Müstəqil siyasi xəttimiz milli mənafeyə əsaslanır
12.02.2025 [09:58]
Rusiya “xor”unun anti-Azərbaycan “solistləri” nədən narahatdırlar?
Azərbaycan bölgədə daim əməkdaşlıqda maraqlı olan, dinc və yaxın qonşuluq siyasətinə üstünlük verən dövlət kimi tanınıb. Dövlətimiz beynəlxalq hüquq və milli maraqlar müstəvisində xüsusilə həmsərhəd ölkələrlə əlaqələrin inkişafında maraqlıdır - biz bərabərtərəfli, hüquqi standarta uyğun və mənafeyimiz çərçivəsində münasibətlərin inkişafı üçün hər zaman əlimizdən gələni etmişik. Qonşu ölkələrə ən çətin anlarında yardım edən, ən kritik məqamlarda dayaq olan Azərbaycan eyni münasibəti tələb etməkdə haqlıdır - biz, ölkəmizə olan isti münasibəti yüksək dəyərləndirdiyimiz kimi, xalqımıza, dövlətimizə qarşı işlədilən hər hansı bir səhv sözün də hesabını tələb etməyi bacarırıq.
Valuyev “arzuolunmaz” elan olundu...
Son günlərdə müzakirə predmeti olan Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin hədyan və qeyri-etik sözləri də cavabsız qalmadı. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katabi Ayxan Hacızadə bildirib ki, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsi sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir. Ayxan Hacızadə Azərbaycan əleyhinə fikirləri və ona qarşı atılacaq addımlar ilə bağlı yerli medianın sualına cavabında söyləyib ki, qeyd edilən deputatın ölkəmiz əleyhinə fikirləri ilə bağlı onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və onun ölkəmizə girişinə qadağa qoyulub: “Ümumilikdə bildirmək istərdik ki, bu, Rusiya Dövlət Dumasının deputatlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi üzrə ilk hal deyil. Məsələn, bundan əvvəl, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsi sədrinin müavini Vitali Milonov da Azərbaycanda “arzuolunmaz şəxs” kimi müvafiq siyahıya daxil edilib. Təəssüflə bildirmək istərdik ki, ölkəmizə qarşı fəaliyyət göstərən bütün bu deputatlar məhz Rusiyanın hakim partiyası olan “Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının üzvləridir”.
O bildirib ki, ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı fəaliyyət göstərən bu kimi şəxslərə qarşı ölkəmizin qanunvericiliyi çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaq”.
Həzm edə bilmirlər...
Bəli, görünən dağa bələdçi lazım deyil. Heç bir siyasi hazırlığı olmayan, siyasi etiket anlayışından uzaq Valuyevin ölkəmizə qarşı işlətdiyi sözlər bumeranq effekti verir. Əslində zaman-zaman Rusiya Dövlət Dumasından Azərbaycanın əleyhinə “səslər” eşidilir - xüsusilə, II Qarabağ müharibəsində əldə edilən qələbə erməni yandaşı olan belələrinin narahatlığını daha da artırmışdı. Bu şəxslər Azərbaycanın bölgədə güclənməsini, yeni siyasi-iqtisadi reallıqlar formalaşdırmasını həzm edə bilmir. Hələ də “sovet nomenklaturası” yuxusu görən belələri bölgədə hansısa bir dövlətin müstəqil siyasi xəttə malik olmasını və ya haqsız, məsuliyyətsiz, cinayət tərkibi daşıyan davranışların hesabının istənilməsini özlərinə “sığışdıra bilmirlər”. Onlar münasibətlər formatını düzgün qavraya bilmirlər - Azərbaycanın regionda və beynəlxalq miqyasda qazandığı yer, nüfuz, irəli sürdüyü təşəbbüslərin miqyası belələri üçün ən yaxşı cavabdır.
Valuyev kimiləri anlamalıdır ki, Azərbaycan ona qarşı istənilən mənfi fikrə və ya addıma anında reaksiya verən bir dövlətdir - bu, bir daha bizim müstəqil xəttə malik olduğumuzu və öz mənafeyimizi qorumağı bacardığımızı sübut edir.
Əsl “ağrı” nədir?
Valuyev kimiləri isə Rusiyada, hətta Dövlət Dumasında az deyil - bu gün anti-Azərbaycan xoruna diqqət yetirdikdə bütün həqiqətlər üzə çıxır. Erməni yandaşlığı işə yaramayanlar fürsət axtarırı ki, Azərbaycana qarşı olan xora qoşulsunlar. Bu dəfə də “ənənə” pozulmadı. Erməni təəssübkeşləri kimi tanınanlar yenə də “iş başındadırlar”. Dumanın ermənipərəst üzvü Zatulin Bakıda “Rus evi”nin bağlanmasından danışarkən isə ironik sözlər işlədib. Artıq çoxlu mürəkkəb sərf olunub, sözlər deyilib ki, Azərbaycan bizim demək olar, ən sadiq müttəfiqimizdir. Xüsusilə Ermənistanda baş verənlər fonunda. Amma biz reallıqla, onların bizə münasibəti ilə üzləşdik. Bütün bunlar guya bizim vurduğumuz təyyarə məsələsi fonunda baş verir. Rusiya prezidenti üzr istəyib, rusiyalılar da həlak olub. Rusiyanı şeytanlaşdırmaq istəyi isə Ukrayna dronlarının hücumu zamanı baş verənlərlə bağlıdır. Hamıya aydındır ki, bu, istənilən halda hava təhlükəsi səbəbindən baş verib”, - Zatulin bildirib.
Ardınca deyib: “Əminəm ki, biz həlak olanların ailələrinə kömək edirik, istintaq nə baş verdiyini göstərəcək. Amma indi belə görünür, Azərbaycan Qərbdəki və Türkiyədəki dostlarına nə qədər prinsipial olduğunu göstərmək istəyir. Düşünmürəm ki, bu, ağıllı siyasətdir, Azərbaycan Rusiyadan heç yerə getməyəcək. Sabah onlar yenə öz ehtiyacları ilə bağlı bizə müraciət edəcəklər”. Zatulin deyib ki, Azərbaycan bizimlə münasibətlərə yalnız öz maraqları prizmasından baxır. Onlar heç vaxt bizim tamhüquqlu müttəfiqimiz olmayıblar, həmişə və indi də regionda Türkiyənin müttəfiqi olaraq qalırlar: “Bu o deməkdir ki, Azərbaycan bizə yox, Türkiyəyə yönəlir və bizimlə ittifaq situativ xarakter daşıyır. Qarabağda müharibəyə, “təxribatlara”, “cinayətlərə”, vurulmuş helikopterə Rusiya göz yummalı olanda, o zaman tərəfdaşlıq münasibətləri var idi. Boru kəməri marşrutları çəkmək lazım olanda bizi diqqət və qayğı ilə əhatə edirdilər. Azərbaycan və Ermənistan arasında münaqişə istədikləri kimi başa çatandan sonra isə Azərbaycanın rəhbərliyi Rusiyaya münasibətdə öz xüsusi mövqeyini göstərmək üçün hansısa bəhanədən istifadə etməyə qərar verdi”.
Beləliklə, Zatulinin, Valuyevin və onlar kimilərinin əsl “ağrıları” bəlli olur. Məlum olur ki, həzm olunmayan Azərbaycanın yüksək inkişafı, bölgədə müstəqil aktor kimi fəaliyyətidir. Amma belələrinin fikri bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Elə özləri kimi...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxMədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05

