hər kəs qəbul edir ki, əgər ortada həllini gözləyən problem varsa, bu nə iqtidarın, nə də müxalifətin problemidir - bu, Azərbaycanın problemidir və onun həlli üçün hər kəs əlindən gələni etməlidir. Tədbir çox möhtəşəm səviyyədə təşkil edilmişdi. Müxtəlif orqanların nümayəndələrinin iştirakı müzakirələrə xüsusilə əhəmiyyətli idi”, - deyə MDHP sədri bildirib.
Elxan Şükürlü: Azərbaycanın müstəqillik tarixində növbəti ilkə imza atıldı
Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü isə qeyd edib ki, 2019-cu ildə yaradıldığı vaxtdan etibarən ölkədə milli və siyasi həmrəyliyin gücləndirilməsi istiqamətində sistemli fəaliyyət göstərən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi bu tədbiri keçirlməklə Azərbaycanın müstəqillik tarixində növbəti ilkə imza atıb. O vurğulayıb ki, mayın 16-da dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyalarla bir neçə dövlət qurumunun təmsilçilərinin birgə görüşündə sərbəst müzakirə mühiti yaradılmışdı: “Tədbir “Siyasi partiyalar haqqında” qanunun tətbiqində ortaya çıxan məsələlərin müzakirəsi ilə bağlı təşkil edilmişdi. Çıxış edən partiya təmsilçiləri yüksək ədəb və əxlaq çərçivəsində həm iqtidar-müxalifət münasibətləri, həm də ölkənin siyasi gələcəyini birgə inşa etmək yolları barədə kifayət qədər aydın və dolğun, əhatəli, əsaslandırılmış təkliflər, mövqelər səsləndirdilər. Bu çox sevindirici bir durumdur. Vaxt var idi, Azərbaycandakı partiyaları yalnız xarici ölkə səfirlikləri bir araya toplayır, onlar müəyyənləşdirirdilər ki, bu ölkədə kim müxalifətdir, kim yox; hansı problemlərə hansı baxış, mövqe hakim olmalıdır. Artıq bu rüsvayçı dönəm arxada qalıb və indi biz özümüz öz dövlətimizin təşkilatçılığı ilə öz dövlətimizin - evimizin problemlərini eyni masa arxasında rahatca əyləşib, birlikdə və yüksək siyasi mədəniyyət çərçivəsində müzakirə edirik”.
E.Şükürlü deyib ki, tədbirin gedişi olduqca maraqlı nüanslarla yadda qaldı. “Mənim diqqətimi xüsusilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri professor Ədalət Vəliyevin həm giriş nitqi, həm də tədbirin sonunda partiya sədrlərinin təkliflərinə cavab reaksiyasında olduqca açıq, səmimi, dərin məzmunlu və cəsarətli fikirləri çəkdi. Azərbaycandakı partiyaların real siyasi mənzərəsini konkret faktlarla, rəqəmlərlə ortaya qoyan, yaxşı bir statistika təqdim edən və ölkədə milli birlik yaradılması təşəbbüsünün Prezident İlham Əliyev tərəfindən irəli sürüldüyünü deyən Ədalət müəllimin çıxışından o da aydın oldu ki, 44 günlük Qarabağ savaşı dönəmində siyasi partiyaların vahid mövqe göstərərək, hakimiyyəti müdafiə etməsi ən çox Qərb ölkələrinin Bakıdakı səfirliklərini narahat edib. 2020-ci ilin 44 günlük Vətən Savaşı və 200 illik erməni separatizminin kökünü torpaqlarımızdan birdəfəlik kəsdiyimiz 2023-cü ilin antiterror əməliyyatları bir daha o gerçəyi ortaya qoydu ki, biz yalnız birlikdə güclü, yenilməz və qalibik”, - deyə E.Şükürlü söyləyib.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

